Musa sultan Mosullu-Türkman

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Musa sultan Mosullu-Türkman
Musa bəy (sultan) İsa xan Mosullu oğlu
1530 – 1531
ƏvvəlkiMəhəmməd xan Təkəli
SonrakıÜləma sultan Təkəli
1532 – 1534
ƏvvəlkiÜləma sultan Təkəli
Sonrakı?
Şəxsi məlumatlar
Atası İsa xan Mosullu
Uşağı Bahəddin bəy
Rütbəsi -

Musa sultan Mosullu-TürkmanMosullu türk tayfasından olan qızılbaş əmiri.[1] O, I Təhmasibin dövründə Təbriz və ya Azərbaycan bəylərbəyiliyinin bəylərbəyi olmuşdur.

Musa Soltanın aid olduğu Mosullu tayfası Ağqoyunlu dövlətinin əsas tayfalarından biri olmuşdur.[2] Musa Soltanın babası Bəkr bəy Mosullu (ö. 1491) Ağqoyunlu hökmdarı Sultan Yaqubun dövründə Astarabad hakimi və hökmdarın sadiq sərkərdələrindən biri olmuşdur. Musanın atasının adı İsa bəy idi. Bəzi mənbələrin bildirdiyinə görə, I Təhmasibin arvadı Sultanım Bəyim Musa Sultanın qızı olmuşdur. Bu məlumatlara görə, Musa Səfəvi şahları II İsmayıl ilə Məhəmməd Xudabəndənin babasıdır.[3][4] Hər bir halda, Kəyumərs Ğerağluya görə, o, Sultanım Bəyimin atası yox, qardaşı idi.[5] O, qızılbaş əmirlərindən biri olan Üləma Soltan Təkəlinin Osmanlı imperiyasına sığınmasından sonra I Təhmasib tərəfindən Azərbaycan bəylərbəyi təyin edilmişdir.[6] O, burada 3 illik bəylərbiylik etdikdən sonra Sultan Süleymanın yürüşünə görə Təbrizi tərk etmiş və geri çəkilmişdir. Hazırlıqsız yaxalanan Musal Sultanın geri çəkilmə səbəblərindən biri də ordusunda vəba xəstəliyinin yayılması idi.[7] O, dövrün qaynaqlarında "şənlik, oyun, söhbət və şərab" ilə maraqlanan məmur kimi təsvir edilirdi.[8]

  1. Woods, 1999. səh. 193
  2. Gündüz, 2007. səh. 157
  3. Parsadoost, 2002
  4. Heintz və Jahandari, 1992
  5. Ghereghlou, 2016
  6. "Arxivlənmiş surət". 2022-09-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-05-24.
  7. Əfəndiyev, 2007. səh. 79-80
  8. Matthee, 2009. səh. 79

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]