Səmədağa Şıxlarov
Səmədağa Şıxlarov | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Ümumi məlumatlar | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Doğum tarixi | 5 sentyabr 1955 | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Doğum yeri | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Vəfat tarixi | 1 iyun 2021 (65 yaşında) | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Vəfat yeri | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Dəfn yeri | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Vətəndaşlığı | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Boyu | 169 sm | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Çəkisi | 66 kq | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Mövqeyi | hücumçu | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Karyerası | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
|||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Təltif və medalları | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
|||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
Səmədağa Məmməd oğlu Şıxlarov (5 sentyabr 1955, Xıllı – 1 iyun 2021, Bakı) — Sovet və Azərbaycan futbolçusu və məşqçisi. Azərbaycanın "Neftçi", "Xəzər Sumqayıt", "Avtomobilçi", "Kəpəz", "Çıraqqala Siyəzən", Ukraynanın "MOİK Kiyev" və Çexoslovakiyanın "SQV" klublarının və SSRİ U-21 milli futbol komandasının heyətində çıxış edib. Hücumçu mövqeyində oynayıb.
Həyatı
[redaktə | mənbəni redaktə et]Erkən illəri
[redaktə | mənbəni redaktə et]Səmədağa Şıxlarov 1955-ci il sentyabrın 5-də Salyan rayonunun Xıllı kəndində anadan olub.[1] Səmədağa Şıxlarov ailədə 4 uşaq idi – 2 qardaş, 2 bacı.[1] Sübhan adlı əkiz qardaşı 1 yaşına çatmamış dünyasını dəyişib.[1]
1957-ci ildə ailəsi ilə Əli Bayramlı şəhərinə köçüb.[1] Atası Məhəmməd kişi Böyük Vətən Müharibəsində Berlinə kimi getmişdi. Müharibədə xəsarət alan atasının bədənindəki qəlpələr onu çox incidirdi.[1] O, Əli Bayramlıya köçəndə "Şirvanneft"də çilingər işləyirdi. O, Ramil Usubov, İsmət Qayıbov və digər tanınmış şəxslərin avtomobillərini təmir edirdi.[1] Anası Xanım evdar qadın idi.[1] Atası 1999-cu, anası isə 2004-cü ildə rəhmətə gedib.[1]
Altı yaşında futbola maraq göstərib.[1] Uşaqlıqda Pele, Anatoli Banişevski və Gerd Müllerin pərəstişkarı olub.[1]
Vaxtilə "Neftçi" və "Dinamo Tbilisi" kimi komandaların şərəfini qorumuş Nağı Babayev onların binasında yaşayırdı və onu "Тигр" (azərb. Pələng) deyə çağırırdı.[1] Məhz Nağı Babayevlə tanışlıq onun futbola həvəsini daha da artırıb.[1]
Valideynləri Səmədağa Şıxlarovun futbolla məşğul olmasına o qədər də həvəsli deyildilər. Məhz ona görə də, Səmədağa Şıxlarova 15 yaşına kimi bir dəfə də olsun başqa rayonlardakı oyunlara getməyə icazə verməyiblər.[1] Səmədağa Şıxlarovun valideynləri onu ancaq Əli Bayramlıdakı oyunlara buraxırdı. Daha sonra məşqçiləri Nağı Babayev və Xudaverdi Babayevin xahişindən sonra atası Məhəmməd oğlunun Lənkərana getməsinə razı olub.[1]
Hələ uşaq vaxtlarından tay-tuşlarının, qohum-əqrəbanın yanında "Neftçi"də oynayacağını söyləyən balaca Səmədağaya hamı istehza ilə baxırdı.[1]
1962-ci ildən 1972-ci ilə kimi Əli-Bayramlı şəhəri 2 nömrəli orta məktəbdə təhsil alıb. Coğrafiya fənini xüsusi olaraq sevirdi.[1]
1973-cü ildə orta məktəbi bitirib sənədlərini İdman İnstitutuna verən gənc 7 imtahandan keçsə də, səkkizincidən – fizikadan kəsildi. O, Əli Bayramlıya qayıdaraq məşqlərini davam etdirməklə yanaşı, atasına kömək edir, həm də sənətini öyrənməyə başlayır:
