Nahamar qarağac
Nahamar qarağac | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Cins: Növ: Nahamar qarağac |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Nahamar qarağac (lat. Ulmus glabra) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin qarağackimilər fəsiləsinin qarağac cinsinə aid bitki növü.
Təbii yayılması
[redaktə | mənbəni redaktə et]Vətəni Avropa, Rusiyanın Avropa hissəsidir.
Botaniki təsviri
[redaktə | mənbəni redaktə et]Hündürlüyü 30-35 m, çətrinin diametri 10 – 30 m, düz gövdəli, yelpikvari, sıx çətirli ağacdır. Qabığı tünd boz, xırda yarpaqlıdır. Yarpaqları nahamar, cod tükcüklərlə örtülmüşdür. Payızda parlaq sarı rənglidir. Yarpaqlar açılanadək çiçəkləyir, küləklə tozlanan bitkidir. Çiçəkləri yaşıl-sarı, xırda, sallaq erkəkciklıdir. Meyvələri yayın ortalarında yetişir.
Ekologiyası
[redaktə | mənbəni redaktə et]İşıqsevən, kölgəyə, şaxtaya, tüstüyə, qaza, şoranlaşmaya davamlıdır. Məhsuldar torpaq tələb edir. Qısamüddətli quraqlığa dözür.
Azərbaycanda yayılması
[redaktə | mənbəni redaktə et]Böyük və Kiçik Qafqazda, Naxçıvanda, Talış zonasında təbii halda yayılmışdır.
İstifadəsi
[redaktə | mənbəni redaktə et]Yaşılaşdırmada yararlıdır.