Sünəni-İbn Macə
Sünəni-İbn Macə | |
---|---|
ərəb. سنن ابن ماجه | |
Müəllif | İbn Macə |
Janr | İslam |
Orijinalın dili | Ərəbcə |
Sünəni-İbn Macə (ərəb. سُنن ابن ماجة). Əhli Sünnənin hədis ədəbiyyatında ən güvənilən hədis kitabları olaraq qəbul edilən altı kitabdan (Kutubi-sittənin) biridir.
Müəllifi İbn Macədir (m. 824–887) (h.q. 209–273). Əsərin əsil adı "Kitəbus Sunən" olsa da müəllifinə nisbətlə "Sünəni İbn Macə" olaraq anılır.
Haqqında
[redaktə | mənbəni redaktə et]Müəllif
[redaktə | mənbəni redaktə et]Əl Hafiz Əbu Məhəmməd ibn Yəzid ibn Macə əl Qəzvini 824-cü ildə Qəzvin şəhərində doğulub[1]. 22 yaşından hədis toplamaq məqsədilə Misir, Xorasan, Rey, İraq, Hicaz və b. yerlərə səfər etmişdir. Və ən məşhur əsəri olan "Kitəbu Sunən" əsərini yazmışdır. İbn Macə 887-ci ildə vəfat etmişdir.
Əsər
[redaktə | mənbəni redaktə et]Kitab cildlərə bölünür (Cildlərin sayı nəşr edildiyi zamana, məkana və nəşriyyata görə dəyişir). Müəllif əsəri 5 cilddə tərtib etmişdir. Hər cilddə kitablar və hər kitabda da bablar var. Hər kitabda , kitaba uyğun bablar və hər babda da mövzuya uyğun hədislər vardır. Ümumilikdə isə müəllif kitaba 4341 hədis yığmışdır.
Kitabları (Bölmələri)
Nəşrləri
[redaktə | mənbəni redaktə et]Kitab ərəb dilində bir neçə dəfə nəşr olunub :
- Sünən ibn Macə, Məktəbə əl-İlmiyyə, Beyrut
- İbn Macə, əs-Sünən, "Məktəbətul-Maarif lil-Nəşr vəl-Təuzi", ər-Riyad, Səudiyyə Ərəbistanı, 1417/1997; təhqiq: Nasiruddin əl-Albani və Məşhur b. Həsən Al Salman yüklə
Kitab Türk dilinə tərcümə olunub və nəşr olunub :
- İbn Mace, "Sünen-i İbn-i Mace" Tercüme ve Şerhi, çeviren : Haydar Hatipoğlu, "Kahraman" Yayınları, 10 cilt. oxu Arxivləşdirilib 2012-06-14 at the Wayback Machine
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ al-Dhahabi, Muhammad ibn Ahmad (1957). al-Mu`allimi. ed (in Arabic). Tadhkirat al-Huffaz. 2. Hyderabad: Da`irat al-Ma`arif al-`Uthmaniyyah. pp. 636.
Həmçinin bax
[redaktə | mənbəni redaktə et] İslam haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |