Osmanlı-Venesiya müharibəsi (1537-1540)
Osmanlı-Venesiya müharibəsi (1537-1540) | |||
---|---|---|---|
| |||
Tarix | 1537-1540 | ||
Yeri | Adriatik dənizi, Araıq dənizi | ||
Nəticəsi |
Osmanlı zəfəri Müqəddəs İttifaqın dağılması Preveza zəfərindən sonra Aralıq dənizində Osmanlı hakimiyyəti quruldu. |
||
Münaqişə tərəfləri | |||
|
|||
Komandan(lar) | |||
|
|||
|
|||
Vikianbarda əlaqəli mediafayllar |
Osmanlı-Venesiya müharibəsi (1537-1540)
1537-1540-cı illərdəki Osmanlı-Venesiya Müharibəsi və ya Üçüncü Osmanlı-Venesiya Müharibəsi, I Süleyman dövründə vurulan ilk Osmanlı-Venesiya Müharibəsi idi. Müharibə, Osmanlıların dəniz üstünlüyünün qəbul etdirilməsi və Aralıq dənizinin hakim dəniz qüvvəsi halına gəldiyini göstərmək baxımından diqqətə layiqdir. Bu müharibə dövründə 28 sentyabr 1538-ci ildə Preveze Döyüşü ilə Türk dənizçilik tarixinin ən əhəmiyyətli zəfərlərindən biri qazanıldı. Osmanlı İmperatorluğuna qarşı qurulan Müqəddəs İttifaq da dağıldı.
Münaqişə dövrü
[redaktə | mənbəni redaktə et]1536-1539 -cu illərdə Fransa Şimali İtaliyanı işğal edərkən Osmanlı ordusu da İtaliyanın cənubuna endi. II Mehmeddən sonra təkrar Otrantoya qayıdan Osmanlı qoşunları 23 iyul 1537-ci ildə Valona yaxınlığında düşərgə qurdular. Fransa irəliləməsini dayandırdıqdan sonra quruya enən Osmanlı qoşunları da 1 aydan sonra geri çəkildi.Apuliadaki Osmanlı qoşunları və Osmanlı donanmasının Otranto boğazını işğal etməsi Romadakı Papalıq dövləti tərəfindən böyük bir istila təhlükəsi olaraq görülürdü. Bundan əlavə, müharibə zamanı, bu dövrdə Venesiyadakı Türk Xanında qonaqlayan Osmanlı təbəəsi tacirlərinin həbs edilməsinə və mallarının təhlükəsizliyə alınmasına qərar verildi[1].
1538-ci ilin yazında Osmanlı Nəhəngləri, Egey dənizində Venesiya Respublikasının hakimiyyəti altına olan qalan adaları da ələ keçirmişdi.Onların sırasına Nakşa, Santorini və Paros da daxil idi. Ayrıca, Peloponnes yarmadasında Venesiyanın varlığı Monemvasia və Nafplion qalalarının ələ keçirilməsi ilə sona çatdı. Monteneqronun Kotor körfəzindəki Herseq Novi də Osmanlılar tərəfindən tutuldu. Bu müharibələr nəticəsində Egey və Peloponnesdəki son müqavimət nöqtələrini itirən Venesiya, Albaniya sahillərindən İstriya yarımadasına qədər olan bölgədəki hökmranlığını da itirdi və dəniz gücündən əlavə, quru gücünə də ciddi zərbə vuruldu.
Preveze döyüşü
[redaktə | mənbəni redaktə et]Andrea Dorianın başçılıq etdiyi Müqəddəs İttifaq donanması ilə Barbarossa Xeyrəddin Paşanın komandanlığı altında olan Osmanlı donanması arasında gedən bu döyüş, Osmanlının qələbəsi ilə nəticələndi. 28 sentyabr 1538-ci ildə bu müharibədə Barbarossa Xeyrəddin Paşa ilə birlikdə Sinan Rəis, Cəfər Rəis, Şaban Rəis və oğlu Həsən Rəis (daha sonra Həsən Paşa) mərkəz xəttində idi. Sol cinaha Seydi Əli Rəis, sağ cinaha Salih Rəis komandanlıq etmişdir.
Müharibədən sonra
[redaktə | mənbəni redaktə et]— qərblə şərq arasında ticarətin bərpası və Venesiya-Osmanlı arasında ticarətin canlanması üçün 2 oktyabr 1540-cı ildə bir imtiyaz müqaviləsi (kapitulyasiya) imzalandı. Osmanlı imperiyası kapitulyasiyalarının yenidən başaması üçün Venesiyaya verilən imtiyazları özündə ehtiva edən fərman günümüzə qədər gəlib çatmışdır.
Qalereya
[redaktə | mənbəni redaktə et]-
Preveze dəniz döyüşünü tasvir edən ressam Osman Nuri Paşanın tablosu.
-
Korfu mühasirəsi zamanı Korfu adasının qarşısında Osmanlı və Frank donanması. senyabr 1537.
-
Barbarossa Xeyrəddin Paşanın komandanlığı altında olan Osmanlı donanması 1543-cü ildə Fransanın Toulon limanında qışlayır. Matrakçı Nasuhun əsəri.
Həmçinin bax
[redaktə | mənbəni redaktə et]İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Mahmut Şakiroğlu, "Venedik'teki Türk Ticaret Merkezi Hakkında Yeni Bilgiler ve Bunun Ticaret Tarihimizdeki Yeri", s. 615.