Plikativ dislokasiyalar
Naviqasiyaya keç
Axtarışa keç
Plikativ dislokasiyalar - Yer qabığında süxur laylarının müxtəlif miqyaslı və formalı əyriliklərə səbəb olan geniş yayılmış deformasiyalar. Plikativ dislokasiyalar layların bütövlüyü pozulmur, yaxud çoxsaylı kiçik bloklar əmələ gəlir. Sonuncu halda bu blokların hər biri ayrı-ayrılıqda deformasiyaya məruz qalmır, lakin qonşu bloka nisbətən yerini dəyişərək dönür, yalnız bütövlükdə qırışığı xatırladır. Başlıca olaraq, iki tip plikativ dislokasiyalar ayrılır: müsbət formalar (antiklinallar) və mənfi formalar — sinklinallar. Sinonim: Qırışıqlıq dislokasiyası, Qırışıqlıq pozulmaları, Plikativ deformasiyalar.
Həmçinin bax
[redaktə | mənbəni redaktə et]Mənbə
[redaktə | mənbəni redaktə et]- Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press. 2006. 679.