İmadəddin Nəsimi

Vikipediya, azad ensiklopediya
(Nəsimi səhifəsindən yönləndirilmişdir)
Naviqasiyaya keç Axtarışa keç
İmadəddin Nəsimi
az.-əski. سئید علی عمادالدّین نسیمی
Nəsiminin Mikayıl Abdullayev tərəfindən çəkilmiş bədii portreti (1973)
Nəsiminin Mikayıl Abdullayev tərəfindən çəkilmiş bədii portreti (1973)
Doğum adı Seyid Əli İmadəddin Nəsimi
Doğum tarixi 1369
Doğum yeri
Vəfat tarixi
Vəfat yeri
Fəaliyyəti şair, yazıçı
Əsərlərinin dili Azərbaycan dili, ərəb dili, fars dili
Tanınmış əsərləri
  • Məndə sığar iki cahan, mən bu cahanə sığmazam[d]
Vikimənbənin loqosu İmadəddin Nəsimi Vikimənbədə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

İmadəddin Nəsimi[a] (tam adı: Şeyx Əli ibn Seyid Məhəmməd İmadəddin Nəsimi) 1369, Şamaxı, Təbriz, Bağdad, Hələb, Şiraz və ya Diyarbəkir1419, Hələb) — Azərbaycan şairi, mütəfəkkir. "İmadəddin Nəsimi" adı ilə məşhurdur. İlk təhsilini Şamaxıda almış, dövrün elmlərini, dinlərin tarixini, məntiq, riyaziyyatastronomiyanı öyrənmişdir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli 211 nömrəli Qərarı ilə İmadəddin Nəsimi Azərbaycan Respublikasında əsərləri dövlət varidatı elan edilən müəlliflərin siyahısına daxil edilmişdir.[5]

Nəsiminin həyatı haqqında çox geniş məlumat mövcud deyil. Mənbələrin əksəriyyəti onun adını İmadəddin kimi göstərir, ancaq Nəsiminin əsl adının Əli və Ömər olduğunu qeyd edən mənbələr də vardır. Bir çox tədqiqatçılar onun Şamaxıda, başqaları isə Bursada,Urmiyada, Təbrizdə, Bakıda, Diyarbəkirdə və hətta Şirazda anadan olduğunu iddia edirlər.

SSRİ poçt markası (1973)

Şairin atası Seyid Məhəmməd Şirvanda yaxşı tanınan şəxsiyyətlərdən idi. Nəsiminin bir qardaşı da olub. Onun Şamaxıda yaşadığı, Şah Xəndan təxəllüsü ilə şeirlər yazdığı və hazırda bu adla tanınan qədim qəbiristanlıqda basdırıldığı məlumdur. İslamdan sonrakı dövrdə Şamaxı iri mədəniyyət mərkəzlərindən birinə çevrilmişdi. Burada çoxlu məktəb, mədrəsə, bütün Şərqdə məşhur olan şeir və musiqi məclisləri fəaliyyət göstərirdi, zəngin ictimai və şəxsi kitabxanalar mövcud idi. Paytaxtdan bir qədər kənarda, Məlhəm adlanan yerdə məşhur şair Xaqani Şirvaninin əmisi — alim və həkim Kafiəddin tərəfindən yaradılmış Dar-üş-şəfa tibb akademiyası da fəaliyyət göstərirdi. Nəsiminin məktəb illəri belə bir mühitdə keçib.

Nəsiminin Bakıdakı heykəli

Nəsimi dövrünün görkəmli ariflərindən müvafiq elmlərdən təhsil aldıqdan sonra hürufi Fəzlullah Nəiminin xidmətinə girmiş, onun tərbiyə və təlimlərindən bəhrələnmişdir. Səfərlərinin hamısında özünün şeyx mürşidi Nəimi ilə yol yoldaşı olmuş və onun qızı ilə ailə qurmuşdur.[6]

Şairin əsərlərinin təhlili göstərir ki, Nəsimi Şamaxıda o dövrün ən yaxşı universitetlərinin tələbinə cavab verəcək bir dərəcədə kamil təhsil ala bilib. O, klassik Şərqqədim yunan fəlsəfəsini, habelə ədəbiyyatını dərindən mənimsəmiş, İslamınxristianlığın əsaslarına yaxından bələd olmuş, tibb, astronomiyaastrologiya, riyaziyyatməntiq elmlərinə dərindən yiyələnmişdi. O, dilləri elə yaxşı öyrənmişdi ki, Azərbaycan, farsərəb dillərində eyni dərəcədə gözəl şeirlər yaza bilirdi. Onun azərbaycanca şeirlərinin dili həm zənginliyi, həm də xalq nitqinə yaxınlığı ilə seçilir, atalar sözləri, zərb-məsəllər, hikmətli sözlər burada çoxluq təşkil edir. Nəsiminin rübailəri Azərbaycan xalq şeiri nümunələri olan bayatılara çox yaxındır.

