Qürah
Qürah | |
---|---|
41°35′03″ şm. e. 47°47′03″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
İlk məlumat | XIV əsr |
Mərkəzin hündürlüyü | 1.434 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəqəmsal identifikatorlar | |
Poçt indeksi | 368180 |
Vikianbarda əlaqəli mediafayllar |
Qürah (ləzg. Кьурагь) — Dağıstan Respublikası, Qürah rayonu ərazisində yerləşən kənd. İnzibati cəhətrdən Qürah rayonunun və Qürah kənd sovetliyinin mərkəzidir.
Kəndin salınması
[redaktə | mənbəni redaktə et]Bu mövzu da bir çox fikirlər var, lakin əksər tarixçilər bu kəndin barabarlar tərəfindən viran qoyulmuş Giyar-şəhərdən gələnlər tərəfindən salınması fikirini irəli sürürlər. Belə ki, bu şəhərdən gələnlər tərəfindən yeddi elə də böyük olmayan aul salınmışdır: Xukvazar, Sliyixur, Serneqar, Yurxval, Çvatar-kam, Xiken-xur, Çuru-xur. Bir-birinə yaxın yerləşən bu aullar tədricən böyümüş Qürah kəndini əmələ gətirmişdir. İlk sakinlər arasında Lakiya və Avarstanı tərk etmiş insanlarda vardı.
Sonrakı tarix
[redaktə | mənbəni redaktə et]XIV əsrdə Qürah kəndinin əhalisində artım müşahidə edilir. 1356-cı ildə Qürah icması adını alan müstəqil dövlət təşkil edilir. 1585-ci ildə Osmanlı imperiyasının ordu komandanlarından biri olan Cəfər paşa çox saylı cəhdlərdən sonra kəndi ələ keçirə bilir. Bundan sonra isə kəndi tamamən dağıdır. Buna bənzər aqibəti həmçinin Qürahın qonşuluğunda yerləşən kəndlərdə alır. Yarım əsrlik mübarizədən sonra Şirvanşahın qoşunları Qürah dövlətini məğlub edir və onların üzərinə vergi qoyurlar. 1734-cü ildə Qürah Nadir şahın qoşunları tərəfindən ələ keçirilir.[3]
19-cu əsrdə Rusiya imperiyası Şimali Qafqazı talan edirdi. Bu zaman Qürah Rusiyanın Qafqazdakı əsas dayaqlarından biri kimi xidmət edirdi. 7 dekabr 1811-ci ildə rus qoşunları ləzgilərlə Şıxıkənd yaxınlığında baş verən döyüşdə qalıb gəlirlər. Nəticədə ardından Qürah da ələ keçirilir. 1812-ci ildə kəndə general Nikolay Xotunsovun rəhbərliyi altında rus qoşunları daxil olur. Ardından mərkəzi Qürah olan Kürə xanlığı təşkil edilir. Xanlığın rəhbərliyinə isə yerli ağsaqqal olan Aslanbek gətirilir. Xotuntsov kəndində Shirvanşahların basqınlarından qorunmaq üçün kiçik bir hərbi qarnizon yerləşdirilir. 1824-cü ildə Qürahda 1812-ci ildə rus qoşunlarının Qürahın tutulması zamanı ölən 39 dağlının məzarı üstündə bir ziyarətgah tikilir.[3] 1866–1928-ci illərdə Qürah Kürə dairəsinin Qürah naibliyi ərazisinə daxil idi. Qürah kənd icmasının yeganə yaşayış məntəqəsidir. 1886-cı ildə Qürahda году 1867 nəfər yaşayırdı.[4]
1967-ci ildən kənddə Qürah Həvəskar Teatrı fəaliyyət göstərir.
Əhalisi
[redaktə | mənbəni redaktə et]- Milli tərkib
Kənddə əsasən ləzgilər yaşayır. Əhalisiniun hamısı sünni-müsəlmanlardır.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 GEOnet Names Server. 2018.
- ↑ "1.5. Численность населения городских округов, муниципальных районов, муниципальных округов, городских и сельских поселений, городских населённых пунктов, сельских населённых пунктов Республики Дагестан". İstifadə tarixi: 2024-06-25..
- ↑ 1 2 Некоторые памятные даты из истории лезгин — Односельчане.ру Arxiv surəti 4 oktyabr 2013 tarixindən Wayback Machine saytında Arxivləşdirilib 2013-10-04 at the Wayback Machine
- ↑ "Население Курахского наибства Кюринского округа по сёлам в 1886 году". 2019-03-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-04.
Mənbə
[redaktə | mənbəni redaktə et]- Курах. (rus.)
- Книга "Кавказская Албания. Лезгистан." Г. А. Абдурагимов, 1995 г. — 608 с.; ил.
- Ризванов З., Ризванов Р. "История лезгин" (краткий научно-популярный очерк). Махачкала 1990.; 58 c.