Oqtay Sinanoğlu
Oqtay Sinanoğlu | |
---|---|
türk. Oktay Sinanoğlu | |
Doğum tarixi | 25 fevral 1935[1] |
Doğum yeri | |
Vəfat tarixi | 19 aprel 2015 (80 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Elm sahəsi | fiziki kimya |
Elmi dərəcəsi | |
İş yerləri | |
Təhsili |
|
Üzvlüyü | |
Vikianbarda əlaqəli mediafayllar |
Oqtay Sinanoğlu (türk. Oktay Sinanoğlu, 25 fevral 1935[1], Bari – 19 aprel 2015, Mayami, Florida25 fevral 1935) — professor, Humboldt mükafatı laureatı[2]
Həyatı
[redaktə | mənbəni redaktə et]Oqtay Nüzhət oğlu Sinanoğlu 26 fevral 1935-ci ildə İtaliyanın Bari şəhərində anadan olmuşdur. Atası o dövrdə Türkiyənin İtaliyadakı səfiri olduğunda Oqtay 1939-cu ilə qədər ailəsi ilə burada yaşamışdır. 1939-cu ildə Türkiyəyə qayıtdıqdan sonra Ankara şəhərində Yenişəhər Liseyində təhsil almağa başlamışdır.[3] 1953-cü ildə orta məktəbi bitirən Oqtay təhsilini davam etdirmək üçün ABŞ-yə yola düşür. O, 1956-cı ildə Kaliforniya Universitetini (Berkli) kimya mühəndisi ixtisası üzrə ən yüksək göstəricilərlə başa vurur. 1957-ci ildə 8 ay müddətinə Massaçuset Texnologiya İnstitutunda təhsilini ən yüksək qiymətlərlə başa vurduqdan sonra 2 il ərzində Kaliforniya Universitetində doktorluq işini tamamlayır.
Fəaliyyəti
[redaktə | mənbəni redaktə et]1960-cı ildən Yel (Yale) Universitetinde associate professor kimi fəaliyyət göstərməyə başlayır[4]. 1961-ci ildə o, "Alfred P. Sloan" mükafatına, 1963-cü ildə 28 yaşında professor adına layiq görülür və XX əsrdə Yel Universitetinin ən gənc professoru olur. Bundan başqa o, Molekulyar biologiya kafedrasına ömürlük rəhbərlik etmək hüququ da qazanır. 1964-cü illdə universitetin nəzəri kimya fakültəsini yaradan Sinanoğlu buradakı faəliyyət müddətində "Atom və molekulların çox-elektron teoremi" (1961), "Şəbəkə nəzəriyyəsi" (1964), "Kimyəvi reaksiyaların mexanizm qanunu" (1974), "Mikrotermodinamika" (1981) kimi işlərini həyata keçirir. Yel Universitetində 37 il fəaliyyət göstərdikdən sonra 1997-ci ildə təqaüdə çıxaraq Türkiyəyə qayıtmışdır. Eyni il Ulduz Texniki Universitetində çalışmağa başlayan Sinanoğlu 2002-ci ilə qədər univeristetin professoru olmuşdur. Kimya ilə yanaşı Türk dilçilik elminə də böyük töhfələr verən Sinanoğlu qeyd edirdi: "Türk dili özlüyündə riyazi bir dildir və elm üçün çox əlverişlidir" . Bu haqda olan fikirlərini "Türk Ədəbiyyatı", "Türk yurdu", "Miliiyət", "Yeni Türkiyə" kimi jurnallarda çap etdirdiyi məqalələrində əks etdirmişdir.
Əsərləri
[redaktə | mənbəni redaktə et]Akademik əsərləri:
- Modern Quantum Chemistry : Istanbul Lectures (Academic Press,1965)
- Sigma Molecular Orbital Theory (Yale Press,1970)
- Three Approaches to Electron Correlation in Atoms and Molecules (Yale Press,1971)
- New Directions in Atomic Physics (Yale Press,1971)
Kitabları:
- Fiziki-kimya terminləri lüğəti (1978)
- Prof. Sinanoğlu və Türkcə (1997)
- Bir Nyu-York xəyalı: Bye Bye Türkcə/ Türkcə gedərsə Türkiyə gedər (2011)
- Hədəf Türkiyə
- Yeni Elmin üfüqləri 1–2-3
- Açıqlamalı fiziki-kimya və riyazi terminlər lüğəti (2000)
Mükafatları
[redaktə | mənbəni redaktə et]1973-cü ildə elm sahəsində nüfuzlu mükafatlardan biri sayılan Humboldt adına mükafatın ilk laureatı olmuşdur. Digər mükafatları aşağıdakılardır:
- 1966 — TÜBİTAK Elmi Mükafatı[5]
- 1973 — Almaniya A. von Humboldt mükafatı
- 1973 — Meksika Elena Moşinski Elmi Mükafatı
- 1975 — Yaponiya Beynəlxalq Elm xadimləri mükafatı
- 1992 — Mədəniyyət Nazirliyi Məlumat Çağı mükafatı
- 1995 — İLESAM Üstün xidmət mükafatı
- 1995 — TYB İlin Fikir adamı mükafatı
- 2002 — TÜRSAV Türk Dünyasına Xidmət Mükafatı
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- Oktay Sinanoğlu'nun Resmi Web Sitesi Arxivləşdirilib 2009-02-10 at the Wayback Machine
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 In memoriam: Oktay Sinanoğlu, renowned theoretical chemist. Yel Universiteti, 2015.
- ↑ "Prof.Dr Oktay Sinanoğlu" (PDF). 2019-04-19 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2019-04-19.
- ↑ "Türk Einstein'ı yoğun bakımda! Prof. Dr. Oktay Sinanoğlu kimdir?". Hürriyet (Turkish). 2015-04-10. 2015-08-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-04-21.
- ↑ "In memoriam: Oktay Sinanoğlu, renowned theoretical chemist". Yale News. 2015-04-20. 2016-01-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-04-21.
- ↑ "Geçmiş Yıllarda Bilim Ödülü Alanlar" (Turkish). TÜBİTAK. 2016-04-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-04-21.
- 25 fevralda doğulanlar
- 1935-ci ildə doğulanlar
- Apuliyada doğulanlar
- 19 apreldə vəfat edənlər
- 2015-ci ildə vəfat edənlər
- 80 yaşında vəfat edənlər
- Floridada vəfat edənlər
- Qaracaəhməd qəbiristanlığında dəfn olunanlar
- Yel Universitetinin müəllimləri
- Orta Şərq Texniki Universitetinin müəllimləri
- Massaçusets Texnologiya İnstitutunun məzunları
- Berkli Kaliforniya Universitetinin məzunları
- TED Ankara Kollecinin məzunları
- Amerika İncəsənət və Elmlər Akademiyasının üzvləri
- Əlifba sırasına görə alimlər
- Türkiyə alimləri
- Türkiyə kimyaçıları
- Professorlar
- Biokimyaçılar