Qızılhacılı (Marneuli)
Qızılhacılı | |
---|---|
41°28′43″ şm. e. 44°46′21″ ş. u.HGYO | |
Ölkə | Gürcüstan |
Rayon | Marneuli |
Əhalisi | |
Əhalisi | 7.124 nəfər |
Vikianbarda əlaqəli mediafayllar |
Qızılhacılı və ya Aran Qızılhacılı — Gürcüstan Respublikasının Aşağı Kartli mxaresinin Marneuli bələdiyyəsinin inzibati-ərazi vahidində kənd.
Coğrafi mövqe
[redaktə | mənbəni redaktə et]Qızılhacılı kəndi Marneuli şəhərinin qərb hissədində, dəniz səviyyəsindən 400–420 metr yüksəklikdə yerləşir. Coğrafi cəhətdən rayonun Bala Muğanlı, Tamaris, Hallavar və Candar kəndləri ilə qonşudur.
Əhali
[redaktə | mənbəni redaktə et]2002-ci il siyahıyalamasının nəticələrinə əsasən Qızılhacılı kəndinin əhalisinin sayı 7124 nəfər (rayon əhalisinin 7,5%-i) olmuşdur ki, onlardan da 50,5%-i kişilər, 49,9%-i isə qadınlardır. Kənd əhalisinin 98%-i azərbaycanlılardan ibarətdir. Qızılhacılı əhalisinin sayına görə Sadaxlı kəndindən sonra Borçalının azərbaycanlılar yaşayan ən iri kəndi hesab olunur.
Təsərrüfatı
[redaktə | mənbəni redaktə et]Kənd əhalisinin əsas məşğulluq sahəsi kənd təsərrüfatıdır. Faraş tərəvəzçilik və kartofçuluq kifayət qədər inkişaf etmişdir.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- Gürcüstanda 2002-ci il əhali siyahıyaalmasının nəticələri Arxivləşdirilib 2009-03-06 at the Wayback Machine
- Gürcüstanda kənd əhalisinin statistik icmalı Arxivləşdirilib 2007-11-24 at the Wayback Machine
- Gürcüstanda ən iri kənd yaşayış məntəqələrinin siyahısı Arxivləşdirilib 2009-11-13 at the Wayback Machine
- Borçalı haqqında məlumatlar Arxivləşdirilib 2021-02-27 at the Wayback Machine
Həmçinin bax
[redaktə | mənbəni redaktə et] Kənd haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Gürcüstan haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |