Niyazi Mehdi
Niyazi Mehdi | |
---|---|
May 2001 – ? | |
Əvvəlki | Vəzifə təsis edildi. |
1992 – May 2001 | |
Başqan | İsa Qəmbər |
Əvvəlki | Vəzifə təsis edildi. |
Sonrakı | Vəzifə ləğv edildi. |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 26 fevral 1951 (73 yaş) |
Doğum yeri | |
Partiya | |
Fəaliyyəti | alim |
Elmi fəaliyyəti | |
Elm sahəsi | fəlsəfə |
Niyazi Mehdi (tam adı: Mehdiyev Niyazi Musa oğlu) — filosof, tənqidçi, ədəbiyyatşünas, tərcüməçi, 1989-cu ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, fəlsəfə elmləri doktoru.
Həyatı
[redaktə | mənbəni redaktə et]Niyazi Mehdi 1951-ci il fevralın 26-da Bakı şəhərində qulluqçu ailəsində anadan olmuşdur. Ağdam 1 saylı şəhər məktəbində ibtidai, Bakı 158 saylı şəhər məktəbində orta təhsil almışdır. Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirmişdir (1968–1973). M. V. Lomonosov adına Moskva Dövlət Universitetinin fəlsəfə fakültəsində estetika üzrə təhsil almışdır (1973–1976). M. A. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun fəlsəfə kafedrasında müəllim (1977–1982), baş müəllim (1982–1984) işləmişdir. Hazırda həmin kafedrada dosent vəzifəsində çalışır (1984-cü ildən). "Kinematoqrafın estetik təhlilində semiotik yenidən araşdırmanın yeri" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir (1979). Doktorluq dissertasiyası Orta çağ müsəlman, eləcə də Azərbaycan mədəniyyətinin semiotik-struktur təhlili üzərində qurulub[1].
Ədəbi fəaliyyətə 1970-ci illərdən başlamışdır. Milli ədəbiyyat və estetik mədəniyyət tarixini müasir elmi-nəzəri meyar və fəlsəfi ümumiləşdirmələrlə tədqiq edir. Bədii dil, fəlsəfə, ədəbiyyat və incəsənət problemləri ilə ardıcıl məşğul olur. Dövri mətbuatda müntəzəm çıxış edir. İngilis dilindən elmi tərcümələri var.
Niyazi Mehdi 1992-ci ildən 2003-cü ilə kimi Müsavat Partiyasının konseptual məsələlər üzrə başqan müavini və divan üzvü olmuşdur[2].
Əsərləri
[redaktə | mənbəni redaktə et]- Çətin və dolaşıq durumların kulturolojisi (Şərq və Qərb mədəniyyətlərində virtual örtüyün "kosmoqoniyası")[3].
- Azərbaycan bilinmələrindən pıçıldayan nəsələr (Nəsələrlə nəsnələr arasında). Bakı: 2002[4].
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "Arxivlənmiş surət". 2008-04-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2008-03-07.
- ↑ "Tanınmış filosof Niyazi Mehdi Müsavatı tərk edib". 2016-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-08-12.
- ↑ "Arxivlənmiş surət". 2008-04-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2008-03-07.
- ↑ "Arxivlənmiş surət". 2007-08-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2008-03-07.
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- 26 fevralda doğulanlar
- 1951-ci ildə doğulanlar
- Yaşayan insanlar
- Bakıda doğulanlar
- Müsavat Partiyasının üzvləri
- Əlifba sırasına görə vəzifəli şəxslər
- Ədəbiyyatşünaslar
- Azərbaycan tənqidçiləri
- Azərbaycanlı tərcüməçilər
- Azərbaycan filosofları
- Azərbaycanlı filosoflar
- Azərbaycan Yazıçılar Birliyinin üzvləri
- XX əsr Azərbaycan filosofları
- XXI əsr Azərbaycan filosofları
- Müsavat Partiyasının başqan müavinləri
- Azərbaycan Mərkəzi Seçki Komissiyasının üzvləri
- Bakı və Kəndlər Birliyinin üzvləri
- Müsavat Partiyasının katibləri
- Müsavat Partiyası Divanının üzvləri