Nəsiminin poeziyasında Azərbaycanın, eləcə də digər Şərq ölkələrinin məşhur alim və şairlərinin adları tez-tez xatırlanır. Bunlardan İbn Sinanı, Xaqanini, Nizamini, Fələkini, Mənsur Həllacı, Fəzlüllah Nəimini, Şeyx Mahmud Şəbüstərini, Övhədi Marağayini və başqalarını göstərmək olar.

Əzim Əzimzadə, "Nəsiminin edamı"

Hürufilər Əmir Teymur tərəfindən ciddi təzyiqlərə məruz qaldığı bir vaxtda Nəsimi vətəndən didərgin düşüb, İraq, Türkiyə, Suriyada yaşamağa məcbur olub. Hürufilik təlimi əsasında irəli sürdüyü panteist ideyaları üstündə Hələb şəhərində edam olunub. Nəsiminin edamı haqqında İbn əl-İmad Hənbəli yazır: "O, hürufilərin şeyxidir, Hələbdə sakin idi, tərəfdarları çoxaldı, bidəti artdı, iş o yerə çatdı ki, sultan onun öldürülməsini əmr etdi, boynu vuruldu, dərisi soyuldu, çarmıxa çəkildi".

Nəsimi öz ideyalarını peşəkar filosof kimi ayrıca traktatlarda bitkin sistemdə verməyib, çünki Miyanəcinin, İbn Ərəbinin geniş əhatəli sufi-fəlsəfi əsərlərindən sonra bu məzmunda traktatlar yazmağa o zaman bəlkə də ehtiyac duyulmurdu. Hürufiliyin nəzəri əsaslarına gəldikdə, Nəiminin əsərlərində o artıq işlənib hazırlanmışdı.

Yaradıcılığı

[redaktə | mənbəni redaktə et]

Nəsimi dilin zənginliklərindən qəzəllərində özünəməxsus bir ustalıqla istifadə edir. Bəzən şair şeirlərini yalnız xitab və ifadəli təkrarlar üzərində qurur. Filosof-şairin poeziyası çox tez bir zamanda Orta Asiya, Türkiyəİran xalqları arasında populyarlıq qazanır. Mənsur Həllacla birlikdə onun adı öz əqidəsi uğrunda qeyri-adi sədaqət və cəsurluq rəmzinə çevrilir. Onun əsərləri bir çox dillərə çevrilir və həmin dillərdə yazıb-yaradan şairlər onu təqlid edirlər. Nəsiminin şeirlərini xalq arasında avazla oxumaq və onun hürufi ideyalarını təbliğ etmək üstündə bir çoxları əzablara qatlaşır, hətta canlarından da keçirlər.

