Rəisülküttab
Reis ül-Küttab (osman. رئيس الكتاب), və ya Rəis Əfəndi ( رئیس آفندی) — Osmanlı imperiyası bürokratiyasında böyük bir vəzifə daşıyırdı. "Katiblərin rəisi" və ya "baş katib" kimi tərcümə olunan bu postun sahibi əvvəlcə Xarici İşlər Nazirinin analoquna çevrilərək Sultan divanında xarici əlaqələrdən məsul olub. 1836-cı ildə Tənzimat islahatları dövründə Osmanlı Xariciyyə Nazirliyinin qurulması ilə reis ül-küttab adı rəsmi olaraq Xarici İşlər Naziri olaraq dəyişdirildi.
Tarixi
[redaktə | mənbəni redaktə et]Reis ül-Küttab vəzifəsi İstanbulun fəthindən həmən sonra təssis edildi. Lakin katiblik ilk dəfə 1520-ci illərin əvvəllərində təsdiqlənmişdir və böyük ehtimalla Sultan Süleyman Qanuni tərəfindən(1520-66) yaradılmışdır.[1] Baxmayaraq ki, onun yanında hökümətdə kiçik bir vəzifə kimi də mövcud ola bilərdi. Adından da göründüyü kimi - reis ül-küttab "baş katib" və ya "baş köməkçi" mənasını daşıyır. Vəzifə Osmanlı imperiyasında hökumətini quran sultan divanı (divan-ı hümayun) katiblərindən məsul idi.[1][2]
I Süleymanın hökmranlığından əvvəl katiblik funksiyaları "emin-i axham" ("qərarların qoruyucusu") və nişançı tərəfindən paylaşılırdı. Digər şərq İslam dövlətlərində olduğu kimi, divan əfəndinin yerli valilər (valilər) məclisinə rəhbərlik etdiyi Osmanlı vilayətlərində də mövcud idi. J.Deniyə görə reis ül-küttabın yaradılması bu praktikanın paytaxta köçürülməsi idi.[2] Quruluşu, I Süleyman dövründə başlayan və XVII əsrdə də davam edən müxtəlif dövlət idarələrinə və saraya bağlı katib sayının tədricən artması ilə üst-üstə düşdü. Dolayısıyla defterdar ("xəzinədar") və nişançıya sırasıyla tabeliyində 1530-cu ildə yeddi və on bir katib var idisə, 1561-ci ildə onların sayı doqquz və 25-ə yüksəlmişdi.[1] Katibliyin ilk işçisi, ehtimal ki, 1523 və ya 1524-cü illərdə vəfat edən Heydər Əfəndi adlı birisi idi. Amma vəzifədə olan ilk tanınmış şəxs tarixçi Cəlalzadə Mustafa Çələbi olub. O, bu vəzifəni 1524-1525-ci illər tarixindən 1534-cü ildə nişançı vəzifəsinə yüksələnə qədər tutmuşdur.[1][2]
XVI və XVII əsrlərdə reis ül-küttab vəzirləri baş katib heyətindən və ya daha çox və XVII əsrin əvvəllərindən demək olar ki, yalnız sədrəzəmlərdən seçilirdi. Nadir hallarda, reis ül-küttab olaraq seçilən şəxs, sədrəzəmin qasidlərindən deyil, onun eşikağası Kəhya bəyin katiblərindən olurdu.[3]
Vəzifələri
[redaktə | mənbəni redaktə et]Osmanlı imperiyasının yüksəlişi dövründə reis ül-küttablıq hələ Divan-ı Hümayun səviyyəsində bir vəzifə deyildi. Reis-ül küttablar o dövrdə nişançıların əmri ilə işləyir və xarici ölkələrlə yazışmaları aparırdı. 1650-ci ildən sonra, reis ül-küttablar protokolda nişançının ardınca gəlsə də, xarici siyasət işlərindən yalnız cavabdeh onlar oldular. Bu tarixdən sonra nişançılar yalnız digər hüquqi işlərlə məşğul olmağa başladılar.
