Rövşən Almuradlı
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Rövşən Almuradlı | |
---|---|
Rövşən Əziz oğlu Almuradlı | |
Doğum tarixi | |
Doğum yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Vəfat tarixi | (64 yaşında) |
Vəfat yeri | Sumqayıt, Azərbaycan |
Vəfat səbəbi | ürək tutması |
Milliyyəti | azərbaycanlı |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Uşağı | Kamal Almuradlı |
Atası | Əziz Almuradlı |
Anası | Xavər Almuradlı[1] |
Fəaliyyəti | rejissor, ssenarist, aktyor |
Təhsili | |
IMDb | ID0022020 |
Vikianbarda əlaqəli mediafayllar |
Rövşən Almuradlı (tam adı: Almuradlı Rövşən Əziz oğlu; 19 aprel 1954, Bakı – 2 aprel 2019, Sumqayıt) — azərbaycanlı rejissor, ssenarist, əsər müəllifi, aktyor.
Həyatı
[redaktə | mənbəni redaktə et]Rövşən Almuradlı 1954-cü il aprelin 19-u Bakı şəhərində anadan olmuşdur.
1972-1976-cı illərdə Mirzəağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun Dram və kino aktyorluğu fakültəsində ali təhsil almışdır. Sonra o, aktyor kimi Tədris Teatrında fəaliyyətə başlamışdır. 1984-1987-ci illərdə Moskva SSRİ Mədəniyyət Nazirliyi nəzdində Təkmilləşdirmə İnstitutunda ali rejissorluq kursunu bitirmiş, Moskva Dövlət Akademik Satira Teatrında təcrübə keçmişdir. Orada onun kurs rəhbəri SSRİ xalq artisti V.N.Pluçek idi.
1976-1980-cı ilə qədər Şəki Dövlət Dram Teatrında çalışan aktyor, həmin illərdə Şekspirin "Kral Lir"ində Kral Lir, Cəfər Cabbarlının "Aydın"ında Dövlət bəy, Anarın "Adamın adamı"nda İbiş İbşli və Xoca Zıq-zıq, Əkrəm Əylislinin "Kür qırağının meşələri"ndə Qasım obrazlarını yaratmışdır.
O, 1980-1985-ci illərdə Sumqayıt Dövlət Dram Teatrında Əkrəm Əylislinin "Vəzifə" tamaşasının quruluşçu rejissoru olmuşdur.
1987-ci ildə Şəki Dövlət Dram teatrında M.Salimoviçin "Dərviş və ölüm", 1987-ci ildə Sumqayıt Dövlət Teatrında N.Hikmətin "Bayramın birinci günü", 1988-ci ildə Sumqayıt Dövlət Teatrında M.Süleymanlının "Dəyirman" əsərlərinin quruluşçu rejissoru olmuşdur.
Rövşən Almuradlı 1988-1989-cu illərdə Mingəçevir Dövlət Dram Teatrının baş rejissoru olarkən Y.Səmədoğlunun "Qətl günü", V. Sergeyevin "Bağlı qapı arxasında iki nəfər" əsərlərinə quruluş vermişdir.
1989-cu ildə "Azərbaycanfilm" kinostudiyasının "Debüt" studiyasında "Hücum" adlı qısametrajlı bədii filmin quruluşçu rejissoru olmuşdur.
1990-cı ildə çəkilən "Azadlığa gedən yollar" filminin rejissorlarından biri olmuşdur.
1991-ci ildə Azərbaycan Teatr Xadimləri İttifaqının nəzdində açılan, müstəqil "İstiqlal" teatrının bədii rəhbəri olmuşdur.
1991-ci ildə M.Süleymanlının "Zirzəmi", 1992-ci ildə M.Dostoyevskinin "Şıltaq qız", 1992-ci ildə Qoqolun "Dəlinin qeydləri", 1992-ci ildə Gəncə Dövlət Dram Teatrında Anarın "Beş mərtəbəli evin altıncı mərtəbəsi" kimi əsərlərin quruluşçu rejissoru olmuşdur.
1993-1995-illərdə "Bəri bax" müstəqil kinostudiyasında tammetrajlı "Yük" bədii filminin quruluşçu rejissoru olmuşdur.
1994-cü ildə "Doğma" kino-povesti əsasında çəkilmiş "Ümud" bədii filminin müəllifidir.
R.Almuradlı AzTV-nin "Sabah" yaradıcılıq birliyində aşağıdakı film tamaşalara quruluş vermişdir:
- C.Məmmədquluzadənin "Anamın kitabı"
- N.Hacızadənin "Qayalarda qalan səs"
- Orxan Fikrətoğlunun "Şəkilçi və şəkilçi"
- Şekspirin "Kleopatra"
"Telefilm" yaradıcılıq birliyində aşağıdakı bədii televiziya filmlərinin quruluşçu rejissoru olmuşdur:
- "Yaz yuxusunun işiqi"
- "Bəsdir aglama"
Film dastanlar:
- "Abbas və Gülgəz" 7 seriyalı
- "Koroğlu"
Sənədli filmlər:
- "Etnoqrafik etüdlər"
- "Qobustan"
- "Qax abidələri"
- "Padarçöl"
- "Molla Cümə"
- "Şıx ocağının işığı"
- "Qudyalçay"
- "Göyçə gözəlləməsi"
- "Yurd" və sair...
2006-2008-ci illərdə Mədəniyyət Nazirliyinin sifarişi ilə çəkilmiş “Cavad xan” bədiii filminin quruluşçu rejissoru olmuşdur.[2]
2005-ci ildə Akademik Milli Dram Teatrında İ.Şıxlının "Ölüləri qəbiristanlıqda basdırın" əsərinin rejissoru olmuşdur.
