Nikolay Domojakov

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Nikolay Georgiyeviç Domojakov
Təxəllüsü Nikolay Domojakov
Doğum tarixi 12 iyul 1916(1916-07-12) və ya 20 yanvar 1916(1916-01-20)[1]
Doğum yeri Xızıl-xas ulusu, Ust-Abakan rayonu, Xakasiya
Vəfat tarixi 16 noyabr 1976(1976-11-16)[1] (60 yaşında)
Vətəndaşlığı SSRİ SSRİ
Rusiya Rusiya
Milliyyəti xakas türkü
Təhsili Abakan Müəllimlər İnstitutu
Fəaliyyəti yazıçı, şair, dilçi
Fəaliyyət illəri 1935-ci il
Əsərlərinin dili xakas dili
Janrlar şeir, hekayə, roman, dərslik
Mükafatları "Qırmızı əmək bayrağı" ordeni "Qırmızı əmək bayrağı" ordeni

Nikolay Georgiyeviç Domojakov (xak. Николай Георгиевич Доможаков; 12 iyul 1916 və ya 20 yanvar 1916[1]16 noyabr 1976[1]) — xakas yazıçısı, alimi və dilçisi, Xakasiya Yazıçılar Birliyinin yaradıcısı və onun ilk sədri.[2]

Nikolay Georgievich Domojakov 20 yanvar 1916-cı ildə Xakasiyanın Ust Abakan rayonunun Xızıl-xas kəndində xakas ailəsində anadan olmuşdur. İbtidai təhsilini Raykovski üç sinifli məktəbdə almışdır. 1931–1935-ci illərdə Xakasiya pedaqoji məktəbində oxumuşdur. 1935–1938-ci illərdə kənd müəllimi, sonra regional xalq təhsili idarəsinin müfəttişi kimi çalışmış, Xakasiya məktəbləri üçün 1936-cı ildə nəşr olunan ilk "Xakas dilinin qrammatikası"dərsliyinin hazırlanmasında fəal iştirak etmişdir.

Nikolay Domojakov 1938-ci ilin əvvəlində Regional Pedaqoji İdarənin (sonradan — Müəllimlərin Təkmilləşdirilməsi İnstitutu) yaradılmasında iştirak etmişdir. Eyni zamanda, texnikumda xakas dilindən dərs demişdir. 1939-cu ildə Nikolay Georgieviç Abakan Müəllimlər İnstitutunun tarix-filologiya fakültəsinə daxil olur institutu fərqlənmə diplomu ilə bitirir. 1941-ci ildə, müharibənin ilk günlərində o, fəal orduya qoşulmaq üçün ərizə yazır, ancaq sağlamlığı səbəbiylə cəbhəyə aparılmır. 1941-ci ilin payızında Moskvadakı Ümumittifaq Elmlər Akademiyasının SSRİ xalqlarının dili və ədəbiyyatı İnstitutunda aspiranturaya daxil olur.

Nikolay Domojakov 1944-cü ildən 1955-ci ilə qədər rəhbərlik etdiyi Xakasiya Elmi Tədqiqat Dil,Ədəbiyyat və Tarix İnstitutunun yaradıcılarından biridir. O, xakas dili ilə bağlı bir sıra fundamental əsərlərin, xakas məktəblərinin şagirdləri üçün dərslik və tədris vəsaitlərinin müəllifidir.

1949-cu ildə "Xakass dilinin Qızıl dialekti" mövzusunda namizədlik dissertasiyasını müvəffəqiyyətlə müdafiə etmişdir. O, ömrünün sonlarına qədər Abakan Pedaqoji İnstitutunda dərs demişdir. Onun yetirdiyi tələbələr arasında Xakasiyanın V.G.Karpov, N.N.Mejekova, S.P.Ulturgaşev və başqa məşhur alimlər var.

O, 1848-ci ildən SSRİ Yazıçılar Birliyinin üzvüdür. Nikolay Domojakov səyi nəticəsində 1949-cu ildə Xakasiya Yazıçılar Birliyi yaradılmış və o, 1949–1963-cü illərdə birliyə rəhbərlik etmişdir. Nikolay Domojakov 16 noyabr 1976-cı ildə vəfat etmişdir.

Yaradıcılığı

[redaktə | mənbəni redaktə et]

Nikolay Domojakovun ilk şeirləri 1935-ci ildə nəşr olunmuşdur. Lakin o, yazıçı kimi, nəsr janrında yazdığı əsərlərlə məşhurlaşmışdır.

Onun nəsr yaradıcılığının zirvəsi ilk xakas romanı olan "Uzaq Aalda" (1960) əsəri hesab olunur. Roman 1970-ci ildə rus dilinə tərcümə edilərək "Xudojestvennaya literatura" nəşriyyatı tərəfindən nəşr olunduqdan sonra ümumittifaq şöhrəti qazanmışdır. Sonralar roman bir neçə dəfə təkrar nəşr olunmuşdur. Belə ki,1970-ci illərdə onun ümumi tirajı 2 milyon nüsxəni aşmışdır. Romanın motivləri əsasında 1977-ci ildə Sverdlovsk Film Studiyası "Qızıl qartalın son ili" bədii filmini çəkmişdir.

Nikolay Domojakov Uilyam Şekspir, Aleksandr PuşkinMaksim Qorkinin bəzi əsərlərini xakas dilinə çevirmişdir. Yazıçının yaradıcılıq irsi – nəsri və poeziyası Ukrayna, rus,qırğız, tuva, latış, monqol,türk və digər dillərə tərcümə edilmişdir. Yazıçı, alim, müəllim Nikolay Domojakov xakas milli mədəniyyətinin inkişafına böyük töhfə vermişdir.

Mükafatları və xatirəsinin əbədiləşdirilməsi

[redaktə | mənbəni redaktə et]

"Qırmızı əmək bayrağı" ordeni ilə təltif edilmişdir. Xakasiya Milli Kitabxanasına Nikolay Domojakovun adı verilimişdir.

  1. Стихотворениелер = Стихотворения / Н. Доможаков . – Абакан, 1948. – 40с.
  2. Ааллар ырласча = Улусы поют: стихи / Н. Доможаков. – Абакан, 1951. – 57с.
  3. Стихтар = Избранные стихи / Н. Доможаков. – Абакан, 1955. – 136 с.
  4. Чибiргi сарын = Двадцать песен / Пер. с рус. Н. Доможакова. – Абакан, 1956.– 39 с.
  5. Кiзiлерге кiзiденер = Людям о человеке: стихи / Н. Доможаков. – Абакан,1960. – 96 с.
  6. Ыраххы аалда = В далеком аале: роман / Н. Доможаков. – Абакан, 1960. –402 с.
  7. Ыраххы аалда = В далеком аале: роман / Н. Доможаков. – Абакан, 1975. –256 с.
  8. Ыраххы аалда = В далеком аале: роман / Н. Доможаков. – Абакан 1987. –278 с.
  9. Минiн азбукам = Моя азбука / Н. Доможаков. – Абакан, 1962. – 39 с.
  10. Куулбек чиллернiн коглерi = Песни весенних ветров: стихи, поэма / Н.Доможаков. – Абакан, 1964. – 116 с.
  11. Чылдан чылга = Из года в год: стихи / Н. Доможаков. – Абакан, 1965. – 151с.
  12. Избранные стихотворения / Н. Доможаков. – Абакан, 1970. – 49 с.
  13. Избранное: [лучшие стихи на хакасском и русском языках: сборник стихотворений] / Н. Доможаков. – Абакан: Дом литераторов Хакасии, 2012. –203 с.
  1. Поёт река Абакан: стихи / Н. Доможаков. – М.: Сов. писатель, 1957. – 85 с.
  2. Приглашение: стихи/ Н. Доможаков. – Кызыл, 1966. – 33 с.
  3. В далёком аале: роман / Н. Доможаков, пер. Г. Сысолятина. – М., 1970. – 80 с. – (Роман-газета).
  4. В далеком аале: роман / Н. Доможаков. – Красноярск, 1970. – 232 с.
  5. В далеком аале: роман / Н. Доможаков. – М., 1972. – 207 с.
  6. В далеком аале: роман / Н. Доможаков. – Абакан, 1972. – 207 с.
  7. В далеком аале: роман / Н. Доможаков. – М., Современник, 1974. – 287 с.
  8. В далеком аале: роман / Н. Доможаков. – М., 1977. – 208 с.
  9. В далеком аале : роман / Н. Доможаков. – Абакан, 1987. – 238 с.
  10. Чатхан: избр. стихи /Н. Доможаков, пер. Г. Сысолятина. – Красноярск, 1976 – 160 с.
  11. Доможаков, Н. Избранное: стихи. – Абакан, 2012. – 203 с.
  1. 1 2 3 4 Историческая энциклопедия Сибири (rus.). / под ред. В. А. Ламин Новосибирск: 2009. ISBN 5-8402-0230-4
  2. Infourok. "Презентация по литературе "Доможаков Н.Г."". infourok.ru. 2017-12-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-12-25.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]