Pərvin Kərimzadə

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Pərvin Kərimzadə
Şəxsi məlumatlar
Doğum tarixi 3 fevral 1976(1976-02-03) (48 yaş)
Doğum yeri
Partiya
Fəaliyyəti siyasətçi

Təltifləri "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918–2018)" yubiley medalı

Pərvin KərimzadəAzərbaycan Respublikası Milli Məclisinin V çağırış[1] deputatı, tarix üzrə fəlsəfə doktoru,dosent.

Pərvin Orxan qızı Kərimzadə 1976-cı il fevralın 3-də Bakı şəhərində anadan olub. 1982–1992-ci illərdə Gəncə şəhər 4 saylı orta məktəbində təhsil almışdır və medalla bitirmişdir. 1992–1997-ci illərdə Bakı Dövlət Universitetinin Tarix fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir.[2] 2004-cü ildə "XIX əsrin sonu-XXəsrin əvvəllərində Şimali Azərbaycanda mesenatlıq" mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək, tarix elmləri namizədi elmi dərəcəsi, 2009-cu ildən isə dosent elmi adı almışdır. 2006-cı ildən AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunun doktorantıdır. "XX əsrin əvvəllərində Gəncədə milli hərəkat" mövzusunda doktorluq dissertasiyası üzərində çalışır[3].

Ailəlidir, iki övladı var.

Elmi-pedaqoji fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

1997-ci ildən Gəncə Dövlət Universiteti Ümumi tarix kafedrasında müəllim, 2002-ci ildən isə kafedrada baş müəllim kimi fəaliyyət göstərmişdir. 2007–2011-ci illərdə Gəncə Dövlət Universiteti Tarix-Coğrafiya fakültəsinin dekan müavini, 2011 – 2013-cü illərdə Ümumi tarix kafedrasında kafedra müdiri vəzifələrində çalışıb. 2013-cü ildən Gəncə Dövlət Universitetinin Elm və innovasiyalar üzrə prorektorudur.

2004-cü ildə "XIX əsrin sonu-XX əsrin əvvəllərində Şimali Azərbaycanda mesenatlıq" (Gəncə mesenatlarına xüsusi yer ayrılıb) mövzusunda dissertasiyasını müdafiə edərək, tarix üzrə fəlsəfə doktoru elmi dərəcəsini alıb. 2006-cı ildən elmlər doktoru proqramı üzrə AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunun doktorantıdır. "XX əsrin əvvəllərində Gəncədə milli hərəkat" mövzusunda doktorluq dissertasiyası ilkin müzakirədən keçib.

Elmi fəaliyyətinin əsasını Azərbaycan tarixi, xüsusən də erməni-Azərbaycan münaqişəsi, Gəncə tarixi təşkil edib. Gəncə tarixinə həsr edilmiş kitablarda Heydər Əliyevin Gəncə səfərləri, Heydər Əliyev Fondunun Gəncə ilə bağlı fəaliyyəti haqqında yazıları dərc edilib. XX əsrin əvvəllərində Gəncədə milli hərəkat, ilk milli partiyalar, Gəncənin tanınmış şəxsiyyətləri (Ə. Rəfibəyli, M Pişnamazzadə, A. Ziyadxanov, İ. Ziyadxanov və başqaları), 1905–1906-cı il Gəncədə ermənilərin törətdiyi təxribatlar, daşnaksyutun partiyasının terrorçu fəaliyyətini ifşa edən və digər mövzularla bağlı Azərbaycanla yanaşı, dünyanın bir çox ölkələrinin (Türkiyə, Fransa, Almaniya, Rusiya, Ukrayna, Gürcüstan və s.) nüfuzlu elmi nəşrlərində, web of science bazasına daxil olan jurnallarda 70-dən artıq elmi məqaləsi dərc edilib.

Portuqaliyanın Minho Universitetinin, Avstriyanın Tətbiqi Elmlər Universitetinin, Böyük Britaniyanın Middleks Universitetinin, İsveçin KTH Kral İnstitutunun Beynəlxalq Sertifikatları ilə təltif edilib. Azərbaycanı beynəlxalq və yerli konfranslarda, elmi tədbirlərdə mütəmadi təmsil edib.

Rus, İngilis dillərini bilir.

