40°48′ şm. e. 48°37′ ş. u.HGYO

Buğurt qalası

Vikipediya, azad ensiklopediya
(Qəley-Buğurt qalası səhifəsindən yönləndirilmişdir)
Naviqasiyaya keç Axtarışa keç
Buğurt qalası
Xəritə
40°48′ şm. e. 48°37′ ş. u.HGYO
Ölkə  Azərbaycan
Şəhər Şamaxı
Yerləşir Qəleybuğurd kəndinin yaxınlığı
Aidiyyatı Şirvanşahlar dövləti
Şamaxı xanlığı
Tikilmə tarixi XII—XV əsrlər
Üslubu Şirvan-Abşeron memarlıq məktəbi
Material əhəng daşı
Vəziyyəti xarabalıqları qalıb
İstinad nöm.317
KateqoriyaQala
ƏhəmiyyətÖlkə əhəmiyyətli
Buğurt qalası (Azərbaycan)
Buğurt qalası
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Buğurt qalasıŞirvanşahlar dövründə istifadə olunmuş, hazırda xarabalıqları qalan istehkam.

Coğrafi mövqe

[redaktə | mənbəni redaktə et]

Qala Şamaxı şəhərindən 20 km şimal-qərbdə Qəleybuğurt kəndi yaxınlığındakı dağın zirvəsində yerləşir. Qala yerləşən dağı cənubdan Qız qalası və Cəngi dağları, şərqdən Tənə dağı və Alçalı pir meşəsi, şimaldan Ülgüc dağı, qərbdən Qaladərəsi əhatə edir.[1]

Şirvanşahlar dövründə

[redaktə | mənbəni redaktə et]

Nə zaman tikildiyi bilinmir.[2] Qala hələ Monqol işğalları dövründə şirvanşahın sığınacaq yeri olub.[2] Şirvanşah KeyqubadKavus dövründə də istifadə olunmuşdur.[3] 1509-cu ildə I Şah İsmayıl Şirvana hücum edəndə Şirvanşah Şeyxşah Buğurt qalasında müdafiə olunmuşdu.[4] 1518-ci ildə Səfəvi qoşunları Əlqas mirzə Səfəvinin başçılığı ilə Şirvana hücum etdi. Buğurt qalasına çəkilən Şahrux və vəkil Hüseyn bəy bir neçə ay Səfəvilərə müqavimət göstərə bildilər.[5] Həmin dövrdə Şirvanşahların xəzinəsi də Buğurt qalasında saxlanırdı.

Səfəvilər dövründə

[redaktə | mənbəni redaktə et]

İskəndər Münşünün yazdığına görə bu müharibələr zamanı həm Gülüstan, həm də Buğurt qalası Təhmasibin əmri ilə dağıdılmışdır. Lakin Abdulla xan Şirvan bəylərbəyisi olan zaman türk sultanı Süleyman Qanuninin Şirvana yürüşü zamanı türk qoşunlarının başçısı Qasım bəy Buğurt qalasından hərbi müdafiə məntəqəsi kimi istifadə etməsi bu iddianın səhv olduğunu göstərir.[6] Qaladan XVII əsrin sonlarına kimi istifadə olunub.

  1. Ciddi H. Buğurt qalası Arxivləşdirilib 2012-10-15 at the Wayback Machine / elmi red. R. Vahidov. - Bakı : Azərnəşr, 1973. - səh 9
  2. 1 2 Ciddi H. Buğurt qalası Arxivləşdirilib 2012-10-15 at the Wayback Machine / elmi red. R. Vahidov. - Bakı : Azərnəşr, 1973. - səh 16
  3. Б.Дорн. К истории кавказских стран и народов. Azərbaycan SSR EA Tarix İnstitutunun elmi arxivi, iş № 1741, səh. 15.
  4. Həsən bəy Rumlu, Əhsən ət-Təvarix, səh. 198
  5. Həsən bəy Rumlu, Əhsən ət-Təvarix, səh. 160
  6. Ciddi H. Buğurt qalası Arxivləşdirilib 2012-10-15 at the Wayback Machine / elmi red. R. Vahidov. - Bakı : Azərnəşr, 1973. - səh 17.