Monqolustanın dövlət quruluşu
Monqolustan | |||||
---|---|---|---|---|---|
Монгол улс | |||||
| |||||
Paytaxt | Ulan-Bator- 1 334 min sakin (2014-cü il) | ||||
İdarəetmə forması | Prezident respublikası | ||||
Prezident | Tsaxia Elbeqdorj [18.VI.2009] | ||||
Baş nazir | Çimediyn Sayxanbileq [21.XI.2014] | ||||
Sahəsi | Dünyada 19-cu | ||||
• Ümumi | 1564116[1] km² | ||||
• Su sahəsi (%) | 0,6 | ||||
Əhalisi | |||||
• Əhali | 2 955 min[1] nəfər (140-cı) | ||||
• Siyahıyaalma (10.XI.2010) | 2 754 685[2] nəf. | ||||
• Sıxlıq | 1,9 nəf./km² | ||||
ÜDM (AQP) | |||||
• Ümumi | 29,7 milliard dollar (128-ci) | ||||
• Adambaşına | 10 200 dollar (132-ci) | ||||
Vikianbarda əlaqəli mediafayllar |
Monqolustanın dövlət quruluşu — 1972-ci ildə qəbul edilmiş Konstitusiyaya əsasən hüquqi-siyasi, inzibati, iqtisadi və ictimai münasibətlər sistemi.
Dövlət quruluşu
[redaktə | mənbəni redaktə et]Monqolustan dualist idarəetmə üsuluna malik respublikadır. Milli bayram günü olan müstəqillik günü (1911) 29 dekabrda qeyd olunur. Ölkə Konstitusiyası 1992-ci il 12 fevralda (1999 və 2001-ci ildə edilmiş dəyişikliklərlə) qüvvədədir.
İnzibati bölgüsü
[redaktə | mənbəni redaktə et]Monqolustan paytaxt Ulan-Batora və 21 aymakdan (Bayan-Ulqiy, Bayanxonqor, Bulqan, Qov-Altay, Qov-Sumber, Darxan-Uul, Dornod, Dornoqov, Dundqov, Zavxan, Orxon, Suxe-Bator, Selenqe, Tuve, Uverxanqay, Uvs, Umneqov, Xovd, Xuvsqel və Xentiyi) ibarət inzibati vahidliyə bölünür[3].
Dövlət başçısı
[redaktə | mənbəni redaktə et]Mövcud Konstitusiyaya görə monqol milli birliyinin rəmzi, Monqolustanın xarici dövlətlərdə ali təmsilçisi, dövlət başçısı və Silahlı Qüvvələrin Ali Baş Komandanı olan Prezident, eyni zamanda Milli Təhlükəsizlik Şurasının sədridir. Prezidentliyə namizədlər Böyük Dövlət Xuralında yer almış siyasi partiyalar tərəfindən irəli sürülür və namizədlərdən biri ümumxalq səsverməsi yolu ilə, iki dəfədən çox olmamaq şərti ilə 4 il müddətinə Prezident seçilir.
Konstitusiyaya görə Prezident, fəaliyyəti müddətində Baş naziri, səfirləri və digər diplomatik nümayəndələri təyin etmək, Monqolustanda akkreditə olunmuş xarici dövlətlərin diplomatik nümayəndələrinin övdətnamələrini qəbul etmək, Parlamentin buraxılmasını tələb etmək, habelə veto və qanunvericilik təşəbbüsü hüququndan istifadə etmək səlahiyyətlərinə malikdir.
Qanunverici hakimiyyət
[redaktə | mənbəni redaktə et]Qanunverici hakimiyyət bir palatalı, 76 yerlik Böyük Dövlət Xuralıdır. Böyük Dövlət Xuralına deputatlar birmandatlı seçki dairələrindən 4 il müddətinə seçilirlər.
