66°26′ şm. e. 143°10′ ş. u.HGYO

Muoma ulusu

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Muoma ulusu
Bayraq[d] Gerb
Bayraq[d] Gerb

66°26′ şm. e. 143°10′ ş. u.HGYO


Ölkə
Tarixi və coğrafiyası
Yaradılıb 1931
Sahəsi
  • 104.600 km²
Saat qurşağı
  • Maqadan vaxtı[d]
Əhalisi
Əhalisi
  • 3.783 nəf. (2023)[1]
Muoma ulusu xəritədə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Muoma ulusu (saxa Муома улууһа) — Rusiya Federasiyası, Saxa Respublikasının ərazisinə daxil olan inzibati rayon. İnzibati mərkəzi Xonuu kəndidir. Ulus ərazisində Muoma milli parkı yerləşir.

Yakutiyanın şimal-şərqində yerləşir. Rayonun ərazisində Çerski silsiləsinin ən yüksək nöqtəsi Pobeda dağı yerləşir. Sahəsi 104,6 min km²-dir. Cənubdan Oymoyakon, cənub-qərbdən Tompo, şimaldan Abıy, şimal-şərqdən Yuxarı kolıma, şimal-qərbdən Ust Yanski, qərbdən Verxoyansk ulusu ilə həmsərhəddir. Muoma ulusunun inzibati mərkəzi Xonuu kəndidir. Kənd Muoma çayının sağ sahilində yerləşir. Muoma çayı İndigirka çayının bir qoludur. Ərazinin qışda temperaturu -60 dərəcədir. Yayda temperatur +30-a qədər qızır. Yakutsk şəhərindən 2000 km məsafədə yerləşir. 2010-cu il siyahıyaalınmasına görə əhalisi 2476 nəfərdir. Kənd 1931-ci ildə qurulub. Kənddə çay limanı, regional sənaye zavodu, Mədəniyyət evi, xalq teatrı, orta, ibtidai və musiqi məktəbləri, səhiyyə, ticarət və məişət xidməti vardır.

Rayon 20 may 1931-ci ildə quqrulmuşdur. Bundan əvvəl Verxoyansk vilayətinə daxil idi. Vilayət Muoma, Allaixov və Abıy naleqlərini əhatə edirdi.

Milli tərkib

Əhalinin əsas hissəsi saxalılar təşkil edir. Üstəlik burada ruslar, ukraynalılar, evenlər və digər millətlərin nümayənələri yaşayır.

2002-ci il siyahıyaalmasına görə ulusun etnik tərkibi: saxalar - 3290 nəfər (70.01%), Evens - 781 nəfər (16.62%), Ruslar - 429 nəfər (9.13%), evenklər - 42 nəfər (0.89%), ukraynalılar - 38 nəfər (0,81%), yukagirlər - 16 nəfər (0.34%) və digər millətlər - 103 nəfər (2.19%).

Yerli özünü idarəetmə

[redaktə | mənbəni redaktə et]

Muoma ulusu ərazisinə 6 kənd inzibati vahidliyinə ümumilikdə 7 yaşayış məntəqəsi daxildir[2][3]. Ulusa daxil olan yaşayış məntəqələri:Buor-Sısı k., Kulun Elyut k., Sasır k., Sobolox k., Suon Tit q., Xonuu k., Çumçu kıtıl k.

Bölgə iqtisadiyyatının əsasını maralçılıq, ətlik və südlük maldarlıq, ətlik istiqamətli atçılıq, xəzp-dəri istehsalı ticarəti təşkil edir.

Kənd təsərrüfatı torpaqları 17,5 min ha təşkil edir. Ulusda kəndli təsərrüfatları, kənd təsərrüfatı xammalı emalı üçün sənaye müəssisələri vardır.

  1. Оценка численности населения на 1 января 2023 года по муниципальным районам.
  2. "Закон Республики Саха (Якутия) от 30 ноября 2004 года N 173-З N 353-III «Об установлении границ и о наделении статусом городского и сельского поселений муниципальных образований Республики Саха (Якутия)»". 2019-09-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-06-28.
  3. "Перечень населённых пунктов, входящих в состав сельских и городских поселений Республики Саха (Якутия)". 2013-07-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-01-14.