Nəsimi filmindən kadr

Yaradıcılığının ilk dövrlərində Nəsimi də ustadı Nəimi kimi sufizm mövqeyində dayanır və tanınmış sufi şeyxi Şiblinin təlimini davam etdirir. Bu mərhələdə şair öz əsərlərini "Hüseyni", "Seyid Hüseyni", "Seyid" təxəllüsləri ilə yazır. Lakin X əsrin sufi İran filosof-şairi Mənsur Həllacın təlimi Nəsiminin ruhuna daha yaxın idi. İlk dəfə məhz o demişdi ki, "Mən Allaham!"(Ənəl həqq) Bu cür küfr sayılan fikirlərinə görə Mənsur Həllac daim təqiblərə məruz qalmış və nəhayət, öz ömrünü dar ağacında başa vurmuşdu. Əqidəsi uğrunda bu cür fədakarlıq göstərməyə hazır olan Nəsimi də Mənsura heyran kəsilmiş və öz əsərlərində onu tərənnüm etmişdi. Maraqlıdır ki, şair hürufi təlimini qəbul etdikdən sonra da Həllaca vurğunluğundan qalmamışdı. Bu sözləri müəyyən mənada Nəsiminin uzun müddət sadiq qaldığı sufi fəlsəfəsi haqda da söyləmək olar. Bununla əlaqədar olaraq, Zümrüd Quluzadə yazır: "Nəsimi yaradıcılığının mərkəzində lirik qəhrəmanın aşiq olduğu, onu yüksəldən, kamilləşdirən və öz nuruna qərq edən gözəl-Allah dayanır. İnsan üçün ən yüksək, ülvi duyğu həmin sevgilinin vüsalına yetişmək, ona qovuşmaq, onda əriyib yox olmaqdır. Şair yazır ki, eşqi günah sayanların sözlərinə baxmayaraq, o, bu yoldan çəkinməyəcək. Çünki yalnız bu yol insanı tanrıya, həqiqətə çatdıra bilər." Daha sonra oxuyuruq: "Lakin tədricən Nəsiminin dünyagörüşündə sufilik hürufiliklə əvəz olunur. Bu, hər şeydən öncə şairin panteist görüşlərindəki dəyişiklikdə əks olunur. Bu görüşlərin əsasında artıq eşq və sərxoşluq deyil, hərf, ağıl dayanmağa başlayır. Bu zamandan etibarən Nəsimi fəlsəfədə Nəiminin yaratdığı hürufiliyə tapınır və onun əsas müddəalarını təbliğ edir. Ancaq Nəsiminin təbliğ etdiyi hürufilik heç də Nəiminin yaratdığı təlimin eynilə təkrarı deyil."[7][8]

Qeyd etmək lazımdır ki, Nəsiminin divanı Azərbaycanda 1972-ci ildə Həmid Məhəmmədzadə tərəfindən çap olunmuş və İranda da bir dəfə "Gecə qaranlığında Simurq" adı ilə Seyid Əli Salehinin təşəbbüsü, 1968-ci ildə Hüseyn Ahi, 1980-ci ildə Foruği nəşriyyatı vasitəsi və 1972-ci ildə isə Nəşri Nei tərəfindən Cəlal Pendərinin səyi ilə çap edilmişdir.

AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktor müavini, filologiya üzrə elmlər doktoru Paşa Kərimov Ankara Milli Kitabxanasından böyük Azərbaycan şairi İmadəddin Nəsiminin anadilli divanının iki nüsxəsinin surətini əldə edib. 83 vərəqdən ibarət birinci divan aydın nəsx xətti ilə köçürülüb. 308 vərəqdən ibarət olan ikinci divan da səliqəli və gözəl xətlə yazılıb. Qeyd edək ki, bu divan Nəsiminin əlyazma divanları içərisində ən irihəcmlilərdəndir. Divanın əvvəlində "Divani-həzrəti-Seyyid Nəsimi qəddəsə sirülhül-əziz" ("Həzrət Seyid Nəsiminin (qəbri pak olsun) divanı") sözləri yazılıb. Buraya 711 qəzəl, 6 tərcibənd, 3 məsnəvi, 9 müstəzad, 5 müxəmməs, 603 rübai, 3 qitə daxildir. Diqqəti cəlb edən cəhət odur ki, bu nüsxədə Nəsiminin əlyazma və mətbu divanlarında rast gəlmədiyimiz bir sıra şeirlər vardır. Mənbələrdə şairin heç bir müxəmməsinə rast gəlmədiyimiz halda, burada onun 5 müxəmməsi verilib. O da bildirilir ki, bu şeirlər hürufiliyi yaymaq məqsədilə Nəsiminin nüfuzundan istifadə edən, onun adından əsərlər yazan hürufilərə də məxsus ola bilər.[9] Həmçinin 2019-cu ildə AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktor müavini, filologiya elmləri doktoru Paşa Kərimov böyük Azərbaycan şairi İmadəddin Nəsimi divanının-lirik şeirlər toplusunun Ankaranın Milli Kitabxanasında saxlanan iki əlyazma nüsxəsinin sürətini əldə edib. Bu nüsxələr şairin "Hüseyni" təxəllüsü ilə yazdığı şeirlərin olması ilə diqqəti cəlb edir. 105 vərəqdən ibarət birinci əlyazmanın başlığı "Divani-Həzrət Seyyid-Nəsimi" kimi getsə də, buradakı şeirlərin çoxu "Hüseyni" təxəllüsü ilə yazılıb. 124 vərəqdən ibarət ikinci əlyazma divanında isə şairin həm Nəsimi, həm də Hüseyni təxəllüsü ilə yazdığı şeirləri vardır.

