Qayalıq vələmirquşu
Qayalıq vələmirquşu | ||||||||
---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||
Domen: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Aləm: Yarımaləm: Klad: Klad: Tipüstü: Tip: Sinif: İnfrasinif: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Klad: Yarımdəstə: İnfradəstə: Fəsiləüstü: Fəsilə: Cins: Növ: Qayalıq vələmirquşu |
||||||||
Beynəlxalq elmi adı | ||||||||
|
||||||||
|
Qayalıq vələmirquşu (lat. Emberiza buchanani) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinin vələmir quşları fəsiləsinin vələmirquşu cinsinə aid heyvan növü. Azərbaycanda təhlükədə olan quşlar siyahısına daxil edilmişdir.[3] Azərbaycan faunasına E.b.cerrutii Filippi yarımnövü daxil olur.
Təsviri
[redaktə | mənbəni redaktə et]Bağ vələmirquşundan ağ bığı və boz çiyin tükləri ilə seçilir. Ancaq çəhrayı dimdiyi, ağımtıl göz halqası ilə bağ vələmirquşuna və dağ vələmirquşuna bənzəyirlər. Yetkin fərdin başı açıq kül rəngli boz, dağ vələmirquşundan daha açıq rənglidir və bu boz rəng sinəsinə qədər enib qurşaq əmələ gətirmir. Döşü qırmızımtıl-qəhvəyi olub, boğazı və "bığ" xətti ağımtıl, ayaqları və quyruqaltı açıq krem rəngindədir. Payızda yeni lələk dəyişdiyi zaman alt tərəfi açıq qırmızı olur. Üstdəki xəttlər tünd, quyruq hissəsi boz rənglidir. Qanad lələkləri (digərlərindəki kimi qaramtıl deyil) boz qəhvəyidir. Cavanı dağ vələmirquşundan boz quyruq hissəsi, daha açıq rəngli ayağı və quyruq altı örtükləri ilə seçilir.
Yayılması
[redaktə | mənbəni redaktə et]Dünya miqyasında böyük yayılma arealına malik olub, Şərqi Türkiya, İraq, İran, Əfqanıstan, Mərkəzi Asiyanın dağları, Şimal Hindistan və Qərbi Çində (Sintzyan-Uyğur Muxtar Rayonu) yuvalayır. Azərbaycanda əsasən Naxçıvan Muxtar Respublikasının isə Nehrəmdağ, Noxuddağ, Dərəşam, İlandağ, Camaldın və Darıdağ ərazilərində və çox az sayda Zuvand yaylasında rast gəlinir. Qobustan Qoruğunun Böyük-daş dağında və Türyançay qoruğunun Bozdağında rast gəlinməsi dəqiqləşdirilməlidir
Həyat tərzi
[redaktə | mənbəni redaktə et]Əsas yaşayış yeri quraq, qayalıq, daşlıqlı və bitki örtüyü zəif inkişaf etmiş yüksək dağlarda yaşayırlar. Qidasını həşarat və toxumlar təşkil edir. Erkək və dişi bir-birindən az fərqlənirlər. Yuvalayan növdür
Sayı
[redaktə | mənbəni redaktə et]Dünya üzrə sayı məlum deyil. Ancaq Avropada 6400 cüt qiymətləndirilir (Türkiyə, Azərbaycan, Ermənistan). Aparılan ekspedisiya-tədqiqatlar zamanı nadir hallarda rast gəlindiyindiyi üçün azsayl növ olduğu məlumdur. Azərbaycanda ümumi sayı (əsasən Naxçıvanda olmaqla) 100 cüt ətrafında qiymətləndirilir.
Azalma səbəbləri
[redaktə | mənbəni redaktə et]Davamsız otarma və ərazlərdə əkin-biçin işləri, dağ yollarının çəkilməsi səbəb ola bilər.
Qorunması üçün qəbul edilmiş tədbirlər
[redaktə | mənbəni redaktə et]Yaşayış ərazilərini qismən Zəngəzur Milli Parkı, Ordubad və Zuvand yasaqlığında qorunur. Bern konvensiyalarına daxil edilmişdir.
Qorunması üçün məsləhət görülmüş tədbirlər
[redaktə | mənbəni redaktə et]Yaşayış ərazilərində otarmanın, otların biçilməsinin, əkin işlərinin və yaşadığı ərazilərdən yol çəkilməsinin məhdudlaşdırılması növün davamlılığını qoruyar.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Integrated Taxonomic Information System (ing.). 1999.
- ↑ IOC World Bird List Version 6.3. 2016. doi:10.14344/IOC.ML.6.3
- ↑ "Azərbaycanda təhlükədə olan quşlar". 2013-07-07 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2020-06-11.
Mənbə
[redaktə | mənbəni redaktə et]- Azərbaycan Respublikasının Qırmızı Kitabı. Fauna. II nəşr. Bakı: 176 səh.