Partizan
Partizan (it. partigiano — müəyyən sosial qrupun, partiyanın tərəfdarı) — düşmənin işğal etdiyi (və ya müxalif siyasi qüvvələrin nəzarəti altında olan) ərazidə partizan müharibəsi üsullarından istifadə etməklə silahlı mütəşəkkil partizan qüvvələrinin tərkibində könüllü olaraq öz ölkəsinin azadlığı və müstəqilliyi uğrunda silahlı mübarizəyə rəhbərlik edən şəxs, partizan dəstəsi.[1]
Bu termin müqavimət hərəkətlərinin sahə elementinə şamil edilə bilər. Bir neçə dildə ən çox yayılmış müasir istifadə İkinci Dünya müharibəsi zamanı, xüsusən də Yuqoslaviya partizan lideri İosip Broz Titonun rəhbərliyi altında işğala qarşı müqavimət döyüşçülərinə aiddir. Burda yerli əhalinin dəstəyi müəyyən edici amildir. Çünki, əks halda "partizan" sözü deyil, "quldurlar", "təxribat qrupları" və s. işlədilir. Bu birləşmələrin qeyri-rəsmi olması çox vaxt onunla bağlıdır ki, onların məqsədi hakimiyyət ölkəsində mövcud olan (siyasi və ya hərbi rejim) və ya düşmən ölkənin işğal rejimi ilə mübarizə aparmaqdır. Üstəlik, əsasən hərbi yolla, düşmən xəttinin arxasında partizan müharibəsi üsulları ilə — təxribat, terror, polis qüvvələri, nizami ordu, yerli idarəetmə orqanları ilə silahlı toqquşmalar və s. Burda əsas məqamlardan biri də ərazi boyu kamuflyajlı hərəkətdən istifadə edərək və üstün düşmən qüvvələri ilə cəbhədə toqquşmalardan yayınmaqla mübarizə üsuludur.
Tarixi
[redaktə | mənbəni redaktə et]Partizan müharibəsinin ilkin konsepsiyası döyüş bölgəsindəki yerli əhalidən cəlb edilmiş qoşunların (və ya bəzi hallarda nizami qüvvələr) düşmən xəttinin arxasında əlaqəni kəsmək, postları və ya kəndləri ələ keçirmək üçün istifadəsini nəzərdə tuturdu. Həmçinin qoşunların əməliyyatları zamanı bazaları dağıtmaq, konvoyları pusquya salmaq, müharibə vergiləri və ya ianələr toplamaq, logistika anbarlarına basqın etmək və düşmən qüvvələrini dağıtmağa və əməliyyat bazalarını müdafiə etməyə məcbur etmək məqsədi də əsas məram idi. Partizan dəstələri və düşmən xətti arxasında partizan döyüşü taktikasından bir çox müharibələr və lokal münaqişələr zamanı geniş istifadə olunur.
Corc Satterfild 1672–1678-ci illər Fransa-Hollandiya müharibəsi zamanı 1673–1678-ci illərdə Aşağı Ölkələr kampaniyalarında "partizan müharibəsi"ni (Fransızca petite guerre, tərcümədə "kiçik müharibə") təhlil etmişdir.[2] Feodal Yaponiyada bəzi nindza təcrübələri qeyri-müntəzəm partizan müharibəsinə bənzəyirdi.
