41°25′19″ şm. e. 48°25′17″ ş. u.HGYO

Qusar

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Bu məqalə Qusar şəhəri haqqındadır. Rayon üçün Qusar rayonu səhifəsinə baxın.
Şəhər
Qusar
41°25′19″ şm. e. 48°25′17″ ş. u.HGYO
Ölkə
Rayon Qusar rayonu
İcra başçısı Şair Alxasov
Tarixi və coğrafiyası
Yaşayış məntəqəsi statuslu 1938-ci ildən
Mərkəzin hündürlüyü 680 m
Saat qurşağı
Əhalisi
Əhalisi 21 341[1] nəfər (2023)
Milli tərkibi azərbaycanlılar, ləzgilər və b.
Dini tərkibi müsəlmanlar
Rəsmi dili Azərbaycan dili
Rəqəmsal identifikatorlar
Telefon kodu +994 2338
Poçt indeksi AZ 3800
Nəqliyyat kodu 38
Digər
qusar-ih.gov.az
Qusar xəritədə
Qusar
Qusar
Qusar xəritədə
Qusar
Qusar
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar


Qusar (ləzg. КцIар)— Azərbaycanın şimalında şəhər, Qusar rayonun inzibati mərkəzi. 1938-ci ildə rayon tabeli şəhər statusu almışdır.[2] Böyük Qafqaz dağlarının ətəyində, Qusar çayı üzərində yerləşir.

Dünyada Ləzgilərin kompakt yaşadığı ən böyük şəhər və eyni zamanda Azərbaycanda sayıca üstünlük təşkil etdiyi yeganə şəhər.

Şəhərin əhalisi 21 341 nəfər, ümumi rayonn əhalisi 101 687 nəfərdir.[3]

Bakı şəhərindən məsafəsi 180 km-dir.

İndiki "Qusar" toponimi əvəllər “Ksar” (Ксар), daha sonra isə “Ktsar”(КцIар) formasını alır. Oxford dünya toponimlərin qısa lüğətinə görə bu toponim "kişi" mənasındaki ləzgicədəki "kas" sözündən gəlir.[4]

Rusiya imperiyası ilə müharibə

[redaktə | mənbəni redaktə et]
border=none Əsas məqalə: Quba üsyanı (1837)

1837–1839-cu illərdə Qusarın ərazisində[5][6] İmam Qazi Muhamməd Xuluqvi və Abrek Əli Hilivi rəhbərliyi ilə Rus çarına Qazavat elan edirlər.[7][8] Bölgəsinin bütün Ləzgi soyları bu üsyanda iştirak elədi, ümumilə 12.000 mürid var idi.[5][6]

border=none Əsas məqalə: Ləzgi mətbəxi

Qusar mətbəxi Azərbaycanın ən tanınmış mətbəxlərindən biri olmaqla, çox zəngindir.

Qusarda soyqırım abidəsi "Ermənilər silahlı, dinc camaat isə əliyalın olub. Əlbəyaxa döyüşdə yüzlərlə insan ölüb, o vaxt sıx kolluq olan Qanlı dərədə ermənilərin qarşısını qorxmadan kəsən xeyli adamın qanı gedib, dərədə qan su yerinə axıb. O vaxt həmin dərə Şimi dərə adlanırdı, faciədən sonra bura Qanlı dərə adlandırılıb".

01.01.2023-cu il siyahıyaalınmasına əsasən Qusar şəhərində yaşayanların sayı 21 341 nəfər olmuşdur.[9]

Şəhər Ləzgilərin kompakt yaşadığı ərazi olmasına baxmayaraq, son illərdə yeni nəsil arasında Ləzgicə bilənlərin sayı azalıb, bununla bağlı UNESCO Ləzgi dilinin yox olma təhlükəsinin olduğunu bildirib.[10]

Ləzgi uşağların arasında Ləzgi dilini sərbəst danışanların faizi (3-5 yaş arası)
2000 2005 2010 2015 2020
98,72 % 87,26 % 48,25 % 39,22 % 28,79 %

Son 10 ildə (2009-2019) Ləzgicəni öz ana dili hesab edənlər 15% azalıb, eyni zamanda rusca danışanlar 15,2% faiz çoxalıb.

Ana dili və sərbəst danışdığı dil (2009)[11][12][13][14][15][16]
Etnik qrup Ləzgi dili

ana dili saymayan[q 1]

Ləzgi dili

sərbəst danışan[q 2]

Azərbaycan dili

sərbəst danışan[q 3]

Rus dili

sərbəst danışan[q 4]

ləzgi 9.10% 91.70% 96.30% 23.70%
Ana dili və sərbəst danışdığı dil (2019)[11][12][13][14][15][16]
Etnik qrup Ləzgi dili

ana dili saymayan[q 1]

Ləzgi dili

sərbəst danışan[q 2]

Azərbaycan dili

sərbəst danışan[q 3]