Rövşən Almuradlı 2006-cı il oktyabr ayının 25-də Akademik Milli Dram Teatrına quruluşçu rejissor vəzifəsinə qəbul edilmişdir.
Bakı Bələdiyyə Teatrında 2010-cu ildə M. Süleymanlının “Bəylik dərsi” əsərinə, 2011-ci ildə Anarın “Qaravəlli” əsərinə, 2012-ci ildə M.F. Axundzadənin “Müraviyyə vəkilləri əhvalatı” əsərinə quruluş vermişdir.
2012-ci ildə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında F. Dürrenmattın “Yaşlı xanımın gəlişi” əsərinə quruluş vermişdir.
2019-cu ilin 2 aprel tarixində səhər saatlarında şəhərin Sülh küçəsində Qubaya rejissoru olduğu "Əsgərlər unudulanda ölürlər" filminin təqdimatına getməyə hazırlaşan Rövşən Almuradlının vəziyyəti qəflətən pisləşir. Əraziyə dərhal təcili tibbi yardım çağırılır. Lakin o, xəstəxanaya aparılarkən yolda dünyasını dəyişir[3].
Siyasi fəaliyyəti
[redaktə | mənbəni redaktə et]Rövşən Almuradlı 2013-cü ildən Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) üzvü olub. 2015-ci ildən VHP Siyasi Şurasının üzvü və Mədəniyyət Komissiyasının sədri olub.
Filmoqrafiya
[redaktə | mənbəni redaktə et]- Hücum (film, 1989) — Quruluşçu Rejissor
- Qəzəlxan (film, 1991) — Aktyor
- Anamın kitabı (film, 1994) — Quruluşçu Rejissor və Ssenari müəllifi
- Azadlığa gedən yollar (film, 1990)— Quruluşçu Rejissor
- Qayalarda qalan səs (film, 1995) — Quruluşçu Rejissor
- Şəkilçi və şəkilçi... (film, 1995) — Quruluşçu Rejissor
- Ümid (film, 1995) — Əsərin müəllifi
- Yük (film, 1995)— Quruluşçu Rejissor
- Etnoqrafik etüdlər (film, 1996)— Quruluşçu Rejissor
- Kleopatra (film, 1996)— Quruluşçu Rejissor
- Yaz yuxusunun işığı (film, 1996) — Quruluşçu Rejissor və Ssenari müəllifi
- Qobustan (film)— Quruluşçu Rejissor və Ssenari müəllifi (həmmüəllif: Qulu Məhərrəmov)
- Bəsdir, ağlama! (film, 1999)— Quruluşçu Rejissor
- Ünvansız qız (film, 1999) — Quruluşçu Rejissor və Ssenari müəllifi
- Abbas və Gülgəz (film, 2000)— Quruluşçu Rejissor
- Qax abidələri (film, 2001)— Quruluşçu Rejissor
- Qudyalçay (film, 2001) —Quruluşçu Rejissor
- Padarçöl (film, 2002) —Quruluşçu Rejissor
- Koroğlu (film, 2003) — Quruluşçu Rejissor
- Cavad xan (film, 2009) —Quruluşçu Rejissor
- Teatral həyat (film, 2009)— Aktyor
- Molla Cümə (film) — Quruluşçu Rejissor
- Şıx Ocağının İşığı (film)
- Sonuncu fəsil (teleserial, 2013) — Aktyor rol: Oqtay
- "Əsgərlər unudulanda ölürlər" (sənədli film) - rejissor[4]
Teatr tamaşaları
[redaktə | mənbəni redaktə et]- Ölüləri qəbiristanlıqda basdırın (2005) Akademik Milli Dram Teatrı
- "Bəylik dərsi" Bakı Bələdiyyə Teatrı
- "Oğru" Sumqayıt Dövlət Dram Teatrı
- "Qaravəlli" Bakı Bələdiyyə Teatrı
- "Mürafiə vəkilləri" Bakı Bələdiyyə Teatrı
- "Yaşlı xanımın gəlişi" (2011) Akademik Milli Dram Teatrı
- "Dəyirman" (1988) Sumqayıt Dövlət Dram Teatrı
- "Bayramın birinci günü" Sumqayıt Dövlət Dram Teatrı
- "Bir saatlıq xəlifə" Sumqayıt Dövlət Dram Teatrı
- "Kimdir müqəssir?" Sumqayıt Dövlət Dram Teatrı
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "Rövşən Almuradlıya ağır itki üz verib". 2016-03-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-11-23.
- ↑ Mədəniyyət TV. "Rövşən Almuradlı tarixin bu günü dünyaya gəlib" (az.). Youtube.com. 19.04.2024. 2024-04-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-04-19.
- ↑ Azərbaycanın tanınmış rejissoru dayanacaqda vəfat edib- FOTO Arxivləşdirilib 2021-06-17 at the Wayback Machine. xeberle.com, 02.04.2019 (az.)
- ↑ Əsgərlər unudulanda ölürlər Arxivləşdirilib 2020-05-07 at the Wayback Machine. azertag.az, 11.10.2018 (az.)
Mənbə
[redaktə | mənbəni redaktə et]- Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh. 816.
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- 19 apreldə doğulanlar
- 1954-cü ildə doğulanlar
- 64 yaşında vəfat edənlər
- 2 apreldə vəfat edənlər
- 2019-cu ildə vəfat edənlər
- Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunları
- Əlifba sırasına görə film sənətçiləri
- Bakıda doğulanlar
- Sumqayıtda vəfat edənlər
- SSRİ film rejissorları
- Azərbaycan film rejissorları
- Azərbaycan aktyorları
- SSRİ ssenaristləri
- Azərbaycan ssenaristləri
- Azərbaycanın teatr rejissorları
- Vətəndaş Həmrəyliyi Partiyasının üzvləri