Mustafa Tlas
Mustafa Tlas | |
---|---|
ərəb. مصطفى طلاس | |
mart 1972 – 12 may 2004 | |
Prezident |
|
Əvvəlki | Hafiz Həsən |
Sonrakı | Həsən Türkməni |
1968 – 1972 | |
Əvvəlki | Əhməd Süveydani |
Sonrakı | Yusif Şakur |
28 sentyabr 1968 – 9 iyun 2005 | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 11 may 1932[1][2] |
Doğum yeri |
|
Vəfat tarixi | 27 iyun 2017[1][2] (85 yaşında) |
Vəfat yeri | |
Milliyyəti | ərəb |
Vətəndaşlığı | Suriya |
Partiya | Bəəs Partiyası |
Fəaliyyəti | zabit |
Atası | Əbdülqədir Tlas |
Həyat yoldaşı | Lamiyə Cəbiri |
Uşaqları | |
Dini | sünni islam |
Hərbi xidmət | |
Xidmət illəri | 1952–2004 |
Döyüşlər | |
Rütbəsi | general-polkovnik |
Vikianbarda əlaqəli mediafayllar |
Mustafa Əbdülqədir Tlas (ərəb. مصطفى طلاس; 11 may 1932[1][2], Ər-Rəstən və ya Homs[2] – 27 iyun 2017[1][2], Bobini[d][2]) — Suriya hərbi zabiti və siyasətçisi, 1972–2004-cü illərdə Suriyanın müdafiə naziri.[3] O, Hafiz Əsəd dövründə dörd nəfərlik Regional Komandanlığın üzvü idi.
İlk illəri
[redaktə | mənbəni redaktə et]Tlas 11 may 1932-ci il tarixində Suriyanın Homs şəhəri yaxınlığındakı Rastan kəndində, yerlilər arasında görkəmli bir sünni müsəlman ailəsində anadan olmuşdur.[4] Onun atası Əbdülqədir Tlas Osmanlı dövründə türk qarnizonlarına sursat sataraq dolanan bir sünni zadəgan idi.[5] Digər tərəfdən, ailəsinin üzvləri Birinci Dünya müharibəsindən sonra fransız işğalçılar üçün də çalışır.[6] Atasının nənəsi çərkəz mənşəli, anası isə türk əsilli idi.[7] Tlasın anası vasitəsi ilə bəzi ələvi əlaqələrinə sahib olduğu deyilir.[8] O, ibtidai və orta təhsilini Homs şəhərində alır və 1952-ci ildə Homs Hərbi Akademiyasına daxil olur.[4]
Karyerası
[redaktə | mənbəni redaktə et]Tlas 15 yaşında Bəəs Partiyasına qoşulur və Hafiz Əsəd ilə Homs şəhərində hərbi akademiyada təhsil alarkən tanış olur. İki zabit 1958–1961-cı illərdə, Birləşmiş Ərəb Respublikası dövründə Qahirə şəhərində hərbi xidmətdə olarkən dostlaşır.[9] Hafiz Əsəd ittifaqın süquta uğraması dövründə Nasir tərəfindən qısa müddətlik həbs edilir. Tlas Əsədin arvadı və uşaqlarını özü ilə apararaq Suriyaya qaçır.[5]
Hafiz Əsəd 1960-cı illərdə, xüsusilə də Bəəs dəstəkli 1963-cü il dövlət çevrilişindən sonra Suriya hakimiyyətində önə çıxır. O, daha sonra Tlası yüksək rütbəli hərbi və partiya vəzifələrinə gətirir. Əsəd 1965-ci ildə, Homs şəhərinin bəəsçi ordu komandiri olduğu zaman, polkovnik-leytenant Mustafa Tlass onun hökumətəmeylli yoldaşlarını həbs edir.[10]
Tlas 1969-cu ildə Pekin şəhərinə göndərilən hərbi nümayəndəliyə rəhbərlik edir[11] və Çin hökuməti ilə silah müqavilələri imzalayır.[12][13] Mustafa Tlas SSRİ-nin Suriyada gedən vərəsəlik münaqişəsindən kənarda qalması üçün Sovet İttifaqına əvvəlcədən hesablanmış ziddiyyətli bir hərəkət edərək Ussuri çayında ÇXR ilə sovet silahlı qruplaşmaları arasında baş verən qanlı toqquşmalardan cəmi iki ay sonra Mao Tszedunun "Qızıl kitab"ını əlində saxladığı bir fotoşəkil çəkdirir.[14][15]
Hafiz Əsəd 1970-ci il Suriyada dövlət çevrilişi nəticəsində hakimiyyətə gəlir. Tlas 1972-ci ildə müdafiə naziri təyin olunur və Əsədin otuzillik hakimiyyəti dövründə onun ən yaxın loyalistlərindən olur.[16] Mustafa Tlas müdafiə naziri olduğu dövrdə həm islamçı, həm də demokrat dissidentləri yatırtmağa nail olur.[17]
19 oktyabr 1999-cu il tarixində Çinin müdafiə naziri general Çi Haotyan Dəməşq şəhərində Suriya ilə Çinin hərbi əlaqələrini gücləndirmək haqqında danışıqlar aparır.[18]
Tlas 2000-ci illərin əvvəllərində müdafiə naziri postuna əlavə olaraq, baş nazir müavini vəzifəsini yerinə yetirirdi.[19] O həmçinin, Bəəs Partiyası Mərkəzi Komitəsinin bir üzvü idi.[20] Onun partiyadakı digər vəzifələrinə partiya hərbi bürosunun rəhbəri və partiya hərbi komitəsinin sədri daxil idi.[21]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 3 4 Mustafa Tlass // Munzinger Personen (alm.).
- ↑ 1 2 3 4 5 6 7 8 Fichier des personnes décédées mirror.
- ↑ "Profile: Mustafa Tlas". BBC (ingilis). 2004. June 25, 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 oktyabr 2020.
- ↑ 1 2 "The Man who Enraged the Palestinians: Syrian Defense Minister Mustafa Tlas". The Estimate (ingilis). 13 sentyabr 2012 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 19 oktyabr 2020.
- ↑ 1 2 "Lt. Gen. Mustafa Tlass". Middle East Intelligence Bulletin (ingilis). 2 (6). 1 iyul 2000. October 26, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 oktyabr 2020.
- ↑ Kechichian, Joseph A. "Syria is bigger than individuals, says defected brigadier". Gulf News (ingilis). 27 iyul 2012. November 7, 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 oktyabr 2020.
- ↑ Batatu, Hanna, Syria's Peasantry, the Descendants of Its Lesser Rural Notables, and Their Politics (ingilis), Princeton University Press, 1999, səh. 218 (Table 18-1), ISBN 140084584X
- ↑ Bar, Shmuel. "Bashar's Syria: The Regime and its Strategic Worldview" (PDF). Comparative Strategy (ingilis). 25. 2006. July 23, 2011 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 19 oktyabr 2020.
- ↑ Briscoe, Ivan; Floor Janssen Rosan Smits. "Stability and economic recovery after Assad: key steps for Syria's post-conflict transition" (PDF). Clingendael (ingilis). noyabr 2012: 1–51. 19 noyabr 2012 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 19 oktyabr 2020.
- ↑ Fisk, Robert. "With that history, why did we think Syria would fall?". Belfast Telegraph (ingilis). 6 mart 2012. June 25, 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 oktyabr 2020.
- ↑ Peter Mansfield. The Middle East: a political and economic survey (ingilis). Oxford University Press. 1973. səh. 480. ISBN 0-19-215933-X. İstifadə tarixi: 19 oktyabr 2020.
- ↑ George Meri Haddad, Jūrj Marʻī Ḥaddād. Revolutions and Military Rule in the Middle East: The Arab states pt. I: Iraq, Syria, Lebanon and Jordan, Volume 2 (ingilis). R. Speller. 1973. səh. 380. İstifadə tarixi: 19 oktyabr 2020.
- ↑ Europa Publications Limited. The Middle East and North Africa, Volume 43 (ingilis). Europa Publications. 1997. səh. 905. ISBN 1-85743-030-1. İstifadə tarixi: 19 oktyabr 2020.
- ↑ Robert Owen Freedman. The Soviet Policy Toward the Middle East Since 1970 (ingilis). Praeger. 1982. səh. 34. ISBN 978-0-03-061362-3. İstifadə tarixi: 19 oktyabr 2020.
- ↑ Robert Owen Freedman. Moscow and the Middle East: Soviet policy since the invasion of Afghanistan (ingilis). CUP Archive. 1991. səh. 40. ISBN 0-521-35976-7. İstifadə tarixi: 19 oktyabr 2020.
- ↑ AbuKhalil, As'ad. "Damascus Bombs and Mysteries". Al Akhbar. 20 iyul 2012. January 21, 2018 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 19 oktyabr 2020.
- ↑ Koelbl, Susanne. "A 101 Course in Mideast Dictatorships". Der Spiegel (ingilis). 21 fevral 2005. March 4, 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 oktyabr 2020.
- ↑ "China defense minister visits Israel"" (ingilis). World Tribune. 21 oktyabr 1999. 30 may 2012 tarixində arxivləşdirilib.
- ↑ Maddy-Weitzman, Bruce. Middle East Contemporary Survey, Vol. 24, 2000 (ingilis). The Moshe Dayan Center. 2002. 557. ISBN 978-965-224-054-5. January 5, 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 oktyabr 2020.
- ↑ Moubayed, Sami. "The faint smell of jasmine". Al Ahram Weekly. 744. 1 iyun 2005. 25 mart 2013 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 19 oktyabr 2020.
- ↑ Hinnebusch, Raymond. "The Ba'th Party in Post-Ba'thist Syria: President, Party and the Struggle for 'Reform'". Middle East Critique (ingilis). 20 (2). 2011: 109–125. doi:10.1080/19436149.2011.572408.