Ramin Quluzadə

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Ramin Quluzadə
Vəzifədədir
26 yanvar 2021-ci ildən
ƏvvəlkiOqtay Şahbazov
13 fevral 2017 – 26 yanvar 2021
Əvvəlkivəzifə təsis edilib
SonrakıRəşad Nəbiyev
15 yanvar 2016 – 13 fevral 2017
ƏvvəlkiƏli Abbasov
Sonrakıvəzifə ləğv edilib
bayraq
Azərbaycan Respublikası rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini
bayraq2
25 noyabr 2015 – 15 yanvar 2016
Əvvəlkiİltimas Məmmədov
SonrakıƏli Abdullayev
Şəxsi məlumatlar
Doğum tarixi 1 fevral 1977(1977-02-01) (47 yaş)
Doğum yeri
Təhsili
Fəaliyyəti dövlət xadimi

Təltifləri "Tərəqqi" medalı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Ramin Namiq oğlu Quluzadə (1 fevral 1977, Bakı) — Azərbaycan Respublikası Prezidentinin İşlər müdiri (2021-ci ildən), Azərbaycan Respublikasının sabiq nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri (2016–2021).

Ramin Namiq oğlu Quluzadə 1977-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1993-cü ildə Bakı şəhəri Yasamal rayon 167 saylı orta məktəbini bitirərək Azərbaycan Dövlət İqtisad İnstitutuna daxil olmuş, həmin institutu 1997-ci ildə bakalavr, 1999-cu ildə isə magistr pillələri üzrə bitirmişdir.[1]

Ramin Quluzadə 2005-ci ildən 2015-ci ilədək Heydər Əliyev Fondunda çalışmışdır.[1] Azərbaycan Respublikası Prezidentinin 25 noyabr 2015-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini təyin edilmiş[2] və nazir vəzifəsini müvəqqəti icra etmişdir. 15 yanvar 2016-cı ildə həmin vəzifədən azad edilərək[3] rabitə və yüksək texnologiyalar naziri təyin edilmişdir.[4] 13 fevral 2017-ci ildə Azərbaycan Respublikasının Nəqliyyat NazirliyiAzərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi birləşdirildikdən sonra nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri vəzifəsinə təyin olunmuşdur.[5]

2021-ci ilin yanvarın 26-da nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri vəzifəsindən azad edilmiş[6]Azərbaycan Respublikası Prezidentinin digər sərəncamı ilə Azərbaycan Respublikası Prezidentinin İşlər müdiri təyin olunmuşdur.[7]

Azərbaycan Respublikası Prezidentinin 10 may 2014-cü il tarixli Sərəncamı ilə Heydər Əliyev Fondunun 10 illik yubileyi münasibətilə və Heydər Əliyev irsinin qorunması və təbliğində səmərəli fəaliyyətlərinə görə "Tərəqqi" medalı medalı ilə təltif edilmişdir.[8]

Rusingilis dillərini bilir. Ailəlidir, 2 övladı var.

  1. 1 2 "Nazir | Ramin Namiq oğlu Quluzadə". Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi. 2019-12-07 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2024-08-29.
  2. "R. N. Quluzadənin Azərbaycan Respublikasının rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". president.az. 2024-08-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-29.
  3. "R. N. Quluzadənin Azərbaycan Respublikasının rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini vəzifəsindən azad edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". president.az. 2024-08-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-29.
  4. "R. N. Quluzadənin Azərbaycan Respublikasının rabitə və yüksək texnologiyalar naziri təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". president.az. İstifadə tarixi: 2024-08-29.
  5. "R. N. Quluzadənin Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". president.az. 2021-01-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-29.
  6. "R. N. Quluzadənin Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri vəzifəsindən azad edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". president.az. 2024-08-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-29.
  7. "R. N. Quluzadənin Azərbaycan Respublikası Prezidentinin İşlər müdiri təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". president.az. İstifadə tarixi: 2024-08-29.
  8. "Heydər Əliyev Fondu əməkdaşlarının "Tərəqqi" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". president.az. 2024-08-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-29.