Rus dili

sərbəst danışan[q 4]

ləzgi 24.90% 85.20% 96.10% 38.90%
Qusar şəhəri əhalisinin milli tərkibi
Etnik qrup Sayı, 1970 sa.[17] Nisbəti, 1970 sa.[17]
cəmi 11 144 100.0 %
ləzgi 8 257 74.1 %
azərbaycanlı 1 413 12.7 %
rusukraynalı 973 8.7 %
yəhudi 313 2.8 %
erməni 65 0.6 %
tatar 28 0.3 %
gürcü 6 0.1 %
avar 1 0.1 %
İl Sayı
1926 1.994 [18]
1939 4.329 [19]
İl Sayı
1959 7.366 [20]
1970 11.144 [21]
İl Sayı
1979 12.225 [22]
1989 14.230 [23]
İl Sayı
2009 16.500 [24]

Qusar rayonu şimaldan Rusiya Federasiyası ilə, şərqdən Xaçmaz rayonu ilə, cənubdan Quba rayonu ilə və qərbdən Qəbələ rayonu ilə sərhədlərə malikdir. Rayon mərkəzi dəniz səviyyəsindən 690–730 metr, ən ucqar Əlix kəndi 2400 metr yüksəklikdə yerləşir. Böyük Qafqaz dağlarının Bazardüzü (4466 m.) və Şahdağ (4243 m.) zirvələri, eləcə də 1998-ci ildə Heydər Əliyevin 75 illik yubileyi şərəfinə fəth edilmiş və ümummilli liderimizin adı verilmiş Heydər zirvəsi (3755 m.) Qusar rayonu ərazisindədir.

  1. "Arxivlənmiş surət". 2018-11-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-01.
  2. Президиум Верховного Совета Азербайджанского ССР. "Азербайджанская ССР, Административно-территориальное деление на 1 января 1961-го года". Азербайджанское государственное издательство, Баку, 1961, стр. 8
  3. "Arxivlənmiş surət". 2018-11-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-28.
  4. Everett-Heath, John. Gusar(i) // The Concise Dictionary of World Place-Names (6). Oxford University Press. 2020. ISBN 978-0191905636. 2021-02-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-01.
  5. 1 2 Сумбатзаде, 1961
  6. 1 2 АСЭ, 1979
  7. "Куба: апрель-май 1918 г. мусульманские погромы в документах — Солмаз Рустамова-Тогиди — Google Книги". 2020-07-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-28.
  8. "Arxivlənmiş surət". 2020-02-24 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-03-28.
  9. Samadov (www.anarsamadov.net), Anar. "Azərbaycanın regionları". Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi (az.). 2018-11-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-02.
  10. "Arxivlənmiş surət". 2017-11-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-06-16.
  11. 1 2 The State Statistical Committee of the Republic of Azerbaijan :Population by ethnic groups (by population census) Arxivləşdirilib 2012-11-30 at the Wayback Machine---İn this and following table — everybody defermined nationality themself. Information on children are obtained from.
  12. 1 2 Population statistics of Eastern Europe (pop-stat.mashke.org) :Ethnic composition of Azerbaijan 2009 Arxivləşdirilib 2012-02-07 at the Wayback Machine
  13. 1 2 Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi: 1.12. Əhalinin milli tərkibi 1926–2009 (əhalinin siyahıyaalınmalarının məlumatlarına əsasən) + 1.13. Əhalinin ana dili və sərbəst danışdığı dillərə görə bölgüsü (2009-cu il əhalinin siyahıyaalınmasının məlumatlarına əsasən) Arxivləşdirilib 2012-05-12 at the Wayback Machine---Siyahıyaalınmalar zamanı sorğu olunan hər bir şəxs milliyyətini özü müəyyən edir. Uşaqların milliyyəti valideynlərin dediklərinə əsasən yazılır. + Əhalinin sərbəst danışdığı dillər üzrə məlumatlar müvafiq millətlər üzrə 3 və yuxarı yaşlı əhaliyə nisbətən faizlə verilmişdir.
  14. 1 2 Azərbaycan Respublikası əhalisinin siyahıyaalınması, 2009-cu il. XIX cild:Əhalinin milli mənsubiyyətinə, yaşına, ana dili və sərbəst danışdığı digər dillərə görə bölgüsü. — 2011
  15. 1 2 Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi: Statistik Göstəriciləri 2012: Demoqrafik göstəricilər[ölü keçid]
  16. 1 2 United Nations Statistics Division, Demographic Statistics: Population by national and/or ethnic group, sex and urban/rural residence Arxivləşdirilib 2018-11-01 at the Wayback Machine
  17. 1 2 Ethno-Caucasus, Этнодемография Кавказа: Кусарский район (перепись 1970 года) Arxivləşdirilib 2019-07-27 at the Wayback Machine
  18. SSRİ əhalisinin siyahıya alınması (1926).
  19. SSRİ əhalisinin siyahıya alınması (1939).
  20. SSRİ əhalisinin siyahıya alınması (1959).
  21. SSRİ əhalisinin siyahıya alınması (1970).
  22. SSRİ əhalisinin siyahıya alınması (1979).
  23. SSRİ əhalisinin siyahıya alınması (1989).
  24. http://www.azstat.org/region/az/007_4.xls.


Sitat səhvi: " q " adlı qrup üçün <ref> teqləri mövcuddur, lakin müvafiq <references group="q"/> teq tapılmadı