39°38′45″ şm. e. 47°03′28″ ş. u.HGYO

Qacar (Füzuli)

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Qacar
39°38′45″ şm. e. 47°03′28″ ş. u.HGYO
Ölkə
Region Füzuli rayonu
Tarixi və coğrafiyası
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 145 nəf. (2005)
Xəritəni göstər/gizlə
Qacar xəritədə
Qacar
Qacar
Qacar xəritədə
Qacar
Qacar

QacarAzərbaycan Respublikasının Füzuli rayonunun Qacar kənd inzibati ərazi dairəsində kənd.[1]

Qacar tayfası Hülakülərin hakimiyyəti vaxtında İrana gətirilib. Oradan SuriyaTürkiyəyə keçmiş Teymurləngin 50 min nəfəri Qafqaza köçürülmüş və onlar İrəvanda, Gəncədə, Qarabağda yerləşdirilmişdir. İrəvan və Gəncə xanları qacarlardan çıxmadır. Mənşəcə oğuz tayfalırndan olan Qacar eli XVI əsrdə Səfəvilərin hakimiyyət uğrunda mübarizəsinin fəal iştirakçısı kimi Qızılbaş tayfalarından biri olmuşdur. Qacar ilk yeddi Qızılbaş tayfasından (Rumlu, Ustaclu, Təklə, Əfşar, Zülqədər və Qacar) biridir. Səfəvilər hakimiyyətə keçdikdən sonra Qacar tayfasına Gəncə bölgəsi ərazi və hakimiyyət vermişdi. Bərdə rayonunda Bala Qacar və Böyük Qacarla eynidir.[2]

1912-ci ildəki siyahıyalmanın nəticələrinə əsasən kənddə 1194 nəfər yaşayırdı. Kənd sakinlərinin hamısı milliyətcə azərbaycanlılar olub. Rusiya Ordusunın köməyi ilə Ermənistan Silahlı Qüvvələri Qacar kəndini 1993-cü ildə işğal etmişdir. Kəndin işğalından sonra avqustun 17-də erməni hərbçiləri əsir götürdükləri 25 dinc sakini güllələmişdilər.[3] Ermənilər kəndin adını dəyişərək Civani adlandırıblar.

2020-ci il noyabrın 7-də Azərbaycan Ordusu tərəfindən işğaldan azad edildi.

Köndələnçayın (Arazın qolu) sahilində, Qarabağ silsiləsinin ətəyindədir. Kəndin adı Azərb.-nın qacar tayfasının adı ilə bağlıdır. XIII–XIV əsrlərdə Ön Asiyada sulduz, calair və tanğıt tayfaları əsasında yaranmış qacarlarm bir qismi əvvəlcə Suriyada yaşamışlar. Sonralar qacarları Teymur (1370–1405) İrana köçürmıüşdü. Qacarlann bir hissəsi XVII əsrdə Qarabağ va Gəncə zonasında yerləşdirilmişdi. XV əsrdə qızılbaşların tərkibinə daxil olmuş qacarlar Səfəvilərin hakimiyyatə keçmələrinə yaxından köməklik etmişdilər. İranda qacarlar sülaləsi da qacar tayfasından idi. İnqilabdan əvvəl Qafqazda Qacar adlı 10-dan çox kənd vardı. Səfəvilər dövründə Qarabağ, İrəvan (Yəravan) hakimləri qacarlardan idi. Şah Abbas qacarların bir hissəsini Astarabad, Marv (Türkmənistanda) ətrafına va Azərbaycanın şimalına köçürmüşdü. İranda 8 coğrafi ad bu etnonimi əks etdirir. Şimali Azərbaycanda Qacarlar Gəncə xanlığının əsasını qoymuş Ziyadoğlu Cavad xanın ulu babaları idi. Onlar Ermənistanda da yaşamışlar.[4]

Tanınmışları

[redaktə | mənbəni redaktə et]

İqtisadiyyatı

[redaktə | mənbəni redaktə et]

Əhalinin əsas məşğuliyyəti kənd təsərrüfatı-əkinçilik, maldarlıqheyvandarlıq olub.

  1. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı, 2024" (PDF) (az.). stat.gov.az. 2024-02-28. 2024-03-14 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-04-05.
  2. "YUXARI QARABAGIN TOPONIMLƏRI". 2013-10-29 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-11-18.
  3. "ƏSİRLİKDƏ QƏTLƏ YETİRİLƏNLƏR – Azərbaycan Respublikası Ali Məhkəməsi". 2016-03-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-09-26.
  4. Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]