55°47′46″ şm. e. 49°06′30″ ş. u.HGYO

Musa Cəlilin heykəli (Kazan)

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Musa Cəlilin heykəli
Xəritə
Ölkə Rusiya
Yerləşir Kazan
Heykəltaraş Vladimir Siqal
Memar Lev Qolubovski
Tikilib 1966
Material Bürünc, Qranit
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Musa Cəlilin heykəli — tatar şairi, XX əsr tatar ədəbiyyatının görkəmli nümayəndəsi, Sovet İttifaqı Qəhrəmanı Musa Cəlilin Kazan şəhərində yerləşən heykəli. Abidə 1966-cı ildə 1 May meydanında ucaldılmışdır.

Abidə Kazan Kremlinin cənub fasadının yazınlığında, Şəhər Duması bə Tatarıstan Respublikasının Milli Muzeyi ilə üz-bəüz yerləşir. Heykəlin yerləşdiyi ərazinin yaxınlığında 1894-1918-ci illərdə çar II Aleksandrın heykəli olub[1].

Heykəlin açılışı 3 noyabr 1966-cı ildə olub və Musa Cəlilin anadan olmasınn 60-illiyinə həsr olunub. Abidə kompleski üç əsas hissədən ibarətdir: meydança-stilobatdan, heykəlin özündən və qranit divardan. Müəllifləri heykəltaraş Vldimir Siqal və memar Lev Qolubovskidir[2].

1974-cü ildə Musa Cəlilin heykəli Rusiya Sovet Federativ Sosialist Respublikasıın dövlət tərəfində qorunan abidələr siyahısına daxil edilmişdir[3].

  1. Утраченное второе «кольцо» Казани // Республика Татарстан. — № 19 (24575). — 29 января 2002 года.
  2. Муса Джалиль: библиографический указатель, 1919-1973 // Изд-во Казанского университета, 1976. Стр. 178.
  3. Постановление Совмина РСФСР от 4 декабря 1974 года № 624 «О дополнении и частичном изменении Постановления Совета Министров РСФСР от 30 августа 1960 года № 1327 „О дальнейшем улучшении дела охраны памятников культуры в РСФСР“».