Okan Yeşilot
Okan Yeşilot | |
---|---|
Okan Yeşilot | |
Doğum tarixi | |
Doğum yeri | Türkiyə, Giresun |
Vətəndaşlığı | Türkiyə Respublikası |
İxtisası | Tarixçi |
Fəaliyyəti | Tarix |
Fəaliyyət illəri | 1999-cu ildən günümüzədək |
Okan Yeşilot (1971, Giresun) — Tarixçidir.[1]
Həyatı
[redaktə | mənbəni redaktə et]1971, 9 iyulda anadan olan Okan Yeşilot, İbtidai məktəbi Gökcəalıda, orta məktəbi Samsun Ladıq Akpınar Müəllim Liseyində almışdır. Sonradan Mərmərə Universitetinə daxil olmuşdur. Hal-hazırda Mərmərə Universiteti, Tarix fakültəsində çalışır.
Təhsili
[redaktə | mənbəni redaktə et]Mərmərə Universiteti Atatürk Təhsil Fakültəsi Tarix müəllimliyi ixtisasından 1992-ci ildə məzun olmuşdur. 1999-cu ildə magistr təhsilini Mərmərə Universiteti Türkiyyat Araşdırmaları İnistitutunda "Hacı Zeynalabidin Tağıyevin həyatı və fəaliyyətləri" adlı tezis yazaraq bitirmişdir.[2] Doktarantura pilləsini, İstanbul Universiteti Sosial Elmlər İnistitutu Ümumi Türk Tarixi bölümündə, "Həsən Məlik Zərdabinin həyatı və fəaliyyətləri" mövzusunda müdafiə etmişdir.[3]
Okan Yeşilot və Azərbaycan
[redaktə | mənbəni redaktə et]1997-1998-ci illərdə Beynəlxalq Türk-Kazak Əhmət Yasəvi Universitetinin Çimkənd bölümündə təhsil sahəsində çalışdı. Bundan əvvəl isə 1995-1996-cı illər müddətində Bakı Dövlət Universitetində tədqiqatçı kimi çalışmışdır.[4] Xüsusən çarlıq dövrü Azərbaycan tarixi ilə məşğul olan Okan Yeşilot, həmçinin 1991-cii il və ondan sonrakı dövr Azərbaycan tarixi ilə də məşğul olmuşdur.[5] Bu mövzularla bağlı məqalələri 2002-ci ildən Akademik Araşdırmalar jurnalında yayımlanmışdır.[6]
Magistr və doktarantura tezislərini birbaşa Azərbaycanla bağlı mövzular üzərində çalışaraq bitirmişdir. Elmi yaradıcılığının əksər hissəsi Azərbaycanın XIX əsr və daha yeni dövrləri ilə sıx bağlıdır.
Əsərləri[7]
[redaktə | mənbəni redaktə et]- Ateş Çemberinde Azerbaycan
- İstanbul'daki Türkistan Tekkeleri: Ata Yurt ile Ana Yurt Arasındaki Manevi Köprüler ( Çelik Yüksel və Varol Muharrem ilə birlikdə)
- Türk Dünyasında Sürgün ve Göç
- Türk-Ermeni İlişkilerinin Yarını
- Türk Devletleri Birliği Küresel Entegrasyonun Avrasya Modeli
- İrevan türkleri
Bəyannamələri:
- The Ambassador's reports: "Stateynıy Spisok" in 15-18 centuries, Sankt-Peterburq
- Tarihi ve Uluslararası İlişkiler Açısından Kırım, İstanbul, Türkiyə
- Dünden Bugüne Kırım'ın Stratejik Önemi, Muğla, Türkiyə
Bundan əlavə Okan Yeşilot, bir necə kitabın şapında redaktor da olmuşdur:
- Türk Ermeni İlişkilerinin Yarını
- Türk Ermeni İlişkilerinin Yarını
- Hocalı nın Emanetleri Büyümeyen Çocuklar
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "Arxivlənmiş surət". 2019-07-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-02-02.
- ↑ "Arxivlənmiş surət". 2019-07-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-02-02.
- ↑ "Arxivlənmiş surət". 2021-09-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-02-02.
- ↑ "Arxivlənmiş surət". 2021-09-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-02-02.
- ↑ "Arxivlənmiş surət". 2019-07-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-02-02.
- ↑ "Arxivlənmiş surət". 2019-07-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-02-02.
- ↑ "Arxivlənmiş surət". 2018-02-03 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-02-02.