1756–1763-cü illər Yeddiillik müharibə zamanı Prussiya ordusunda hərbi mühəndislərin kapitanı kimi xidmət etmiş macar hərbi zabit De Genay XVIII əsrdə partizan taktikası ilə bağlı ilk dərsliklərdən birini hazırlayıb. Əsər "Partizan və ya Müharibə aparmağın incəsənəti". "Dəstədə müharibə aparmaq…" adlanır. Əsər ingilis dilinə tərcümə edilərək 1760-cı ildə Londonda nəşr olunub.[3] İohan fon Evald 1875-ci ildə çap olunmuş özünün "Abhandlung über den kleinen Krieg" ("Kiçik müharibə haqqında traktat") əsərində partizan müharibəsi üsullarını ətraflı təsvir etmişdir.[4][5]
Partizan müharibəsi konsepsiyası daha sonra 1861-1865-ci illər Amerika vətəndaş müharibəsinin "Partizan Reyncerləri"nin əsasını təşkil etdi.[6][7] Həmin müharibədə Con S.Mosbi, Cessi Ceyms, Vilyam Quantrill və ya Qanlı Bill Anderson kimi Amerika Konfederativ Ştatları Ordusunun partizan liderləri fon Evaldın (daha sonra Jomini (1779-1869) və Klauzevitsin (1780-1831)) təsvir etdiyi prinsiplərə uyğun hərəkət edirdilər.[8][9] Əslində isə XIX əsrin amerikalı partizanları nasistlər tərəfindən işğal edilmiş Avropada fəaliyyət göstərəcək partizan qüvvələrindən daha çox II Dünya müharibəsi zamanı yetişdirilmiş komandos və ya mühafizəçi qüvvələrinə yaxın idilər. Mosbi tipli döyüşçülər qanuni olaraq dövlətlərinin silahlı qüvvələrinin uniformalı üzvləri hesab olunurdu.
XIX əsrin ortalarında partizanlar basqın edən süvarilərdən və ya qeyri-mütəşəkkil/yarımütəşəkkil partizan qüvvələrindən əhəmiyyətli dərəcədə fərqlənirdilər.
Rus partizanları Napoleonun Rusiya səfərində məğlub olmasında mühüm rol oynadılar. Onların şiddətli müqaviməti və davamlı hücumları Fransa imperatorunu 1812-ci ildə Fransanın Rusiyaya hücumu və işğaldan sonra Rusiyadan geri çəkilməyə məcbur etdi. Rus ordusu qusarı Denis Davydovun fəaliyyəti xüsusilə partizan müharibələrinin qaydalarına çox uyğun gəlirdi.[10][11]
Burlar həmçinin 1899-1902-ci illər İkinci Bur müharibəsi zamanı komandoları ilə partizan müharibəsi konsepsiyasını tətbiq etmişdilər.[12]
Rusiya imperiyası da Birinci Dünya müharibəsində partizanlardan aktiv istifadə etmiş. Xüsusən Belarus ərazisində Stanislav Bulak-Balaçoviç dəstəsi ilə aktiv partizan müharibəsi aparmışdır.[13]
Hərəkatın aktivləşməsi
[redaktə | mənbəni redaktə et]Partizan müharibəsi üsulları xüsusilə İkinci Dünya müharibəsi illərində geniş vüsət almışdır. SSRİ ərazisində müharibə illərində nizami qüvvələr kortəbii şəkildə yaradılmış döyüş qruplarına (əhalinin özünütəşkili, mühasirəyə alınmış hərbi qulluqçu qrupları) həm hərbi materialların, həm də mütəxəssislərin verilməsi, həm də təşkilati qrupların və nizami döyüş hissələrinin, hissələrin atılması ilə məşğul olurdular. Avropada Üçüncü Reyxin işğalına qarşı İtaliya,[14] Fransa, [15][16]Yuqoslaviya, Polşa[17][18] ərazisində aktiv partizan dəstələri fəaliyyət göstərirdi.
