Okinava tritonu
Okinava tritonu | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
XƏTA: parent və rang parametrlərini doldurmaq lazımdır. ???: Okinava tritonu |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
||||||||||
|
Okinava[2] (lat. Cynops ensicauda) — Şərqiasiya tritonları cinsinə aid ən nəhəng[3] triton növüdür.
Okinava tritonu olduqca kiçik areala malikdir. Onlar əsasən Yaponiyanın Ryukyu adalarında yayılmışdır[4]
Klassifikasiya komisiyasının qərarına görə bu növ tükənmə təhlükəsində qarşısındadır[5]
Görünüşü
[redaktə | mənbəni redaktə et]Okinava tritonunu asanlıqla Cırtdan triton cynops orientalis və alov boğaz tritonla səhv salmaq olar. Onların boğaz nahiyəsi parlaq-narıncı rəngdədir. Bu parlaqlıq onların zəhərli olmaları kimi maskalanmağa xidmət edir.
Əsas fərqlilikləri: Okinava tritonları ölçü baxımından iri olumaları və geniş kəlləyə malik olmalarıdır.
Üstəlik bu növün nümayəndərinin quyruqları ensiz və uzun olmaları ilə seçilir. Pəncələrindəki yastıqcıqlar narıncı rəngdə olurlar[6]
Okinava tritonunun uzunluğu 11–14 sm arasında dəyişir. Erkəklərin uzunluğu 12,7 sm, dişilərin isə 18 sm təşkil edir. Onlar təbii şəkildə 20 il yaşaya bilirlər.
Dişilərin quyru bədənlərindən uzun olur. Erkəklərdə isə bu hal müşahidə edilmir. Dişilərdə koalaka çütləşmə zamanı genişlənir.
Rəngləri tüng-qəhvəyi olsa da, qara rəngdə olanlara rast gəlinir[6]
Boğaz nahiyəsində narıncı rəngin üzərində qara nöqtələr vardır.
Bu növü yerlilər bəzən "qılınc triton" adlandırırlar. Səbəb onıarın uzun quyruğa malik olmasından irəli gəlir. Cynops ensicauda ensicauda yarımnövündə çütləşmə zamanı boğaz nahiyəsində parlaq xətt əmələ gəlir. Cynops ensicauda popei yarımnövündə isə bu cür xüsusiyyət yoxdur[7]
Həyat tərzi
[redaktə | mənbəni redaktə et]Çütləşmə dövrü martdan iyul ayına qədər davam edir, digər məlumatda isə noyabrdan iyuna qədər davam etməsi bildirilir. Çütləşmə zamanı onlar bataqlıqlara və düyü tarlalarına üz tuturlar. Qoyulmuş yumurtalar bir nüddətdən sonra suda sərbət hərəkət edə bilirlər. Onların sağ qalması olduqca cətinliklə baş verir. Belə ki, ilanlar, əqrəblər və digər triton növləri onların yumurta və kiçik balalarını yeyirlər. Aralarında Kannibalizm yayılmışdır. İqlim dəyişikliləri onların həyatına böyük zərbə vurur. Belə ki, yağıntılar düşmədikcə oların həyatına təhlükə yaranır.
Okinava tritonu əsasən cücülər, kiçik xərçəngkimilər, yağış qurdları və ilbizlərlə üidalanır.
Klassifikasiya
[redaktə | mənbəni redaktə et]Hazırda okinava tritonları iki yarımnövə bölünür:
Sinonimləri
[redaktə | mənbəni redaktə et]- Molge pyrrhogaster var. ensicauda Boulenger, 1887
- Molge pyrrhogastra var. ensicaudatus Okada, 1891
- Molge pyrrhogaster ensicauda Brown, 1902
- Diemictylus ensicauda Stejneger, 1907
- Triturus ensicaudus Dunn, 1918
- Triton pyrrhogaster subsp. ensicauda Wolterstorff, 1925
- Triton (Cynops) pyrrhogaster Wolterstorff, 1927
- Cynops ensicauda Wolterstorff & Herre, 1935
- Triturus ensicauda Sato, 1943
- Triturus ensicaudus popei Inger, 1947
- Triturus ensicaudus ensicaudus Inger, 1947
- Triturus pyrrhogaster ensicaudus Kawamura, 1950
- Triturus (Cynops) pyrrhogaster ensicaudus Nakamura & Ueno, 1963
- Cynops pyrrhogaster popei Brame, 1967
- Cynops ensicauda ensicauda Thorn, 1968
İstinadıar
[redaktə | mənbəni redaktə et]- ↑ Integrated Taxonomic Information System (ing.). 2005.
- ↑ Ананьева Н. Б., Боркин Л. Я., Даревский И. С., Орлов Н. Л. Пятиязычный словарь названий животных. Амфибии и рептилии. Латинский, русский, английский, немецкий, французский. / под общей редакцией акад. В. Е. Соколова. — М.: Рус. яз., 1988. — С. 31. — 10 500 экз. — ISBN 5-200-00232-X.
- ↑ Cynops ensicauda Arxivləşdirilib 2016-01-28 at the Wayback Machine (ing.)
- ↑ Okinava tritonunun Arealı Arxivləşdirilib 2007-03-15 at the Wayback Machine (ing.)]
- ↑ "IUCN Red List of Threatened Species". 2013-08-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-01-08.
- ↑ 1 2 Növün görünüşü Arxivləşdirilib 2010-12-06 at the Wayback Machine (ing.)
- ↑ Cynops Arxivləşdirilib 2008-04-10 at the Wayback Machine (ing.)