Siyasi fəaliyyət

[redaktə | mənbəni redaktə et]

2013-cü ilin avqust ayından Yeni Azərbaycan Partiyası Gəncə Şəhər Təşkilatının VIII konfransında Təşkilatın sədr müavini, eyni zamanda Yeni Azərbaycan Partiyası Gəncə Şəhər Təşkilatı Qadınlar Şurasının sədri seçilib[4]. Yeni Azərbaycan Partiyası Qadınlar Şurasının üzvüdür. 1 noyabr 2015-ci ildə Azərbaycan Respublikasının Milli Məclisinə V çağırış seçkilərində Azərbaycan Milli Məclisinə deputat seçilmişdir. Milli Məclisin Elm və Təhsil Komitəsinin üzvüdür.

Milli Məclisin Azərbaycan-Türkiyə, Azərbaycan-Litva, Azərbaycan-Gürcüstan, Azərbaycan-Avstraliya və Yeni Zelandiya, Azərbaycan-Qazaxıstan, Azərbaycan-Qırğızıstan, Azərbaycan-İsveçrə parlamentlərarası dostluq qruplarının üzvüdür.

Yeni Azərbaycan Partiyası tərəfindən 37 Saylı Nizami (Gəncə) Birinci Seçki Dairəsindən Azərbaycan Respublikasının VI çağırış Milli Məclisinə deputatlığa namizədliyi irəli sürülüb.

Yeni Azərbaycan Partiyasının VII qurultayında (5 mart 2021-ci il) YAP İdarə Heyətinin üzvü seçilib.[5]

2024-cü il oktyabrın 8-də Azərbaycan - Panama parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri seçilib.[6]

  1. Dağlıq Qarabağ məsələsinin həlli problemi, Məqalə-GDU-nun elmi əsərlər məcmuəsi, Bakı-2005
  2. "Difai" partiyasının yaranma tarixindən, GDU-nun elmi əsərlər məcmuəsi, Bakı-2006, N1
  3. Heydər Əliyev fondu və Gəncə, Heydər Əliyev, Azərbaycan-Gəncə. Bakı-2009.
  4. Национальные партии Азербайджана."Мудафие" "Tarix və onun problemləri", BDU-nun nəşriyyatı, Bakı-2008, № 2
  5. Гянджа-центр национального движения начала XX века Pedaqoji Universitetin Xəbərləri, Bakı-2009, № 4
  6. 1920-ci il Gəncə üsyanına dair Gəncə tarixinin aktual problemləri. II Elmi-praktik konfransın materialları. Gəncə-2010
  7. XX əsrin əvvəllərində Gəncədə siyasi vəziyyət Gəncə Dövlət Universitetinin Elmi Xəbərləri, Gəncə-2010
  8. Общественные организации Гянджи начала XX века Журнал научных публикаций аспирантов и докторантов,Курск-2010
  9. Гянджинские лидеры национального движения Азербайджана (Начало XX века) Молодой ученый",Чита-2010
  10. Гянджинское восстание 1920 года Pedaqoji Universitetin Xəbərləri, Bakı-2010, № 3
  11. Роль Дашнакцутюн в кровавых событиях 1905–1906 годов на Кавказе European Applied Sciences. Ştutqart. Germany. N7,2013
  12. Asiya və Afrika ölkələrinin müasir tarixi (1918–1945). Dərs vəsaiti Bakı 2008.
  13. Asiya və Afrika ölkələrinin müasir tarixi (1918–1945). Metodiki vəsait Bakı 2007
  14. Из истории меценатства в Северном Азербайджане (конец XIX-начало XX века, Monoqrafiya-"Nurlan ", Bakı-2000
  1. "2015-ci il 24 noyabr tarixli iclasın stenoqramı". 2018-09-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-10-27.
  2. "Elm və texnika üzrə prorektor tarix elmləri namizədi, dosent Kərimzadə Pərvin Orxan qızı". 2022-01-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-03-16.
  3. "GDU-nun saytı". 2017-11-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-11-01.
  4. "Yeni Azərbaycan Partiyasının saytı". 2019-09-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-11-01.
  5. "Arxivlənmiş surət". 2021-02-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-11.
  6. "Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qruplarına rəhbərlər seçilib - SİYAHI". Apa.az (az.). 2024-10-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-10-22.