Nəsimi divanının sürətləri yeni əldə edilmiş nüsxələri şairin yaradıcılığının tədqiqi baxımından böyük maraq kəsb edir.[10]

Qeyd etmək yerinə düşər ki, İmadəddin Nəsiminin əlyazma nüsxələri dünyanın bir çox kitabxana və muzeylərində qorunub saxlanır. Qardaş ölkə Türkiyənin kitabxana və əlyazma mərkəzlərində Nəsiminin əsərlərinin 170-dək əlyazması mövcuddur. Bununla yanaşı, şairə aid edilən bir çox nəsr əsərləri mövcuddur ki, onların xüsusi tədqiqata ehtiyacı var. AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun dissertantı Nəzrin Atabəylinin Türkiyədə İmadəddin Nəsiminin əlyazma nüsxələri ilə bağlı apardığı tədqiqat zamanı məlum olub ki, Türkiyənin müxtəlif əlyazma mərkəzlərində Nəsimi "Divan"ının 80-dən çox əlyazma nüsxəsi saxlanılır. Onların sırasında Manisa, Amasya, Ərzurum, İzmir, Diyarbəkir, Balıkəsir, İstanbul, Ankara və s. yerlərdə saxlanılan nüsxələri qeyd etmək olar. Tədqiqat zamanı onlardan bir neçəsinin fotosurəti əldə edilib[11].

Türkiyədə Nəsimi əlyazmaları ən çox İstanbulAnkara şəhərlərində qorunur. Nəsimi əsərlərinin Ankara nüsxələri şəhər Milli Kitabxanasının nadir kitablar və əlyazmalar şöbəsində qorunur. Burada müxtəlif kolleksiyalarda Nəsimi "Divan"ının 20-yə yaxın əlyazma nüsxəsi saxlanılır. Ankara Milli Kitabxanasında qorunan Nəsimi "Divan"ının ən qədimi 1536-cı ildə köçürülən nüsxədir. Katibi məlum olmayan bu əlyazma 81 vərəqdən ibarətdir. Bu nüsxədə şairə aid Azərbaycan dilində 223 qəzəl, 54 rübaituyuq, 2 tərcibənd və 1 müstəzad yer alır. Burada qorunan digər nüsxə isə ən çox qəzəl və rübailərin yer alması ilə fərqlənir. Köçürülmə tarixi və katibi məlum olmayan bu nüsxə 137 vərəqdən ibarətdir. Həmin nüsxədə şairin 2 məsnəvisi, 528 qəzəli, 226 rübaisi və 1 müstəzadı yer alıb. Ankara Milli Kitabxanasında qorunan digər bir "Divan" isə 256 vərəqdən ibarətdir. Bu nüsxə Adnan Ötükən Xalq Kitabxanası kolleksiyasına aiddir. 1603-cü ildə köçürülüb, katibi məlum deyil. Əlyazmada Nəsimiyə aid Azərbaycan dilində çox sayda qəzəl, minacat, nət, tərcibənd, qəsidə, tərkibbənd, məsnəvi, rübai və s. yer alıb. Bəzi vərəqləri itib. İstanbul kitabxana və muzeylərində Nəsimiyə aid 35-dən çox əlyazma nüsxəsi saxlanılır. Bunlar əsasən Topqapı Sarayı Muzeyi, İstanbul Millət Kitabxanası, İstanbul Şəhər Bələdiyyəsi Atatürk Kitabxanası, İstanbul Süleymaniyyə Əlyazma Əsərlər Kitabxanası, İstanbul Universiteti Əlyazma Əsərlər Kitabxanası və digər zəngin əlyazma xəzinələridir. İnstitutun dissertantı Nəzrin Atabəyli qeyd edib ki, İstanbul kitabxanasında türkcə divanlar kolleksiyasında qorunan və 1487-ci ildə köçürülmüş nüsxənin katibi məlum deyil. Əlyazma nüsxəsi 171 vərəqdən ibarətdir. İstanbulda saxlanılan digər əlyazma isə vərəq sayına (223 vərəq) görə irihəcmli nüsxələrdən hesab edilir[11].

