Oqtay Salamzadə

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Oqtay Salamzadə
Oqtay Məmmədhəsən oğlu Salamzadə
Doğum tarixi
Doğum yeri Azərbaycan Azərbaycan Füzuli rayonu, Cuvarlı kəndi
Vəfat tarixi (81 yaşında)
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Milliyyəti azərbaycanlı
Atası Məmmədhəsən Salamzadə
Təhsili Azərbaycan Dövlət Universiteti
Fəaliyyəti yazıçı, publisist

Oqtay Salamzadə (azərb. Oqtay Məmmədhəsən oğlu Salamzadə‎; d.1 sentyabr 1930-cu il — ö. 2 aprel 2012-ci il) — nasir, dramaturq, ilahiyyatçı-publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1963), Jurnalistlər Birliyinin üzvü (1962), Respublika Ziyalılar Cəmiyyətinin fəxri doktoru (2000).[1]

Oqtay Salamzadə 1930-cu il sentyabrın 1-də Füzuli rayonunun Cuvarlı kəndində doğulub. Orta məktəbi bitirdikdən sonra 1948-1953-cü illərdə Bakı Dövlət Universitetinin fəlsəfə şöbəsində təhsil alıb.[1]

Əmək fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Oqtay Salamzadə əmək fəaliyyətinə komsomol işçisi kimi başlamış, 1953–1959-cu illərdə LKGİ Bakı komitəsinin katibi işləyib. Naşir 1959–1963-cü illərdə Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində Uşaq və gənclər verilişləri redaksiyasının məsul redaktoru olub. Salamzadə 1963–1974-cü illərdə Azərbaycan Jurnalistlər İttifaqının məsul katibi seçilib.[1]

Oqtay Salamzadə 1977–1979-cu illərdə "Müxbir" jurnalı redaksiyasında və "Kitabsevərlər" Cəmiyyətində baş redaktor vəzifəsində çalışıb. Eyni zamanda 1979–1984-cü illərdə "Yazıçı" nəşriyyatında böyük redaktor, 1984–1988-ci illərdə Azərittifaqın "Dostluq" istirahət bazasının direktoru, 1988–1989-cu illərdə Azərbaycan Mədəniyyət Fondunun baş eksperti, 1989–1993-cü illərdə isə "Karvan" ədəbi-bədii toplusunun baş redaktoru vəzifələrində çalışıb.[1]

O, 1993-cü ildən ölümünədək Azərbaycan Kütləvi İnformasiya Vasitələri İşçiləri Həmkarlar İttifaqının sədri, Qafqaz Müsəlmanları İdarəsi Elmi-Dini Şurasının sədr müavini, Hacı Zeynalabdin Tağıyev fondunun prezidenti vəzifələrini icra edib. Bir sıra cəmiyyətlərin fəxri doktoru, mətbu orqanların heyət üzvü olub.[1]

Həmçinin Oqtay Salamzadə 1964-cü ildən "Qızıl qələm" və digər media mükafatlarının təsisçisi və təltif komissiyasının sədri olub. Dəfələrlə Bakı Sovetinə deputat seçilmişdir. Keçmiş SSRİ jurnalistlərinin Bolqarıstan, Çexoslavakiya və Hindistan ölkələrinə səfərə çıxan nümayəndə heyətinin tərkibində olmuşdur.[1]

Ədəbi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Oqtay Salamzadənin ilk irihəcmli mətbu əsəri "Tahirə" povesti 1956–1957-ci illərdə "Azərbaycan gəncləri" qəzetində təfriqə halında çap olunmuşdur. Onun 1979-cu ildə qələmə aldığı "Aqibət", 1980-ci ildə "Ən gözəl gün", 1988-ci ildə "Gələsən, görəsən" pyesləri respublika dövlət teatrlarında tamaşaya qoyulmuşdur.[1]

Habelə Oqtay Salamzadə "Karvan" jurnalında "Sevgi iztirabı" romanını (1992, № 13,14,26,27), dilimizə çevirdiyi "Qurani-Kərim" anlamını (1990–1991, № 13–24), Füzulinin "Hədiqətüs-süəda" əsərini (1992, № 28–39) dərc etdirmişdir.[1]

2012-ci il aprelin 2-də səhər çağı 82 yaşlı Oqtay Salamzadənin vəziyyəti qəfildən pisləşib və vəfat edib.

Oqtay Salamzadə Beynəlxalq Jurnalıistlər Təşkilatının Qızıl medalı, "Xam torpaqların fəthinə görə" medalı və Azərbaycan Respublikası Ali Sovetrinin Fəxri fərmanları ilə təltif edilmişdir. Həmçinin 1992-ci ildə Qafqaz Müsəlmanları İdarəsinin "Xeyriyyə" mükafatına, 1993-cü ildə Azərbaycan-İran Mədəniyyət Mərkəzinin Tusi adına, Məmməd Araz adına mükafatlarına, 1994-cü ildə isə Beynəlxalq Humanitar Fondunun "Yaddaş", Vahid Xeyriyyə Cəmiyyətinin "Hüsni-gözəllik" mükafatlarına layiq görülmüşdür.[1]

  • "Bizim nəsil" (1958)
  • "Qızıl torpaq" (1963)
  • "Sənin məhəbbətinlə" (1965)
  • "İsgəndərin övladları" (1968)
  • "Kirovabad" (1973)
  • "İkinci güllə" (1981)
  • "Dünyanın zinəti" (1983)
  • "Odlu peşə" (1986)
  • "Əsrlərin sirri" (1989)
  • "Sevgi iztirabı" (2003)
  1. 1 2 3 4 5 6 7 8 9 Teymur Əhmədov. "Azərbaycan yazıçıları (XX-XXI yüzillikdə)". Bakı: "Nurlar" NPM. 2011. 1056. ISBN 978 9952 460 06 3.