İlk dəfə atamın yanında fəhləlik etmişəm. İkinci iş yerim isə NBNZ olub. Həyatı dərk etmək, çətinliklərə alışmaq baxımından ora mənim üçün əsl həyat məktəbi olub. Təsəvvür edin ki, səhər saat 7-də yuxudan durub gedirdim işə. 12-ə kimi işləyirdim. Vəzifəm də çilingər köməkçisi idi. Zavodda 20 qəpiyə nahar etdikdən sonra metro ilə “Gəncliy”ə məşqə gəlirdim. Məşqdən sonra da tanış uşaqlarla futbol oynayırdım. Axşam evə çatanda halım qalmırdı. 6 aydan sonra Nağı müəllimə işimin çətin olduğunu, yorulduğumu dedim. Sağ olsun, məni Respublika stadionuna işə düzəltdi. Meydançanı sulamaqla məşğul idim. Boş vaxtlarımda isə suladığım meydançada məşq edirdim. Fələyin işinə bax, bir il əvvəl zavodda şlanq daşıyan, ardınca meydança sulayan və heç kimin tanımadığı gənc bir neçə ay sonra minlərlə azarkeşin qarşısında, arzuların komandası olan “Neftçi”nin heyətində “meydan sulayacaqdı”. Heç vaxt fəhlə işlədiyimə görə utanmamışam. Çətinliklər xarakterimin möhkəmlənməsində əvəzsiz rol oynayıb.[1] |
1972-ci ildə "Neftçi"nin hazırlıq qrupunda çalışan məşqçisi Nağı Babayevin təklifi ilə Səmədağa Şıxlarov bu qrupa yazılır:
Bakıya gələn kimi anamın yaxın rəfiqəsinin köməkliyi ilə "8-ci km" qəsəbəsindəki yataqxanaya qeydiyyata düşdüm. Nağı müəllimin sayəsində isə NBNZ-də (Yeni Bakı Neft Emalı Zavodu) şagird kimi işə düzəldim. Zavodun futbol komandası Bakı birinciliyində çıxış edirdi və komandaya bir vaxtlar "Neftçi"nin futbolçusu olmuş Zinin rəhbərlik edirdi. Yarım ildən sonra Respublika stadionuna işə düzəldim və işim xeyli rahat oldu. Həm işləyir, həm də məşq edirdim.[1] |
Həmin ilin sonunda Səmədağa Şıxlarov "Neftçi"nin əvəzedici komandasına çağırıldı. İlk oyununu səfərdə İvano-Frankovskun "Spartak" və Lvovun "Karpatı" komandalarına qarşı keçirən gənc hücumçunun çıxışı məşqçiləri razı salır və dekabrda komandaya qəbul edilir.[1] 1974-cü il yanvarın 1-dən etibarən isə heyətə götürülür:
Mənə və Ələkbər Məmmədova 140 manat maaş ayırdılar və pulu yarı bölürdük. Ələkbər rəhmətlik Ələkbər Məmmədovun adaşı idi. Həmin il əsas komanda ilə Gürcüstana təlim-məşq toplanışına getmişdik. İlk oyunda 2:0 hesabı ilə qalib gəldik və hər iki qolu mən vurdum. Oyundan sonra mənə dedilər ki, hazırlaş, axşam əsas komanda ilə Zuqdidiyə gedirsən. Nurəddin Əliyevin ayağı sınmışdı və məni onun yerinə aparırdılar. Elə oldu ki, Zudididəki oyundan sonra məni əvəzedicilərdən ayırdılar. Beləcə, "Neftçi"nin əsas heyəti ilə məşq etməyə başladım.[1] |
Klub karyerası
[redaktə | mənbəni redaktə et]1974-cü ildə Neftçi komandası SSRİ çempionatının 1-ci dəstəsində çıxış edib. Əsas heyətdə debütü 1974-cü ildə aprel ayında Sverdlovskun "Uralmaş" komandasına qarşı olub. Həmin il 9 dəfə əsas heyətin oyunlarında meydana çıxıb. 1974-cü ilin dekabr ayında komanda ilə birlikdə İranda beynəlxalq turnirdə iştirak edib.
1975-ci ilin may ayında 1-ci dəstədə çıxış edən komandaların əvəzedici heyətlərini ləğv etdilər. Əvəzedici heyət ləğv edildiyi üçün komanda da 25 futbolçu qalmalı idi. O zaman Neftçinin heyətində hücum xətdində Nikolay Smolnikov, Yuriy Stikolnikov, Nikolay Lyoksin, Rafiq Əlizadə, Füzuli Cavadov qarşı rəqabətə dözə bilməyib, SSRİ çempionatının 2-ci dəstəsinin 1-ci zonasında iştirak edən "Xəzər Sumqayıt" komandasına keçib. Orada məşqçiləri Anatoli Banişevski və Valeri Hacıyev olub. Burada Səmədağa Şıxlarov 20 oyunda çıxış edərək 8 qol vurub.