Özbəkistanın Daşkənd şəhərində elmi ezamiyyətdə olan Azərbaycan Milli Elmlər Akademiyasının Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru Kərimulla Məmmədzadə Özbəkistan Elmlər Akademiyasının Əbu Reyhan Biruni adına Şərqşünaslıq İnstitutunda araşdırmalar aparmışdır. Araşdırmalar zamanı məlum olub ki, Əbu Reyhan Biruni adına Şərqşünaslıq İnstitutunda azərbaycanlı müəlliflərə aid 230-dan çox əlyazma saxlanılır. Bu əlyazmalar içində İmadəddin Nəsimiyə aid 4 əlyazma nüsxəsi də vardır[12].

Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə 2019-cu ildə Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin (1369–1417) 650 illik yubileyi qeyd edilir. İmadəddin Nəsimi Azərbaycanın şairi, dövrünün görkəmli mütəfəkkiri olmuşdur. Nəsiminin yaradıcılığı Azərbaycan dili və ədəbiyyatının inkişafında mühüm bir mərhələdir.

Şairin sağlığında əsərləri Azərbaycan, Yaxın Şərq, İraq, Suriya, Orta Asiyada geniş yayılmışdı. Nəsimi sadəcə Azərbaycan ədəbiyyatına deyil, 15-ci əsrdən etibarən bütün türk ədəbiyyatına güclü təsir göstərmişdir. Şairin əsərləri əlyazmalar şəklində dünyanın bir sıra kitabxanalarında saxlanılır.

Şairin əsərləri dönə-dönə çap edilmiş, barəsində tədqiqat əsərləri yazılmışdır. UNESCO-nun qərarı ilə Nəsiminin anadan olmasının 600 illiyi dünya miqyasında geniş qeyd edilmişdir.

