Səfiqulu bəy Qacar
Naviqasiyaya keç
Axtarışa keç
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
SƏFİQULU BƏY QACAR | |
---|---|
fars. صفی قلی بیک ﻳﺴﺎول ﺻـﺤﺒﺖ | |
Doğum yeri | Qarabağ |
Səfiqulu bəy Qacar — Qarabağ bəylərindən, II Şah Abbas Səfəvinin söhbət yasavulu
Həyatı
[redaktə | mənbəni redaktə et]Səfiqulu bəy Vərəndə nahiyəsinin Qacar obasında dünyaya göz açmışdı. Mədrəsə təhsili almışdı. Savadlı, söhbətcil, işgüzar adam olduğundan tezliklə II Şah Abbas Səfəvi nin diqqətini cəlb etmişdi. Şahın söhbət-yasavulu vəzifəsinə irəli çəkilmişdi. Təqaüdə çıxandan sonra doğma kəndlərinə qayıtmışdı. Şahın ona tiyul kimi verdiyi mülkləri idarə etmişdi.
Qarabağın seçkin bəylərindən idi. 1650-ci ildə şah onun və bir çox bəylərin şahidliyi əsasında Məlik Şahnəzəri Vərəndə nahiyəsinə məlik təyin etmişdi.
Mənbə
[redaktə | mənbəni redaktə et]- Ənvər Çingizoğlu. Qacarlar və Qacar kəndi. Bakı: Şuşa, 2008, 334 səh.
Həmçinin bax
[redaktə | mənbəni redaktə et] Şəxs və ya bioqrafiya haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |