Natali İmbrulya

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Natali İmbrulya
Ümumi məlumatlar
Doğum tarixi 4 fevral 1975(1975-02-04)[1] (49 yaş)
Doğum yeri
Uşağı 1
Musiqiçi məlumatları
Fəaliyyəti müğənni, mahnı yazarı[d], aktrisa, televiziya aktrisası, kino aktrisası, model[d], səsyazma sənətçisi[d]
Fəaliyyət illəri 1992-ci ildən
Janrlar pop musiqisi, pop-rok
Albom şirkətləri RCA Records, Island Records
natalieimbruglia.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Natali Ceyn Imbrulya (4 fevral 1975[1], Sidney[1]) Avstraliyalı müğənni-bəstəkar, model və aktrisadır. 1990-cı illərin əvvəllərində Avstraliyanın "Qonşular" serialında Bet Brennan rolunu ifa edib. Serialdan ayrıldıqdan üç il sonra, Ednaswap qrupunun "Torn" mahnısını yenidәn ifa edәrәk müğənnilik karyerasına başlayıb.


Sonrakı albomu, Left of the Middle (1997), dünya miqyasında 7 milyon nüsxə satıldı. İmbruliyanın sonrakı beş albomu bütün dünyada 3 milyon nüsxə ilә satıldı və ümumilikdә səkkiz ARIA Mükafatı, iki Brit Awards Mükafatı, bir Billboard Musiqi Mükafatı qazanıb, hәmçinin üç Grammy mükafarına namizədliyi irәli sürülüb.

İmbruliya, 2003-cü ildə istehsal olunan Johnny English və 2009-cu ildə Qışda bağlıdır filmi də daxil olmaqla bir neçə filmdə çәkilib. L'Oreal, Gap və Kailis kimi bir neçə marka üçün modellik edib.

Həyatı və karyerası

[redaktə | mənbəni redaktə et]

Erkən həyatı və karyerasının başlanğıcı

[redaktə | mənbəni redaktə et]

İmbruliya, 4 fevral 1975-ci ildə Avstraliyanın Sidney şəhərində Maksin və Elliot Imbruglia'nın dörd qızından ikincisi olaraq anadan olmuşdur. Atası İtalyan əsilli (beş yaşında ailəsi ilə birlikdə Avstraliyaya köçən, әslәn Liparidən olan Siciliyalı), anası isə İrlandiyalı və İngilis əsillidir.[2] Imbruliya Müqәddәs Peters Katolik Kolleci (əvvəllər Mater Dei olaraq adlandırıldı) məktəbdə tәhsil alıb.  15 yaşında özünә karyera qurmaq ümidi ilə balet, vә bir sıra digәr rəqslәrlә məşğul olub.

Imbrulya, Coca-Cola və Avstraliya qəlyanaltı şirkәti Twisties  televiziya reklamlarında yer aldı.  16 yaşında olanda aktrisalıq arzusu ilә  məktəbi yarımçıq qoyur. Avstraliyanın "Qonşular" serialında   Beth Brennan rolunun ifaçısı olur vә  hәmin serialda. Cameron Hudson rolunu ifa edәn Ben Mitchell ilə birlikdә yaşayır.[3] [4] Serialın ikinci sezonunun  sonunda -  1994-cü ildə Londona köçməyi qәrara alır vә serialı  tərk etdi.  Burada o, sonradan meneceri olan Anne Barretlə tanış olur vә onu  dörd mahnının ibarət demo versiyasını yazdırmağa inandırır. [5] Belәliklә, "Torn" mahnısının demo versiyası RCA Records tәrәfindәn bәyәnildikdәn sonra BMG şirkәti ilə müqavilə imzalanır.

1997–2000: Left of the Middle və dünyada tanınması

[redaktə | mənbəni redaktə et]

 Imbrulyanın ilk beynəlxalq sinqlı "Torn", Ednaswap qrupunun oxuduğu mahnısının kaver versiyası idi.  1997-ci ilin noyabrında İngiltərənin Singles çartında ikinci, dünyanın dörd bir tərəfindә radioların efirində birinci, Billboard Airplay çartında 14 həftə birinci  yerә çatdı.  Sinql tәkcә Birləşmiş Krallıqda bir milyondan çox nüsxə satıldı.  2011-ci ilin mәlumatına etibarən 'Torn', 1990-cı ildən bəri Avstraliya radiosunda ən çox çalınan mahnıdır, Avstraliya İcraedici Hüquqlar Dərnəyi (APRA) tərəfindən tərtib edilmiş məlumatlar əsasında mәlum olub ki,  1997-ci ildən bәri mahnı 300 500 dəfə səsləndi.

Rick Dees özünün Top 40 Çart şousunda, Yeni il ərəfəsində KIIS-FM-dən yayımlanan "2000-  Minilliyin Geriyә doğru" şousunda "Torn" mahnısına "1990'ların bir nömrəli radio sinqlı" adını verdi.

Imbruliyanın ilk albomu Left of the Middle, 24 Noyabr 1997-ci ildə satışa çıxarıldı. Albom üç həftə sonra İngiltərədə 350.000 nüsxә satıldı və platinium sertifikatına layiq  görüldü. Ümumilikdә 7 milyon nüsxə satıldı və ilk həftədən etibarәn Billboard'un qiymәtlәndirmәsinә görә  Alanis Morissette, Fiona Apple və Meredith Brooks kimi sәnәtçilәrdәn daha çox pop / rok / alternativ üslubda satılan ilk qadın sənətçinin albomudur. İngiltərədə "Torn" dan sonra satışa çıxarılan ikinci sinql "Big Mistake" oldu vә çartlarda 2-ci yerә qәdәr çıxdı.  "Wishing I Was There" sinqlı ilk iki sinqla nisbәtәn daha az uğurlu oldu və 19-uncu yerdә qәrarlaşdı.  UK radiosundakı "Wishing I Was" 1998-ci ilin yayında 2-ci yerə, ABŞ-da isə Top 40 Show-sunda 14-cü yerə çatdı.  Albomun son sinqli "Smoke" oldu vә mahnı barәdә rәylәr müxtәlif oldu. Bu mahnı İngiltərədə hit oldu və ilk 5-liyə çıxdı, Avstraliyada isə ilk 40-a çata bilmәdi. Ümumilikdә isә albom bir çox ölkədə satış üzrә yaxşı nәticә göstәrәrәk,  ABŞ və İngiltərədə 1 milyon nüsxә ilә satılaraq ilk 10-luğa daxil oldu.

 "Torn" sinqlı və Left of the Middle albomu 1998-ci ildə Imbruliyaya altı ARIA Mükafatı qazandırdı, "Wishing I Was Var" adlı və albom satışı üzrә dünyadakı uğurları ona 1999-cu ildə daha iki ARIA mükafatı qazandırdı. 1998-ci ildə Ən yaxşı yeni aənətçi üzrә MTV Mükafatı və 1999-cu ildə ard arda üç Grammy nominasiyasına namizәd göstәrildi.  Eyni ildә Natali hәm dә Ən yaxşı beynəlxalq yeni  müğәnni və Ən yaxşı beynәlxalq qadın müğәnni nominasiyasında  iki Britaniya musiqi mükafatını qazandı.

2001–2004: White Lilies Island (Ağ Zanbaqlar Adası)

[redaktə | mənbəni redaktə et]

 Imbruliyanın 2001-ci ildəki növbəti albomu White Lilies Island onun Windsor'da,Temza çayının yanında yaşadığı yerin şәrәfinә adlandırıldı.  Imbruliya üç il ərzində hazırlanan bu alboma daxil olan hər bir mahnı üzәrindә  özü dә işlәyib.  Albomun ilk sinqlı "That day", onun әvvәlki sinqllərindən üslub baxımından fərqlənsə də, İngiltərədә musiqi çartlarında ilk 10-luğuna düşә bilmәdi.  "Beauty on the Fire" sinqlı dünya miqyasında musiqi çartlarında uğur qazaba bilmәdi. Ümumilikdә, albom,  1 milyon nüsxә satılsa da, Left of the Muddle albomunun uğurunu təkrarlaya bilmәdi. 2003-cü ildə "Johnny English" filmində Rowan Atkinsonun sevgilisi rolunu canlandırdı.

