Rosto

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Rosto
Tərkibi
Əsas

Rosto

  • 500 gr qıyma
  • 1 ədəd soğan
  • 5–6 cəfəri
  • 3 dilim çörək içi
  • 1 ədəd yumurta
  • 2 yemək qaşığı qırmızı şərab
  • Duz, qara bibər

Sous üçün :

  • 1 yemək qaşığı ərinmiş şit yağı
  • 1 ədəd soğan
  • 2 diş sarımsaq
  • 3–4 ədəd pomidor
  • Yarım su stəkanı ət suyu
  • 5–6 cəfəri
  • Duz, qara bibər

Soğan və cəfərini nazik-nazik doğrayın, çörək içini didin. Yumurtaları kiçik bir kasaya çırpıb yaxşıca qarışdırın. Qıyma, soğan, cəfəri, çörək içi, yumurta, qırmızı şərab, duz və qara bibəri yaxşıca qarışdırıb, yoğurun. Yastı bir tavanın dibini yağlı kağızla örtün. Qıymalı qarışığı tavaya tökün, 180 dərəcədə 1 saat 15 dəqiqə bişirin. Sousu hazırlamaq üçün ; 1 yemək qaşığı ərinmiş şit yağını qazanda qızdırın. Soğan və sarımsaqları çox incə doğrayıb yağda qovurun. Dilimlənmiş pomidor, ət suyu, cəfəri, duz və qara bibəri əlavə edib qarışdıraraq qızardın. Arada atəşi azaldın və qarışdıraraq 15 dəqiqə daha bişirin. Peçdən çıxarandan sonra hazırladığınızi dərin qaba tərs çevirərək qoyun. İsti pomidor sousunu üzərinə tökün. Cəfəri yarpaqları və pomidor dilimləri ilə bəzəyib, isti-isti süfrəyə qoyun.