1974–1978-ci illərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında ali təhsil alıb.
1976-cı ildə Neftçinin veteran futbolçusu və komandanını baş məşqçisi olmuş Əli Əbilzadənin rəhbərliyi altında Bakıda "Avtomobilçi" futbol komandası yaradıldı. Komanda SSRİ çempionatının 2-ci dəstəsinin 1-ci zonasında iştirak edirdi. Səmədağa Şıxlarov 1976–1977-ci ilin avqustuna kimi "Avtomobilçi"-nin heyətində 62 oyuna 34 qol vurub.
1977-ci ilin avqust ayında Neftçi artıq SSRİ çempionatının yüksək liqasında iştirak edirdi. Azarkeşlərin təkidi ilə Səmədağa Şıxlarov Neftçi komandasına qayıtsa da, zədə səbəbindən yalnız 5 oyunda iştirak edib.
1978-ci ildə Dneprə qarşı oyunda Anatoli Banişevski özünün SSRİ çempionatında 99-cu və 100-cü qolunu vuraraq Qriqori Fedotov klubuna üzv oldu. Həmin oyunda digər iki qolu Səmədağa Şıxlarov İsgəndər Cavadovla vurmuşdu.
Neftçi komandasının heyətində Ermənistan SSR-nin "Ararat İrəvan" komandasına qarşı oyunda Neftçinin SSRİ çempionatlarında 600-cü yubiley qolunu vurub. Həmən il Heydər Əliyev onu komandanın aparıcı futbolçusu kimi ev ilə mükafatlandırıb.
1980-ci ildə SSRİ çempionatının güclülər dəstəsində 6 oyunda çıxış edib. SSRİ kubokunda isə 7 oyunda çıxış edərək 5 qol vurub. Noyabr ayında Lənkərandakı tank alayına hərbi xidmətə göndərilib. Lənkəranda olduğu müddətdə Xəzər komandasının heyətində məşq edib. Oradan isə 1981-ci ilin fevral ayında Moskvanın "MOİK Moskva" komandasına aparıblar. İki ay müddətində Moskvanın "MOİK" komandasının düşərgəsində olub. Baş məşqçi Oleq Bazileyiviçin məsləhəti ilə SSRİ çempionatının 1-ci dəstəsində çıxış edən Kiyevin "OİK" komandasının baş məşqçisi Vladimir Muntianin komandasına aparılib. Burada 37 oyunda 12 qola imza atıb. 1982-ci ildə mart ayında Kiyev "OİK" heyətində SSRİ kubokunda 4 oyunda 1 qol vurub.
1982-ci ildə aprel ayında hərbi xidməti bitirən zaman artıq SSRİ çempionatının yüksək liqasında Neftçinin heyətində 28 oyunda çıxış edib və 10 qol vurub. 1982-ci ildə ona SSRİ İdman Ustası adı verildi. 1983-cü ildə Neftçinin heyətində 23 oyuna 5 qol vurub. Dekabr ayında Suriyada keçirilən 4 yoldaşlıq görüşündə 3 qol vurub. 1984-cü ildə əsas heyətdə 9 oyun keçirib. Əvəzedici heyətdə isə 20 oyunda 13 qol vurub.
1985-ci ildə yanvar ayının 3-də komandaya yeni baş məşqçi V. Solovyov təyin olundu. 5 yanvarda isə onu və ondan əlavə 10 nəfəri komandadan uzaqlaşdırdılar. Bundan sonra SSRİ çempionatının 2-ci dəstəsinin 9-cu zonasında çıxış edən Gəncənin "Kəpəz" komandasına keçib. 17 oyunda 9-qol vurub. 1985-ci ilin avqustundan 1987-ci ilin noyabr ayına kimi Çexoslavakiyada 2 illik kontrakt ilə SSRİ-nin MHD komandasında oynayıb.
1988-ci ildə yenidən Kəpəzin heyətində 24 oyuna 15 qol vurdum. 1988-ci ilin dekabrında Azərbaycanın 2-ci dəstəsində çıxış edən komandaların yığmasının heyətində Qanada beynəlxalq turnirdə çıxış edib. 3 oyunda 3 qol vurub. 1989-cu ildə böyük futboldan bir müddətə uzaqlaşıb.
