Nikolay Saakov
Nikolay Saakov | |
---|---|
20 oktyabr 1965 – 19 oktyabr 1973 | |
Əvvəlki | qurum yaradılıb |
Sonrakı | Rəhim Hüseynov |
6 iyun 1957 – 20 oktyabr 1965 | |
Sədr | Sabit Orucov Süleyman Vəzirov |
19 may 1954 – 6 iyun 1957 | |
Sədr | Sadıq Rəhimov |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 10 iyun 1908 |
Doğum yeri |
|
Vəfat tarixi | 19 oktyabr 1973 (65 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Partiya |
|
Rütbəsi | polkovnik-leytenant |
|
|
Təltifləri |
|
Nikolay Vartanoviç Saakov (erm. Նիկոլայ Վարդանովիչ Սահակով; 10 iyun 1908, Qroznı, Terek vilayəti – 19 oktyabr 1973, Bakı) — Azərbaycan-sovet dövlət xadimi, Azərbaycan SSR Nazirlər Soveti Baş Maddi-Texniki Təchizat İdarəsinin rəisi (1965–1973), Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini (1954–1957), Azərbaycan SSR Ali Sovetinin IV–VIII çağırış deputatı.
Həyatı
[redaktə | mənbəni redaktə et]Nikolay Vartanoviç Saakov 1908-ci ildə Qroznı şəhərində fəhlə ailəsində anadan olmuşdur. 1927-ci ildə ikinci dərəcəli məktəbi bitirmiş, 1933-cü ildə isə Azərbaycan Politexnik İnstitutunu bitirərək mühəndis-arxitektor ixtisasını almış və Türkmənistan ağır sənaye ittifaqının istehsalat şöbəsinin mühəndisi vəzifəsinə göndərilmişdir. Fəhlə-Kəndli Qızıl Ordusu sıralarında bir il xidmət etdikdən sonra o, Qroznıdakı "Krasnı molot" zavodunda quraşdırma sexinin rəisi vəzifəsində işləmişdir.[1]
1935-ci ilin fevral ayında Nikolay Saakov Bakıya gələrək müxtəlif tikinti təşkilatlarında çalışmışdır. 1939-cu ilin əvvəllərində Bakı Şəhər Zəhmətkeş Deputatları Soveti İcraiyyə Komitəsinin arxitektura-planlaşdırma şöbəsinin rəisi təyin edilmişdir.[1] 1941-ci ilin iyul ayından Azərbaycan SSR xalq daxili işlər komissarının müavini, Azərbaycan SSR Xalq Daxili İşlər Komissarlığı İdarəsinin rəisi olmuşdur. 1946-cı ildən neft sənayesi sistemində bir sıra tikinti təşkilatlarına başçılıq etmişdir.[2] 1949-cu ildən 1951-ci ilədək Azərbaycan Dəniz Neft Birliyi rəisinin müavini, sonra üç il "Baş qərb neft tikintisi" tikinti-quraşdırma trestinin rəisi vəzifələrində işləmişdir.[1]
Nikolay Saakov 1954-cü ildən Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini, 1957-ci ildən isə Azərbaycan SSR Xalq Təsərrüfatı Şurası sədrinin birinci müavini vəzifələrində işləmişdir.[2] 1965-ci ilin oktyabr ayından həyatının sonunadək Azərbaycan SSR Nazirlər Soveti Baş Maddi-Texniki Təchizat İdarəsinə başçılıq etmişdir.[3]
Nikolay Saakov 1939-cu ildən ÜİK(b)P (Sov. İKP) üzvü olmuş, Azərbaycan SSR Ali Sovetinin IV–VIII çağırış deputatı seçilmişdir.[4] O, 1956–1963-cü illərdə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvü, 1964-cü ildən isə üzvlüyünə namizəd olmuşdur.[5]
Xəzərdə dəniz yataqlarının kəşfində göstərdiyi xidmətlərə görə Nikolay Saakova 1951-ci ildə 1-ci dərəcəli "Stalin" mükafatı verilmişdir. Bundan əlavə, üç dəfə "Qırmızı əmək bayrağı" ordeni, eləcə də "Qırmızı ulduz", "Şərəf nişanı" ordenləri və medallarla təltif edilmişdir.[3] "Azərbaycan SSR əməkdar mühəndisi" fəxri adına layiq görülmüşdür.[2]
Nikolay Saakov 1973-cü il oktyabrın 19-da 65 yaşında vəfat etmişdir.[3] Oktyabrın 20-də Fəxri Xiyabanda dəfn olunmuşdur.[6]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 3 Никалај Вартанович Сааков // Азәрбајҹан ССР Али Совети депутатларынын тәрҹүмеји-һаллары. Бешинҹи чағырыш: 15 март 1959-ҹу ил. Бакы. 1960. С. 506.
- ↑ 1 2 3 Сааков Николај Вартанович // Азәрбајҹан ССР Али Советинин депутатлары. Алтынҹы чағырыш. Бакы: Азәрбајҹан ССР Али Советинин нәшри. 1965. С. 273.
- ↑ 1 2 3 Н. В. Сааков // Коммунист. № 247 (15462). 20 октјабр 1973-ҹү ил. С. 3.
- ↑ Сааков Николај Вартанович // Азәрбајҹан ССР Али Советинин депутатлары. Сәккизинҹи чағырыш. Бакы: Азәрбајҹан Дөвләт Нәшријјаты. 1973. С. 303.
- ↑ Saakov, Nikolay Vartanovich // Prominent personalities in the USSR (ingilis). Metuchen, New Jersey: Scarecrow Press. 1968. səh. 533.
- ↑ Н. В. Сааковун дәфни // Коммунист. № 248 (15463). 21 октјабр 1973-ҹү ил. С. 3.
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- "Сааков Николай Вартанович" (rus). Память народа. İstifadə tarixi: 26 iyul 2022.
Həmçinin bax
[redaktə | mənbəni redaktə et]- 10 iyunda doğulanlar
- 1908-ci ildə doğulanlar
- Qroznıda doğulanlar
- 19 oktyabrda vəfat edənlər
- 1973-cü ildə vəfat edənlər
- 65 yaşında vəfat edənlər
- Bakıda vəfat edənlər
- Birinci Fəxri xiyabanda dəfn olunanlar
- Sovet İttifaqı Kommunist Partiyasının üzvləri
- SSRİ-nin "Qırmızı əmək bayrağı" ordeni ilə təltif edilənlər
- "Qırmızı ulduz" ordeni ilə təltif edilənlər
- "Şərəf nişanı" ordeni ilə təltif edilənlər
- 1-ci dərəcəli "Stalin" mükafatı laureatları
- Azərbaycan SSR əməkdar mühəndisləri
- Əlifba sırasına görə vəzifəli şəxslər
- Azərbaycan SSR Ali Sovetinin IV çağırış deputatları
- Azərbaycan SSR Ali Sovetinin V çağırış deputatları
- Azərbaycan SSR Ali Sovetinin VI çağırış deputatları
- Azərbaycan SSR Ali Sovetinin VII çağırış deputatları
- Azərbaycan SSR Ali Sovetinin VIII çağırış deputatları
- Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvləri
- Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvlüyünə namizədlər
- Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavinləri