Rüqəyya binti Əli

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Rüqəyya binti Əli
Doğum yeri
Həyat yoldaşı
Atası Əli bin Əbu Talib

Rüqəyya binti Əli (ərəb. رقية بنت علي‎) — dördüncü Rəşidi xəlifəsi Əli ibn Əbu Talibin qızı. O, seyid sayılır. Anası isə Səhbə binti Rəbiədir. Abbas ibn Əlinin doğma bacısı olduğu iddia edilir. Onun Qahirədəki ziyarətgahı hələ də ona nəzir və şəfaət dualarının edildiyi bir yer kimi istifadə olunur.

O, uşaq ikən öldüyünə inanılır. Lahorda (Pakistan) Bibi Pak Daman (urdu بی بی پاکدامن) adlı bir ziyarətgah da var ki, yerli əhalinin bunun Rüqəyyə bint Əlinin məqbərəsi olduğu deyilir.[1]

  1. Zaidi, Noor. ""A Blessing on Our People": Bibi Pak Daman, Sacred Geography, and the Construction of the Nationalized Sacred". The Muslim World. 104 (3). 2014: 306–335. doi:10.1111/muwo.12057. 2023-02-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-02-25.