Oleq Aven

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Oleq Aven
Doğum tarixi 25 yanvar 1927(1927-01-25)
Doğum yeri
Vəfat tarixi 1 mart 1992(1992-03-01) (65 yaşında)
Vəfat yeri
Dəfn yeri
  • Donskoye qəbiristanlığı[d]
Uşağı
Elm sahəsi Avtomatik idarəetmə[d]
Elmi dərəcəsi
Elmi adları
Mükafatları "Şərəf nişanı" ordeni
SSRİ Dövlət mükafatı

Oleq İvanoviç Aven (rus. Олег Иванович Авен; 25 yanvar 1927, Moskva1 mart 1992, Moskva) — avtomatik idarəetmə sahəsində SSRİRusiya alimi, SSRİ Elmlər Akademiyasının (1984–1991) və Rusiya Elmlər Akademiyasının müxbir üzvü (1991-ci ildən), texnika elmləri doktoru, professor.

1950-ci ildən SSRİ Elmlər Akademiyasının Avtomatika və Telemexanika İnstitutunda (indiki Vadim Trapeznikov adına İdarəetmə Problemləri İnstitutu) işləmişdir. İnstitutun kiçik elmi işçisindən elmi katibə qədər (1960-cı ildən) keçmişdir. 1960-cı ildən Sov.İKP üzvüdür. 1968-ci ildə Avtomatlaşdırılmış İdarəetmə Sistemləri Laboratoriyasını təşkil etmiş və 1992-ci ilə qədər ona rəhbərlik etmişdir. Eyni zamanda o, SSRİ Avtomatik İdarəetmə Milli Komitəsinin elmi katibi və SSRİ Elmlər Akademiyası Rəyasət Heyəti yanında Sistem Təhlili Komitəsinin məsul katibi vəzifələrində çalışmışdır. 26 dekabr 1984-cü ildə SSRİ Elmlər Akademiyasının informatika, hesablama texnikası və avtomatlaşdırma şöbəsinə müxbir üzvü seçilmişdir. 1 mart 1992-ci ildə Moskvada vəfat etmişdir. Donskoye qəbiristanlığının 10 saylı bölməsində dəfn edilmişdir.[1]

  • Авен О. И. и др. Оценка качества и оптимизация вычислительных систем. М.: Наука. 1982.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]