Böyük Dövlət Xuralı Hökumətlə əməkdaşlıq şəraitində qanunları hazırlayır və onların qüvvəyə minməsi üçün qərar qəbul edir. Prezidentin təqdimatı ilə Xural Baş naziri və nazirləri təsdiq edir, 2/3 səs çoxluğu ilə Konstitusiyaya düzəlişlər, habelə dövlət başçısının qanun layihəsinə qoyduğu veto hüququnu ləğv edir.
İcraedici hakimiyyət
[redaktə | mənbəni redaktə et]Prezident tərəfindən təyin və Xural tərəfindən təsdiq edilən Baş nazirin başçılıq etdiyi Nazirlər Kabineti ölkədə icra hakimiyyətini həyata keçirməkdə səlahiyyətlidir. 4 il müddətinə fəaliyyət göstərən Monqolustan Kabinetinin tərkibi 13 nazirdən formalaşır və Parlament Böyük Dövlət Xuralı tərəfindən təsdiq edilir.
Hökumət iqtisadi və sosial inkişafın, maliyyə-kredit planının, elm və texnologiyalar sahəsində vahid siyasətin əsas istiqamətlərini, dövlət büdcəsini, xarici siyasət strategiyasını işləyib hazırlayır və Böyük Dövlət Xuralına təqdim edir, habelə dövlət idarəçiliyinin mərkəzi orqanları üzərində operativ rəhbərliyi həyata keçirir və qəbul olunmuş qərarları icra edir.
Məhkəmə hakimiyyəti
[redaktə | mənbəni redaktə et]Mövcud Konstitusiyaya görə, 6 il müddətinə Monqolustan Prezidenti tərəfindən təyin edilən baş hakimin rəhbərlik etdiyi 12 hakim korpusundan ibarət Monqolustan Ali Məhkəməsi, ölkənin məhkəmə sisteminin ən yüksək instansiyasıdır. Ali Məhkəmə aşağı məhkəmə qərarlarının müraciətlərini araşdırmaq səlahiyyətlərinə malikdir.
Mənbə
[redaktə | mənbəni redaktə et]- Археология и этнография Монголии. — Новосибирск, 1978.
- Баабар. История Монголии: От мирового господства до советского сателлита / Пер. с англ. Казань: Татар. кн. изд., 2010. — 543 с. — ISBN 978-5-298-01937-8 / 9785298019378
- Владимирцов Б. Я. Общественный строй монголов. — Л., 1934.
- Ганжуров В. Ц. Россия-Монголия: история, проблемы, современность. — Улан-Удэ, 1997.
- Грайворонский В. В. Современное аратство Монголии. Социальные проблемы переходного периода, 1980–1995. — М., 1997.
- Даревская Е. М. Сибирь и Монголия. Очерки русско-монгольских связей в конце ХIХ начале ХХ в. — Омск, 1994.
- Лиштованный Е. И. Монголия в истории Восточной Сибири (XVII–XX вв.) — Иркутск: ИГУ, 2001.
- Лузянин С. Г. Россия -Монголия — Китай в первой половине ХХ в. — М., 2000.
- Родионов В. А. Россия и Монголия: новая модель отношений в начале XXI века. — Улан-Удэ: Изд-во БНЦ СО РАН, 2009.
- Татаро-монголы в Азии и Европе. — М., 1970.
- Шинкарев Л. И. Монголы: традиции, реальности, надежды. — М.: Сов. Россия, 1981.
Istinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 Central Intelligence Agency - CİA - The World Factbook: East & Southeast Asia ::Mongolia Arxivləşdirilib 2010-12-29 at the Wayback Machine
- ↑ Монгол Улсын хүн ам, орон сууцны 2010 оны тооллого :Хїмїїнд тєр эрхэм. Тєрд хїмїїн эрдэнэ Arxivləşdirilib 2013-12-09 at the Wayback Machine
- ↑ Montsame News Agency. Mongolia. 2006, информационное агентство "Монцамэ"; ISBN 99929-0-627-8, стр. 46