Püstəyarpaq şinus
Püstəyarpaq şinus | ||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Cins: Növ: Püstəyarpaq şinus |
||||||||||||
Beynəlxalq elmi adı | ||||||||||||
|
Püstəyarpaq şinus (lat. Schinus terebinthifolia) — bitkilər aləminin sabunağacıçiçəklilər dəstəsinin sumaqkimilər fəsiləsinin şinus cinsinə aid bitki növü.
Arealı
[redaktə | mənbəni redaktə et]Vətəni Cənubi-Şərqi Braziliya, Şimali Argentina və Paraqvaydır. ABŞ-in cənub ştatlarında, Avstraliyada, Yeni Zelandiyada, Cənubi Çində, Cənubi Afrikada, Sakit okean və Karib dənizinin adalarında yayılmışdır.
Botaniki təsviri
[redaktə | mənbəni redaktə et]Hündürlüyü 7–10 m olan, şaquli budaqlı kiçik ağacdır. Qısa, güclü budaqlı gövdəsi vardır. Yarpaqları uzunsov lansetvari, lələkvari, uzunluğu 10-22 sm-dir, 3-15 xırda yarpaqcıqdan ibarətdir. Yarpaqcıqları oval formalı, uzunluğu 3-6 sm, eni 2-3,5 sm, kənarları dişlidir. Xırda, ağ, çiçəkləri süpürgələrə yığılmışdır. Yumru giləmeyvəlidir, diametri 4–5 mm-dir, 1 toxumludur, qırmızı rənglidir. Bəzən onları çəhrayı bibər və ya qırmızı bibər adlandırırlar.
Ekologiyası
[redaktə | mənbəni redaktə et]Quraqlıq sevəndir. Torpağın münbitliyinə dözür.
Azərbaycanda yayılması
[redaktə | mənbəni redaktə et]Mərdəkan dendrarisində introduksiya olunmuşdur.
İstifadəsi
[redaktə | mənbəni redaktə et]Tərkibində aşı maddəsi vardır. Dekorativ görünüşlüdür. Bir çox yeməklərin hazırlanmasında istifadə edilir.