Xüsusilə Yuqoslaviya Partizanları və ya Milli Azadlıq Ordusu (rəsmi olaraq Milli Azadlıq Ordusu və Yuqoslaviyanın Partizan Dəstələri) Avropanın ən təsirli anti-nasist müqavimət hərəkatı idi.[19][20] Yuqoslaviya partizanlarına İosip Broz Tito rəhbərlik edirdi.[21] 1944-cü ilin sonlarına qədər Yuqoslaviyada partizanların ümumi qüvvələri 650.000 kişi və qadından ibarət dörd səhra ordusunda və şərti döyüşlərdə iştirak edən 52 diviziyada təşkil edilmişdi. 1945-ci ilin aprelinə qədər partizanların sayı 800.000 nəfərdən çox idi.[22]
Böyük Vətən müharibəsi illərində Ukraynada partizan hərəkatı geniş vüsət almışdı. Sovet hərbçisi və dövlət xadimi, general-mayor və iki dəfə Sovet İttifaqı Qəhrəmanı (1942, 1944) Sidor Kovpak Ukraynada partizan hərəkatının əsas təşkilatçılarından biri idi.[23] O, Spadşçanski meşəsindəki partizan dəstəsinə, birləşmiş Putivl partizan dəstəsinə və Sumı vilayətinin partizan dəstələrinə komandanlıq edib.[24] Partizan müharibəsinin basqın taktikasının tərəfdarı olub. Sumı vilayətinin şimal bölgələrində iki dəfə yürüşə, Ukraynanın Sağ Sahilinə və Karpatlara basqınlar təşkil edib.[25][26]
İspaniyada vətəndaş müharibəsi zamanı, Çində vətəndaş müharibəsi və Yaponiya ilə müharibədə, Koreyada Koreya müharibəsi illərində,[27] Yaponiya işğalı zamanı partizan hərəkatı geniş yayılmışdır. İkinci Dünya müharibəsi bitdikdən sonra Ukrayna[28][29][30][31] və Litva[32] ərazisində Sovet işğalına qarşı aktiv partizan müharibəsi olmuşdur. "Meşə qardaşları" adlanan partizan hərəkatı 1950-ci illərin ortalarına qədər davam etmişdir.[33]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Большой юридический словарь. Статья "Партизаны".// slovari.yandex.ru. Arxivləşdirilib 2009-12-12 at the Wayback Machine
- ↑
Satterfield, George. Princes, posts and partisans: the army of Louis XIV and partisan warfare in the Netherlands (1673-1678). Volume 18 of History of Warfare Series, ISSN 1385-7827. Leiden: Brill (2003 tarixində nəşr olunub). January 2003. 2–4. ISBN 9789004131767. İstifadə tarixi: 5 October 2021.
[...] this study concentrates [...] on the French conduct of 'petite guerre' or partisan warfare. [...] In a general sense, partisan warfare consisted of almost every military action besides those of armies when deployed for siege or battle.
- ↑ de Jeney, L. M. [Lewis Michael]: The Partisan, or the Art of Making War in Detachment…"translated from the French of Mr. de Jeney, by an Officer of the Army" [Thomas Ellis]. London: 1760. from French edition in en:Hag, 1757 see en:Mihály Lajos Jeney
- ↑ "Abhandlung über den kleinen Krieg". 2023-04-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-02-01.
- ↑ Ewald J. (ed. & trans. Selig, R. and Skaggs, D) "Treatise on Partisan Warfare", Greenwood Press (1991) ISBN 0-313-27350-2
- ↑ Message of the Governor of Virginia, and Accompanying Documents by Virginia Governor, 1860-1864, Document No. 7.—Governor's Communication Relative to the States Troops Arxivləşdirilib 2023-10-30 at the Wayback Machine, p. 3.
- ↑ Chap. 26.—An Act to Authorize the Organization of ten or more Companies of Rangers Arxivləşdirilib 2023-08-24 at the Wayback Machine, Virginia. General Assembly. Acts Passed at a General Assembly of the Commonwealth of Virginia. Richmond: 1862
- ↑ Castel, Goodrich, 1998. səh. 11
- ↑ Wood, 2003. səh. 1
- ↑ Zamoyski, 1980. səh. 383
- ↑ Davidov, 1999, Chapter 7
- ↑ Свечин А. А. Эволюция военного искусства. Том II. — М.-Л.: Военгиз, 1928
- ↑ Хорошилова О. Войсковые партизаны Великой войны. — СПб., 2002.
- ↑ "Nell'anniversario della battaglia di Piombino, uno storico racconta perché la città merita l'onorificenza La medaglia d'oro, dopo 55 anni "Il massimo riconoscimento va concesso per ristabilire la verità" - Il Tirreno". 17 February 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 April 2017.