2005–2008: Counting Down The Days

[redaktə | mənbəni redaktə et]

 2005-ci ilin aprelində Imbruliya'nın üçüncü albomu Counting Down The Days'in ilk sinqli  "Shiver" satışa buraxıldı.  "Shiver" İngiltərədə "Torn" dan sonra ən uzun müddәt çartlarda qalan sinql oldu.  Bir neçə həftə ərzində İngiltərədəki radioçartlar siyahısında birinci oldu və ümumilkdә İngiltərə musiqi çartlarında səkkizinci yerә qәdәr yüksәldi.  Mahnı 2005-ci ilin ən çox sәslәnәn mahnısı oldu. Counting Down The Days albomu da albomlar siyahısında yüksәk yerlәrә çıxdı.

"Sanctuary" bu albomdan  radiolara göndərilən  ikinci sinql idi.  Amma bu mahnı "Shiver" kimi radio vә çartlarda çox uğur qazana bilmədi. 

Imbruliya oktyabrın və noyabr ayının sonunda pәrәstişkarları üçün kiçik Avropa turundan ibarәt jonsert turuna çıxdı. Albomun  UK Top 40'a  daxil ola bilmәmәsinә baxmayaraq, turne uğurku ildu, xüsusilə Londonda bir neçə konsertin biletlәri xeyli әvvәldәn satıldı. 

 Albom 2005-ci ildə İngiltərədə 204.877 nüsxə satılaraq  ən çox satılan 100-cü albom oldu.

 Imbruglia dördüncü albomunun hazırlıqlarına 2005-ci ilin sonlarında başladı. 2007-ci ilin ortalarında isә onun planları dəyişdi və səsyazma şirkəti Imbruliya'nın 10 illik musiqi yaradıcılığına hәsr edilәn  mahnılar toplusunu çıxardı.  Albomdan yeganə sinql "Glorious"un premyerası Chris Moyles Şousunda BBC Radio 1-də baş tutdu.  Singles Collection toplusu İngiltərədə 5-ci yerə çıxdı, alboma "Glorious" sinqli, hәmçinin Imbruliyanın kliplәrindәn ibarət DVD də daxil idi.  Albom ümumilikdә 600.000 nüsxə satıldı.

2009–2014: Come to Life, musiqidә fasilə və səhnə debütü

[redaktə | mənbəni redaktə et]

 2008-ci ilin sonları - 2009-cu ildə Natali nəhayət növbәti albomu üzərində işlәmәyә başladı, bu zaman o, Brightside / Sony BMG şirkәti ilə müqavilәsinә xitam vetdi.  Alboma daxil olan mahnılar Ben Hillier, Dave McCracken, o zamankı həyat yoldaşı Daniel Johns, Gary Clark, Jamie Hartman, Paul Harris, Shep Solomon və Coldplay qrupunun solisti Chris Martin ilə birlikdə yazılmışdır.  Bəzi mahnıların prodüserliyi Hillier'ә aiddir vә  Danton Supple tərəfindən miks olunub.

 Albom Amazon Music vasitəsilə onlayn olaraq təqdim edildi.

 Bu albomun ardınca sonra Imbruliyanın yaradıcılığında altı illik fasilə oldu və o, әsas diqqətini yenidən aktrisalığa yönәltdi.  Imbruliya Los Ancelesə köçdü və aktyorluq dәrslәri almaq üçün Ivana Chubbuck ilә mәşğul oldu.  Növbәti beş il ərzində o,  Closed for Winter (2009), Underdogs (2013) and Among Ravens (2014) filmlәrindә çәkildi.

 2014-cü ilin aprelində İmbruglia İngiltərə istehsalı olan Things We Do For Love vә Kral Teatrında   Bath pyeslәrindә çıxış etdi.

2014–2018: Male albomu

[redaktə | mənbəni redaktə et]

 3 dekabr 2014-cü ildə Imbruglia Sony Masterworks ilə müqavilə bağladı və bir neçə kişi ifaçının məşhur mahnılarını kaver edərək son beş ildə ilk albomunu çıxardı. Albomun ilk sinqli  Daft Punk qrupunun ifasındakı mәşhur  "Instant Crush" mahnısının kaver versiyası idi.  Male, 31 iyul 2015-ci ildə satışa buraxıldı vә belәliklә Natalinin beşinci studiya albomu oldu.  2017-ci ilin yazında, Imbruliya albomuna dəstək mәqsәdilә Avropa üzrә Akustik Turnesinә başladı.  2018-ci ildə  İngiltərədә onun daha bir konsert turnesi  oldu.