Rəis ül-küttab sədrəzəmlə sıx təmasda olub, ikincisini Sultanla birlikdə xarici səfirlərlə sədrəzəmin sarayında görüşlərdə müşayiət edirdi.[2] Lakin reis ül-küttab divan iclaslarında iştirak etsə də, orada və ya birbaşa Sultanla danışmaq hüququna sahib deyildi və bunu sədrəzəm vasitəsilə etmək məcburiyyətində idi.[4]
Onun əsas rolu sultan divanın (divan-i hümayun kələmi) şöbəsinin müdiri idi. Bu şöbədə da üç yerə bölünürdü: 1. Bəylik - XVII əsrin ortalarından bəri bəylikçiyə tabe olan bütün imperiya fərmanlarını (firman) və ya göstərişlərini (evamir) dərc etmək və bütün qanun və qaydaların (kanun) və digər dövlətlərlə bağladığı müqavilələrin əsllərinin arxivini saxlamağa və hazırlamağa cavabdeh olan bəylik; 2. - vilayət valilərinin, hakimlərin və timar sahiblərinin sənədlərinin (berat) verilməsindən hər il məsul olmaq; 3. - müxtəlif məmurların xərclərini təmin etməklə yanaşı, xəzinədən və ya xeyriyyə müəssisələrindən təqaüd ödəməklə vəzifələndirilən ru'us ("müddəalar") katibliyi (vəqf).[4][3]
Hərbi və ya maliyyə məsələləri xaricində bütün dövlət yazışmaları Reis ül-Küttabın vəzifə səlahiyyətlərinə daxil idi. Reis ül-küttab diplomatik əlaqələrə aid sənədləri hazırlasa da, onu divan-i hümayunda şəxsən təqdim etmək səlahiyyətlərinə malik deyildi. Belə ki, divanda onun hazırladığı xarici əlaqələrə aid sənədlər sədrəzəm tərəfindən toplanmış vəzirlərə oxunur və daha sonra başqa bir xüsusi məmur olan telhisci ("fərmanların tərtibçisi") tərəfindən götürür və onları Sultana təqdim edirdi.[4][5]
Ləğv edilməsi
[redaktə | mənbəni redaktə et]XVII əsrdən etibarən beynəlxalq əlaqələrin Osmanlı imperiyası üçün artan əhəmiyyəti vəzifənin önəmini yüksəldirdi. Çünki Reis ül-Küttab arxivlənmiş müqavilələrin yoxlanılması və xarici səfirlərin Osmanlı imperiyasına sorğularına, vəsatətlərinə verilən cavabların təsdiqlənməsindən məsul idi.[4] Bu proses reis ül-küttabı tədricən faktiki xarici işlər nazirinə çevrilməsinə gətirib çıxardı və bu rol 1699-cu ildə Karlovitsa müqaviləsinin uğurlu danışıqlarından sonra labüd oldu. Belə ki, o vaxtkı reis ül-küttab Rami Mehmed Əfəndi tərəfindən uğurlu diplomatik danışıqlar aparılmışdı.[4]
Buna baxmayaraq protokol və tədbirlərdə reis ül-küttab hələ XVIII əsrin sonlarına qədər daha kiçik mövqeli vəzifə sayılırdı. Məsələn ona sultan divanınında oturmasına icazə verilmirdi, reis ül-küttab ancaq kənarda oturmağa yer ayrılmışdı. Reis ül-küttab divan iclasları zamanı da rolu məhdud idi.[6]