- ↑ Moran, Waldron, 2002. səh. 239
- ↑ Holmes, 2004. səh. 14
- ↑ Kochanski, Halik. Resistance: The Underground War Against Hitler, 1939-1945 (ingilis). Liveright Publishing. 2022-05-24. 97. ISBN 978-1-324-09166-0. 2023-02-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-02-02.
- ↑ Brewing, Daniel. In the Shadow of Auschwitz: German Massacres against Polish Civilians, 1939–1945 (ingilis). Berghahn Books. 2022-06-10. 175. ISBN 978-1-80073-090-8. 2023-02-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-02-02.
The appearance of the armed group around Major Henryk Dobrzański in the forests of Radom district in the spring of 1940 marks the moment when the German occupying power was confronted for the first time with an organized partisan group.
- ↑ Jeffreys-Jones, Rhodri. In Spies We Trust: The Story of Western Intelligence. Oxford University Press. 2013. ISBN 9780199580972.
- ↑ Adams, Simon. The Balkans. Black Rabbit Books. 2005. ISBN 9781583406038.
- ↑ Rusinow, Dennison I. The Yugoslav experiment 1948–1974. en:University of California Press. 1978. səh. 2. ISBN 0-520-03730-8.
- ↑ Perica, Vjekoslav. Balkan Idols: Religion and Nationalism in Yugoslav States. Oxford University Press. 2004. səh. 96. ISBN 0-19-517429-1.
- ↑ "О присвоении звания Героя Советского Союза т. т. Ковпаку С. А., Копенкину И. И., Сабурову А. Н., Фёдорову А. Ф., особо отличившимся в партизанской борьбе в тылу против немецких захватчиков" от 18 мая 1942 года Arxivləşdirilib 2021-11-10 at the Wayback Machine // Ведомости Верховного Совета Союза Советских Социалистических Республик : газета. — 1942. — 5 июня (№ 20 (179)). — С. 1.
- ↑ Указ Президиума Верховного Совета СССР "О награждении Героев Советского Союза Ковпака Сидора Артемьевича и Фёдорова Александра Фёдоровича второй медалью "Золотая звезда"" от 4 января 1944 года Arxivləşdirilib 2021-12-07 at the Wayback Machine // Ведомости Верховного Совета Союза Советских Социалистических Республик : газета. — 1944. — 13 января (№ 2 (262)). — С. 1
- ↑ Бережной, 1962
- ↑ Бакрадзе, 1961
- ↑ Kim, Heesu. Anglo-American Relations and the Attempts to Settle the Korean Question 1953–1960 (PDF) (Tezis). London School of Economics and Political Science. 1996. səh. 213. 10 April 2017 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 9 April 2017.
- ↑ Aleksander V. Prusin. Ethnic Cleansing: Poles from Western Ukraine. In: Matthew J. Gibney, Randall Hansen. Immigration and asylum: from 1900 to the present. Vol. 1. ABC-CLIO. 2005. pp. 204-205.
- ↑ Timothy Snyder. The reconstruction of nations: Poland, Ukraine, Lithuania, Belarus, 1569–1999. Yale University Press. 2003. pp. 169–170, 176
- ↑ John Paul Himka. Interventions: Challenging the Myths of Twentieth-Century Ukrainian History[daimi ölü keçid]. University of Alberta. 2011. p.4.
- ↑ en:Grzegorz Rossoliński-Liebe. "The Ukrainian National Revolution" of 1941. Discourse and Practice of a Fascist Movement. Kritika: Explorations in Russian and Eurasian History. Vol. 12/No. 1 (Winter 2011). p. 83.
- ↑ "Istorinė Lietuvos laisvės armijos reikšmė pasipriešinime okupantams". xxiamzius.lt (litva). 29 September 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 September 2019.
- ↑ Ziemele, Ineta. State Continuity and Nationality: The Baltic States and Russia. Martinus Nijhoff Publishers. 2005. səh. 25. ISBN 90-04-14295-9.
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- Вус Н. А. Есть бессмертие в смерти такой Arxiv surəti 6 noyabr 2016 tarixindən Wayback Machine saytında / Н. А. Вус // История Змиевского края. — Змиев. — 29.10.2016.