Russki adası (Primorsk diyarı)
Ruskiy adası | |
---|---|
rus. Русский остров | |
Ümumi məlumatlar | |
Sahəsi | 97.6 km² |
Uzunluğu |
|
Eni | 13 km |
Hündür nöqtəsi | 291.2 m |
Əhalisi | 470 nəfər (2010-cu il) |
Yerləşməsi | |
43°00′00″ şm. e. 131°50′00″ ş. u.HGYO | |
Ölkə | Rusiya |
Vilayət | |
Arxipelaq | |
Akvatoriya | |
|
|
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Ruskiy adası — Vladivostok şəhərindən bir kilometr aralıda yerləşən və Vladivostok şəhər dairəsinin bələdiyyə quruluşunun bir hissəsini təşkil edən ada. Yapon dənizinin Böyük Pyotr körfəzində yerləşən bir adadır[1][2]. İmperatrisa Evgeniya arxipelaqına daxildir.
Coğrafiya
[redaktə | mənbəni redaktə et]Adanın sahəsi 97,6 km², uzunluğu təqribən 18 km, eni 13 km-dir.
Ada sahillərində bir neçə buxta vardır. Onlardan ən böyüyü Novik buxtasıdır. Şimal-qərbdən cənub-şərqə qədər 12 km məsafədə dar bir qol şəklində uzanır və daxili nəqliyyat arteriyası əmələ gətirir. Bu buxta adanı iki qeyri-bərabər hissəyə bölür:
- Cənub-qərb (daha böyük)
- Sayornı yarımadası adlanan şimal-şərq (daha dar).
Coğrafi yerləşmə
[redaktə | mənbəni redaktə et]Ruskiy adası Yapon dənizindəki Böyük Pyotr körfəzində, Vladivostokdan cənubda (şəhərin qitə hissəsi ilə ada arasındakı ən kiçik məsafə 800 metrdir). Vladivostokun böyük hissəsinin yerləşdiyi Muravyov-Amurski yarmadasından, Ruskiy Şərqi Bosfor boğazı ilə ayrılır. Adanı qərbdən Amur körfəzi, cənub və şərqdən Ussuri suları yuyur. Cənub-qərbdə Stark boğazı arxipelaqın növbəti adasından — Popov adasından ayrılır.
Relyefi
[redaktə | mənbəni redaktə et]Relyefi dağlıqdır. Bu Primorskın digər cənub əraziləri üçün xarakterikdir. Adada təpələr adlanan 47 zirvə var. Onların ən yüksəyi adanın mərkəzi hissəsində yerləşir: Russkaya (291.2 m), Qlavnaya (279.8 m) və Çenralnaya (254.9 m).
Sahil xətti çox parçalanmışdır. Onun uzunluğu 123 km-dir. Daxilinə doğru Novik, Voivod və Rında körfəzləri uzanır. Hamısı adanın qərb sahilində yerləşir. Əsasən Amur körfəzinin su bölgəsinə aiddir. Şimal və cənub sahillərində bir çox buxta vardır, lakin onlar açıqdır. Şərq sahili açıq dənizlə üz-üzədir və ən az girintili-çıxıntılıdır. Adada aşındırıcı (qayalı, dik) sahillər geniş yayılmışdır. Onların yanında dar çimərlikləri olan dik sahil yamacları hər yerdə, hətta dərin daxili körfəzlərdə də mövcuddur. Aşağı yamaclı sahillərə yalnız körfəzlərin ucqarlarında rast gəlmək olar. Ruskiy adasının sahilləri yaxınlığında bir sıra kiçik yaşayışı olmayan adalar da mövcuddur. Bəziləri damba ilə adaya birləşdirilmişdir. Elena adası isə əksinə Ruskiy adasından kanala ayrılmışdır.
Hidroqrafiya
[redaktə | mənbəni redaktə et]Adada uzunluğu 1 km-dən çox olan 17, 2 km-dən çox 7 və 5 km-dən çox olan bir çay vardır (Voevodixa). Adada şirin su göllər də mövcuddur. Onlardan bəziləri insan fəaliyyətinin nəticəsidir: Voroşilov batareyasının texniki gölü, Truda və Podnojye körfəzindəki kiçik su anbarları, Babkin yarımadasındakı bir kərpic zavodunun keçmiş ocaqları və Ostrovnaya körfəzindəki qum mədəni. Təbii mənşəli ən böyük göl 5 hektar ərazisi olan Qluzdovski (Axlestysheva) və İzvestkoye gölləridir. Bataqlıq ərazilər Russkaya çayının aşağı axınlarında, bəzi çayların estuari hissələrində olur.
İqlim
[redaktə | mənbəni redaktə et]Şimal-qərb tərəfin mikroiqlimi açıq dənizlə üzbəüz cənub-şərqdən fərqlənir. Yay mussonu zamanı adanın cənub-şərqi daha çox duman ilə örtülür, çiskin şimal-qərb tərəfdən olduğundan daha şaxtlı və bir qədər soyuq olur. Novik, Rında və Voevodanın ərtazisində su adanın digər hissələrinə nisbətdə daha sürətli istiləşir. Qışda ilk buz əvvəlcə Novik körfəzinin yuxarı hissəsində (dekabrın əvvəlində), sonra Voivode və Rındada görünür. Asiya antiklonunun küləkləri buzları Muravyov-Amursky yarımadasının şimal-qərb sahilinə və sürətli buz əmələ gətirən İmperatrisa Evgeniya arxipelaqına sürükləyir. Ruskiy adasının sahilləri boyunca ən böyük yayılması zamanı Pospelovo kəndindən Stark boğazına qədər uzanır. Bundan əlavə nazik buz Enqelm və Lavrov adalarının şimalında və Novıy Ciqit körfəzində meydana gəlir. Adanın sahilləri martın sonu — aprelin ortalarında tamamilə buzdan azaddır.
Əhali
[redaktə | mənbəni redaktə et]Əhalisi 4.703 nəfərdir (2010). UFU-nin şəhərciyi tikildikdən sonra adanın əhalisi əhəmiyyətli dərəcədə artdı — 10.5 min nəfər şəhərcikdə daimi olaraq yaşayır[3].
- 1860 — ▲235 nəf.
- 1895 — ▲3 000 nəf.
- 1908 — ▲25 000 nəf.
- 1959 — ▼6 093 nəf.
- 1970 — ▼5 449 nəf.
- 1979 — ▲5 775 nəf.
- 1989 — ▲6 020 nəf.
- 1994 — ▼5 600 nəf.
- 2002 — ▼5 204 nəf.
- 2010 — ▲5 360 nəf.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "«Об административно-территориальном устройстве Приморского края» (с изменениями на 05.06.2017), Закон Приморского края от 14 ноября 2001 года №161-КЗ". docs.cntd.ru. 2018-06-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-11-08.
- ↑ "«О Владивостокском городском округе», Закон Приморского края от 6 декабря 2004 года №179-КЗ". docs.cntd.ru. 2020-07-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-11-08.
- ↑ "Об Университете. Цифры и факты". ДВФУ. 2022-08-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-08-09.