  • 10 may 2019-cu ildə Xaçmaz şəhərindəki "Çənlibel" parkında İmadəddin Nəsiminin abidəsinin və yeni inşa olunan 35 metr hündürlükdəki "Saatlar qülləsi"nin açılışı olub.[23]
  • 3 iyun 2019-cu ildə İmadəddin Nəsiminin 650 illiyi ilə əlaqədar Beynəlxalq Astronomiya İttifaqı Mars və Yupiter planetlərinin arasında yerləşən 1995 UN2 asteroidinə İmaməddin Nəsiminin adını verdi.[26]
  • 2019-cu ildə Türkiyənin Xəzinə və Maliyyə Nazirliyinin zərbxanası Azərbaycan səfirliyinin təşəbbüsü ilə şairin 650 illiyinə həsr olunan xatirə pulları buraxıb.[27]
  • Şamaxı şəhərində "Nəsimi bağları" kompleksi yaradılır və Nəsiminin nəhəng heykəli ucaldılması nəzərdə tutulur.[29]
  1. Azərbaycandilli mənbələrdə İmaməddin Nəsimi kimi də qeyd olunur.[1][2][3][4]
  1. "İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunan sərgi açılıb". 2021-04-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-02.
  2. "Rumıniyanın Amosnews agentliyi İmaməddin Nəsimi barədə məqalə yayıb". 2019-06-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-02.
  3. "İmaməddin Nəsimi". 2019-12-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-02.
  4. "Arxivlənmiş surət" (PDF). 2022-03-08 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-05-02.
  5. """Əsərlərin dövlət varidatı elan edilməsi Qaydaları"nın və "Əsərləri dövlət varidatı elan edilən müəlliflərin və dövlət varidatı elan edilən filmlərin Siyahısı"nın təsdiq edilməsi haqqında" [[Azərbaycan Respublikası Nazirlər Kabineti]]nin 7 may 2019-cu il tarixli, 211 nömrəli Qərarı" (az.). nk.gov.az. 2019-05-11. 2020-11-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-05-13.
  6. "Səid Nəfi-si, 1355/335
  7. "Paşa Kərimov Ankara Milli Kitabxanasından yaradıcılığında Nəsiminin güclü təsiri olan, XVI əsrdə yaşamış osmanlı şairi Heyrətinin divanının surətini əldə edib". 2021-11-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-10-14.
  8. "Paşa Kərimov Tehranın Mulis kitabxanasından böyük Azərbaycan şairi İmadəddin Nəsiminin anadilli divanının – lirik şeirlər toplusunun yeni əlyazma nüsxəsinin surətini əldə edib". 2022-03-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-09-08.
  9. "Paşa Kərimov Ankara Milli Kitabxanasından böyük Azərbaycan şairi İmadəddin Nəsiminin anadilli divanının iki nüsxəsinin surətini əldə edib". 2019-01-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-10-19.
  10. "Paşa Kərimov Türkiyədən Nəsiminin əlyazma surətini əldə edib". 2021-04-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-01-21.
  11. 1 2 "Nəsiminin Türkiyədə yeni əlyazma nüsxələri aşkar edilib" (Azərbaycan dili). azertag.az. 2020-02-28 tarixində arxivləşdirilib.
  12. "Özbəkistanın Şərqşünaslıq İnstitutunda azərbaycanlı müəlliflərə aid əlyazmalar saxlanılır" (Azərbaycan dili). azertag.az. 2020-02-28 tarixində arxivləşdirilib.
  13. "Mütəfəkkir şairin söz işığı". medeniyyet.az (ingilis). 2024-07-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-07-27.
  14. https://az.m.wikipedia.org/wiki/%C4%B0mad%C9%99ddin_N%C9%99siminin_abid%C9%99si_(Sumqay%C4%B1t) (#bare_url_missing_title).
  15. https://az.wikipedia.org/wiki/N%C9%99simi_(Sabirabad) (#bare_url_missing_title). 2024-05-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-07-27.
  16. https://az.wikipedia.org/wiki/N%C9%99simi_(Bil%C9%99suvar) (#bare_url_missing_title). 2022-03-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-07-27.
  17. President.Az. "Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). President.az. 15.11.2018. 2021-04-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-11-15.
  18. https://azertag.az/xeber/lenkeranda_nesiminin_650_illik_yubileyine_hesr_olunmus_tedbir_kechirilib-1378400 (#bare_url_missing_title). 2020-05-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-07-27.
  19. ""Lənkəran Dövlət Humanitar Kollecində "Nəsiminin 650" illiyi qeyd edilib"". Azərbaycan müəllimi (az.). 2024-07-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-07-27.
  20. "Rayon haqqında | AZƏRBAYCAN RESPUBLİKASI BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON İCRA HAKİMİYYƏTİ". www.nasimi-ih.gov.az. 2024-07-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-07-27.
  21. ""Nəsimi" metro stansiyası | Azərbaycan Respublikası Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti". binegedi-ih.gov.az. İstifadə tarixi: 2024-07-27.
  22. İnterAz. "Moskvada İmadəddin Nəsiminin büstünün açılış mərasimi baş tutub" (az.). Youtube.com. 20.11.2018. 2022-03-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-11-20.
  23. AzərTAc. "Xaçmazda İmadəddin Nəsiminin abidəsinin və "Saatlar qülləsi"nin açılışı olub" (az.). Youtube.com. 11.05.2019. 2022-03-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-05-11.
  24. Real TV. "Ukraynada Nəsimi izi" (az.). Youtube.com. 25.05.2019. 2021-12-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-05-25.
  25. https://azertag.az/xeber/qax_seherindeki_nesimi_adina_park_yeniden_qurulur-497430 (#bare_url_missing_title).
  26. Oxu.az 3 İyn 2019 12:29 Planetlərdən birinə Nəsiminin adı verildi 03 iyun 2019 tarixində mənbəyindən arxivləndi.
  27. Real TV. "Türkiyədə Nəsiminin 650 illiyinə həsr olunan xatirə pulları buraxılıb" (az.). Youtube.com. 24.08.2019. 2022-03-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-08-24.
  28. "Azərbaycan Respublikasında 2019-cu ilin "Nəsimi ili" elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı » Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi". president.az (az.). 2022-03-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-07-27.
  29. "Şamaxıda Nəsiminin nəhəng heykəli ucaldılır". Oxu.az (az.). İstifadə tarixi: 2024-10-11.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  1. "Azərbaycan Respublikasında 2019-cu ilin "Nəsimi ili" elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı » Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi". president.az (az.). 2022-03-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-07-27.