Avropa dövlətlərinin XVIII əsrdə, xüsusilə də, 1774-cü il tarixli Kiçik Qaynarca sülhündən sonra üzə çıxan hərbi və iqtisadi üstünlüyü Osmanlı imperiyasındə Avropa modellərinə uyğun tənzimləmələrin vacibliyini göstərdi. III Səlimin 1793-cü ildən etibarən London, Paris, Vyana və Berlində səfirliklər açması bu yolda atılan önəmli addımlardan biridir.[7] Bu dönəmdə reis ül-küttab hələ də, xariciyyə naziri vəzifələrinin böyük qismini yerinə yetirməyə davam edirdi.[8]
III Səlimin başladığı yenilikləri davam etdirən II Mahmud xarici münasibətlər sisteminin mərkəzləşdirilməsi yönündə önəmli addımlar atdı. İlk olaraq Moreya üsyanında üsyançıları dəstəkləyən yunan əsilli divan tərcüməçilərini işdən azad edilərək müsəlman tərcüməçilər yetişdirmək üzrə Bab-ı Əli tabeliyində tərcüməçilər bölümü quruldu (1821). Əsas nəticələri 1830-cu illərdə görülməyə başlanan bu qurum, Osmanlı ordularının Misir valisi Kavalalı Mehmed Əli Paşa tərəfindən Konyada məğlub edilməsi (1832) və ruslarla bağlanan Hünkar İskələsi sülhündən sonra (1833) yenidən tənzimləndi. Tənzimat dönəmində Xariciyyə nazirliyinə və sədarətə yüksəlmək üçün istifadə edilən tərcüməçilər bölümü 1833-cü ildən etibarən önəm qazanmağa başladı. Misir məsələsindən sonra artan siyasi münasibətlərin ardından II Mahmud, III Səlimdən sonra geriləyən səfirlikləri yenidən gözdən keçirdi. Mustafa Rəşid Paşanı 1834-cü ildə Parisə səfir təyin edərək Avropa paytaxtlarında daimi səfirliklərin yenidən qurulmasına cəhd göstərdi. Ölümündən bir neçə il öncə 1836-cı il martın 11-də reis ül-küttaba Xariciyyə naziri ünvanı verib bəzi təşkilati dəyişikliklər etdi və beləcə Xariciyyə Nəzarəti və ya Nazirliyi quruldu. [7]
Sədrəzəm olan Reis ül-Küttablar
[redaktə | mənbəni redaktə et]- Rami Mehmed Paşa
- Naili Abdulla Paşa
- Mehmet Rağıp Paşa
- Xəlil Həmid Paşa
- Mehmed Səid Qalib Paşa
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 3 4 Imber, 2002. səh. 169
- ↑ 1 2 3 4 Deny, 1995. səh. 481
- ↑ 1 2 Deny, 1995. səh. 482
- ↑ 1 2 3 4 5 Akyıldız, 2009. səh. 486–487
- ↑ Deny, 1995. səh. 481–482
- ↑ Deny, 1995. səh. 482–483
- ↑ 1 2 Deny, 1995. səh. 483
- ↑ Cahit Bilim, “Tercüme Odası”, AÜ Osmanlı Tarihi Araştırma ve Uygulama Merkezi Dergisi: OTAM, I, Ankara 1990, s. 29-43;
Ədəbiyyat
[redaktə | mənbəni redaktə et]- Akyıldız, Ali (2009). "reisülküttab". In Ágoston, Gábor; Masters, Bruce (eds.). Encyclopedia of the Ottoman Empire. New York: Facts On File, Inc. pp. 486–487. ISBN 978-0-8160-6259-1.
- Deny, J. (1995). "Reʾīs ül-Küttāb". In Bosworth, C. E.; van Donzel, E.; Heinrichs, W. P. & Lecomte, G. (eds.). The Encyclopaedia of Islam, New Edition, Volume VIII: Ned–Sam. Leiden: E. J. Brill. pp. 481–483. ISBN 978-90-04-09834-3.
- Imber, Colin (2002). The Ottoman Empire, 1300–1650: The Structure of Power. Basingstoke: Palgrave Macmillan. ISBN 978-0-3336-1386-3.