2018 – hazırda: Yeni albom

[redaktə | mənbəni redaktə et]

  2018-ci il Noyabr ayında İnstaqram hesabı vasitәsilә  Imbruliya dinlәyicilәrinә yeni musiqilərinin 2019-cu ildə hazır olacağını bildirdi. 2019-cu ilin fevralında Strokes üzvü  Albert Hammond Jr.-in Strokes prodüseri Gus Oberg ilə birlikdə studiyada  Imbruliyanın yeni mahnıları üzərində işlәdiyi bәlli oldu.

 Imbruliya, 1997-2007-ci illәrdә әmәkdaşlıq etdiyi səsyazma şirkәti  BMG ilә  2019-cu ilin iyulunda  yenidәn müqavilә bağladı vә 2020-ci ildə yepyeni mahnılardan ibarət albom buraxmağı planlaşdırdı. Daha sonra albomun satışa buraxılması 2021-ci ilə dәyişdirildi.

Digər nailiyyәtlәri

[redaktə | mənbəni redaktə et]

 2010-cu ilin may ayında Imbruliya, The X Factor-un Avstraliya versiyasında, ikinci sezonda jüri oldu.  2011-ci ilin iyun ayında İmbruliya, şousun orijinal İngilis versiyasında da jüri oldu, burada yeddinci seriyasında Birmingham dinləmələrində qonaq oldu.

 2016-cı ildə Imbruliya SBS TV-nin First Contact serialının ikinci sezonunda rol aldı.

Sevgi münasibətləri və vətəndaşlıq

[redaktə | mənbəni redaktə et]

 Natalie Imbruliya, müğənni-bəstəkar Laura Imbruliya'nın böyük bacısıdır.  Imbruglia 1990-cı illərin sonlarında Amerikalı aktyor David Schwimmer ilə sevgili ifi.

 1999-cu ildə Imbruglia, Silverchair qrupunun Londondakı konsertində səhnə arxasında ikәn qrupun solisti Daniel Johns ilə tanış oldu.  Onlar həmin ilin oktyabr ayında Sidneydəki Gazebo Oteldə təşkil olunan ARIA mükafat partisindә  yenidən rastlaşdıqdan sonra görüşmәyә başladılar. 2002-ci ildә nişanlanan cütlük,  Yeni il ərəfəsindә 2003-cü ildə Avstraliyanın Queensland, Port Douglas şəhərində evləndilər.  Johns, İmbruliya'nın 2005-ci il Counting Down The Days albomu için "Satisfied" mahnısını bәstәlәmişdi vә 2009-cu ildә   onun Come to Life albomundakı  "mahnısını yazmışdı. 

 İmbruglia 2013-cü ildə  İngiltərə vətəndaşı statusunu aldı.

İctimai nüfuzu

[redaktə | mənbəni redaktə et]

 Imbruliya, 2004-cü ildə bütün dövrlərin әn təbii gözәl qadınları siyahısında  ən gözəl altıncı qadın seçildi. Siyahıya Audrey Hepburn başçılıq edirdi vә sorğuda iştirak edәnlәr moda redaktorları, model agentlər və makiyaj ustaları idi. VH1'in tәşkil etdiyi sorğuda Natalie 100 ən seksual sənətçi siyahısında da yer tutdu.


 Imbruliya'nın boynunda Sanskritcə "uğurlu" və ya "gözəl" mәnasını bildirәn "Shreya" yazısı, sol ayağında isә "cəsarət" mənasını bildirәn Çin döyməsi var.   Heç vaxt plastik əməliyyat etmədiyini deyәn Natali,  ancaq " bunu istisna etmirəm, çünki gələcəkdə özümü necə hiss edəcəyimi bilmirəm" dedi.  Backstreet Boys

  1. 1 2 3 4 Deutsche Nationalbibliothek Record #135084059 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.
  2. "Happy Birthday: Natalie Imbruglia, 38". The Times. 4 February 2013. 7 April 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 October 2018.
  3. Perfect Blend Arxivləşdirilib 2021-10-24 at the Wayback Machine, 6 December 2008. Retrieved 29 August 2019
  4. McNair, James. "Natalie Imbruglia: Torn no longer". The Independent. UK: Independent Print Limited. 1 April 2005. 17 October 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 March 2012.
  5. Sitat səhvi: Yanlış <ref> teqi; mtv.it adlı istinad üçün mətn göstərilməyib