Rustaveli prospekti
Rustaveli prospekti | |
---|---|
რუსთაველის გამზირი | |
Ümumi məlumatlar | |
Ölkə | |
Şəhər | Tbilisi |
Uzunluğu |
|
Şərəfinə adlandırılıb | Şota Rustaveli |
Rustaveli prospekti (gürc. რუსთაველის გამზირი) — keçmişdə Qolovin küçəsi kimi bilinən, daha sonralar isə orta əsr gürcü şairi olmuş Şota Rustavelinin xatirəsinə adlandırılan Tbilisinin mərkəzi prospektidir.
Prospekt Azadlıq meydanından başlayır və təxminən 1.5 km Kostava küçəsinə kimi uzanır. Rustaveli tez-tez Tbilisinin bir çox hökumət, ictimai, mədəni və biznes binalarının yerləşdiyi hissəyə çıxış üçün əlverişli ara yol hesab edilir. Gürcüstanın keçmiş Parlament binası, Gürcüstan milli Opera Teatrı, Rustaveli teatrı, Gürcüstan milli Elmlər Akademiyası, Kaşveti kilsəsi, Gürcüstan dövlət muzeyi (Gürcüstan milli muzeyinin bir hissəsi) və Tbilisi Biltmor hoteli məhz Rustavelidə yerləşir.
1989-cu ildə on minlərlə gürcü parlament binasından öncə məhz Rustavelidə toplandı. Sovet spetsnaz qüvvələri tərəfindən hücuma məruz qalmış etirazçıların bir hissəsi 9 Aprel faciəsində burada qətlə yetirilmişdir.
2007 və 2011-ci illərdə prospekt anti-hökumət etirazlarının mərkəzi olmuşdur.
Yaxınlaşma
[redaktə | mənbəni redaktə et]Tiflis metropoliteni və avtobuslarla buraya gəlmək mümkündür.[1] Bura Tbilisinin ikinci tarixi hissəsi sayılan — Aqmaşenebeli prospektindən sadəcə 1 metro stansiya aralıda yerləşir.
Rustaveli prospektində həyat
[redaktə | mənbəni redaktə et]Rustaveli prospekti Azadlıq meydanından başlayır. Rustaveli prospektində ilk bina olan Rustaveli kinoteatrı, Gürcüstanın ən böyük kinoteatrıdır. Kinoteatrın qarşısında keçmiş Parlament binası və gənclik sarayı yerləşir. Kaşveti kilsəsi incəsənət evi ilə incəsənət muzeyinin arasında yerləşir. Rustaveli prospektində bir çox gözel binalar yerləşir; onların arasına Tbilisi Opera Evi və Rustaveli Teatrıda daxildir. Prospekt müxtəlif kafelərlə, mağazalarla, restoranlar və digər əyləncəli məkanlarla doludur. Rustaveli prospekti müasir və 20-ci əsr tikililəri ilə zəngindir. Bura həmçinin bir çox ictimai etirazların və sərgilərin nümayiş olunduğu məkandır. Prospekt Tbilisinin ən turistik və arxitekturaya sahib mərkəzlərindən biridir.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "Georgia: The Bradt Travel Guide, Tim Burford, p.113ff". 2013-08-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-08-01.