Rza Əfqanlı

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Rza Əfqanlı
Doğum adı Rza Rüstəm oğlu Cəfərzadə
Doğum tarixi 15 may 1899(1899-05-15) və ya 1899[1]
Doğum yeri
Vəfat tarixi 9 noyabr 1973(1973-11-09) və ya 1973[1]
Vəfat yeri
Həyat yoldaşı
Uşaqları
Fəaliyyəti teatr aktyoru, kino aktyoru, teatr rejissoru, aktyor
Teatr
Mükafatları "Lenin" ordeni — 1949 "Qırmızı əmək bayrağı" ordeni — 1959 "Şərəf nişanı" ordeni — 1939 "1941–1945-ci illər Böyük Vətən müharibəsində rəşadətli əməyə görə" medalı
"Azərbaycan SSR xalq artisti" fəxri adı — 1943 "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 1938 2-ci dərəcəli "Stalin" mükafatı — 1948
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Rza Rüstəm oğlu Əfqanlı (Cəfərzadə) (15 may 1899 və ya 1899[1], Sərab, Cənubi Azərbaycan9 noyabr 1973 və ya 1973[1], Bakı) — Azərbaycan teatr və kino aktyoru, Azərbaycan SSR xalq artisti (1943).

Rza Rüstəm oğlu Cəfərzadə (Rza Əfqanlı) 1899-cu il mayın 15-də İran Azərbaycanının Sərab şəhərində doğulub. İki yaşında olarkən atası Rüstəm kişi vəfat edib. Rza doqquz yaşından varlıların qapılarında nökərçilik etməyə, quzu otarmağa məcbur olub. Ailəsini dolandırmaq məqsədilə 1912-ci ilin yazında Bakıya gəlib. 1916-cı ildə Pyatiqorska gedib və orada Çəkməçi şagirdi işləyib, iki il sonra rus ordusunda könüllü xidmət edib.

1920-ci ildə Bakıya dönən Rza Əfqanlı əvvəl Sabunçu qəsəbəsindəki dram dərnəyində aktyorluq edib və tezliklə Akademik teatrın aktyoru Xəlil Hüseynovun təşəbbüsü ilə Mərkəzi Dövlət Səyyar Teatrında işləməyə başlayıb.1923-cü ildə Milli Dram Teatrının truppasına işə götürülüb və paralel olaraq 1926-cı ildə Bakı Teatr Məktəbini bitirib. 1929-cu ildə rejissor və aktyor İbrahim İsfahanlının dəvəti ilə Tiflis Azərbaycan Dövlət Teatrında işləməyə gedib. 1933–1934-cü il teatr mövsümündə Türkmənistan respublikasının paytaxtı Aşqabaddakı "Az Millətlər Teatrı"nda ("Natsmen" Teatrı) baş rejissor olub. 1935-ci ilin əvvəllərində yenə Milli Dram Teatrının kollektivinə qayıdıb.

Rza Əfqanlı müxtəlif illərdə Əbdürrəhim bəy Haqverdiyevin "Ağa Məhəmməd şah Qacar" (Tavad Orbeliani), "Köhnə dudman" (Bədəl), "Baba yurdunda" (İsgəndərzadə), "Pəri cadu" (Qurban), "Dağılan tifaq" (Nəcəf bəy), Cəfər Cabbarlının "Od gəlini" (Rəbi, Aqşin və Elxan), "Oqtay Eloğlu" (Oqtay), "Sevil" (Balaş və Əbdüləli bəy), "1905-ci ildə" (General-qubernator), "Aydın" (Dövlət bəy), Vilyam Şekspirin "Otello" (Yaqo), "Hamlet" (Horatsio), "Kral Lir" (Edmund), Hüseyn Cavidin "Knyaz" (Anton), "Şeyx Sənan" (Platon və Şeyx Sənan), Aleksandr Suxovo-Kobılinin "Kreçinskinin toyu" (Nelfin), Viktor Hüqonun "Gülən adam" (Lord Devid), Şəmsəddin Saminin "Dəmirçi Gavə" (Gavə), Konstantin Trenyovun "Düşmənlər" (Vixor Yarovay), Aleksandr Şirvanzadənin "Namus" (Seyran), Səməd Vurğunun "Vaqif" (Eldar), "Fərhad və Şirin" (Fərhad və Xosrov), Nazim Hikmətin "Türkiyədə" (Hüseyn), Mehdi Hüseynin "Nizami" (Nizami), Aleksandr Ostrovskinin "Cehizsiz qız" (Paratov), Abdulla Şaiqin "Nüşabə" (İsgəndər), Nəcəf bəy Vəzirovun "Müsibəti-Fəxrəddin" (Rüstəm bəy) əsərlərinin tamaşalarında ifa etdiyi rollar janr əlvanlığı, estetik zənginliyi ilə xarakterikdir.

Eyni dövrdə yaşadığı sənətkarlar kimi, Rza Əfqanlının da yaradıcılığında kino rolları ayrıca mərhələdir. O, 1963-cü ildə teatrdan haqsız olaraq uzaqlaşdırılıb. Uzun illər işsiz qalan (arada ancaq bir neçə filmə çəkilib) Rza Əfqanlı bir müddət Sumqayıt Dövlət Dram Teatrında aktyorluq edib.

Rza Əfqanlı 9 noyabr 1973-cü ildə Bakıda vəfat edib.

  • Həyat yoldaşı — Sona xanım
    • Qızı — Xumar Zülfüqarova (1927–2017), rəqqasə, baletmeyster, Azərbaycan SSR xalq artisti (1979).
  • Həyat yoldaşı — Bədurə Əfqanlı (1912–2002), geyim üzrə rəssam, Azərbaycan SSR xalq rəssamı (1974).

Təltif və mükafatları

[redaktə | mənbəni redaktə et]
  1. 1 2 3 4 Əfqanlı, Rza // Çex Milli Hakimiyyət Məlumat bazası.