1992-ci ildə yenidən futbola dönüb. Artıq müstəqillik əldə etmiş Azərbaycan Respublikasının ilk çempionatında iştirak edən Siyəzənin "Çıraqqala" komandasında çıxış edərək, 11 oyunda 3 qol vurub.
Yığma karyerası
[redaktə | mənbəni redaktə et]1982-ci ilin avqust ayında SSRİ Olimpiya yığma komandasının heyətinə cəlb olunub və Mərkəzi Amerikada Trinidad və Tobaqo ölkəsinin yaranmasının 20 illiyi yubileyinə həsr olunmuş futbol turnirində iştirak edib. 2 oyunda 1 qol vurub.
Biznes karyerası
[redaktə | mənbəni redaktə et]Futbolla vidalaşdıqdan sonra Səmədağa Şıxlarova yaxın dostu qapı-pəncərə sexi açmağı təklif etdi. Sovet İttifaqının dağılmasından sonra vəziyyətdən istifadə edərək vaxtilə Çexoslovakiyada bir yerdə oynadığım Viktor Kondratyevə zəng vurdu və şərikli şirkət açmağı təklif etdi. Ukraynada Səmədağa Şıxlarov dostu ilə Viktor Kondratyevin həyat yoldaşının adına firma təsis etdi və bankdan 6 min karbovanets kredit götürdü:
Bəxtimizdən bankın rəhbəri əslən Zaqataladan olan Osmanov soyadlı azərbaycanlı idi və krediti almaqda köməyini əsirgəmədi. Firmamız hazır məhsullar və ehtiyat hissələrinin daşınması ilə məşğul olurdu. Pis deyildi, hər ikimiz dolanırdıq. Firmanı təsisi edənə qədər Çexiyadan, Macarıstandan Azərbaycana müxtəlif növ məhsullar gətirdiyimdən biznesdən anlayışım var idi. Ona görə də çətin olmadı. Bizneslə 2004-cü ilə kimi məşğul oldum.[1] |
Məşqçi karyerası
[redaktə | mənbəni redaktə et]2004-cü ildə məşqçi qismində futbola qayıdıb.[1] Ağasəlim Mircavadovun dəvəti ilə "Neftçi-2" də məşçi işləyib. 2005-ci ildə həvəskarlar liqasında çıxış edən Şirvan şəhərinin "Şirvan" komandasında baş məşqçi olub və komanda ilə çempionluq və kubok qazanıb. 2006-cı ildə Azərbaycan Premyer Liqasıda çıxış edən Bakının "Olimpik" komandasına hücumçularla məşqçi qismində dəvət ediblər. 2008-ci ildə məşqçi-seleksioner qismində Neftçiyə dəvət olunub. İki aydan sonra isə öz xaişi ilə klubu tərk edib və AZAL komandasına keçib.
Ölümü
[redaktə | mənbəni redaktə et]2021-ci il iyunun 1-də Səmədağa Şıxlarov menecer işlədiyi Həndbol Federasiyasından qayıdanda yolu keçən zaman onu Chevrolet markalı avtomobil vurub.[2] Hadisə Bakının Həsən Əliyev küçəsi ilə Azadlıq prospektinin kəsişməsində saat 14:00 radələrində baş verib.[3] Hadisə nəticəsində o vəfat edib.[4][5]
O, Şirvan şəhərində valideynlərinin yanında dəfn olunub.[6] Futbolçu Nazim Süleymanov və dostları Səmədağa Şıxlarovun ailə üzvləri ilə birlikdə dəfndə iştirak etdilər.[7]
İyunun ikisi Səmədağa Şıxlarovun vəfat etdiyi yol-nəqliyyat hadisəsi ilə bağlı bağlı cinayət işi başlanıb.[8] Nərimanov Rayonu Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi açılıb, istintaq araşdırmaları davam edir.[8]
İlkin araşdırmalarla müəyyən edilib ki, 1 iyun 2021-ci il trixində saat 13:45-də Azadlıq prospektində Chevrolet markalı 99 OY 985 dövlət qeydiyyat nişanlı avtomobillə, 99 LK 110 dövlət qeydiyyat nişanlı Lada Priora toqquşub.[8] Bu zaman idarəetmədən çıxan Chevrolet prospektin kənarında piyada hərəkətdə olan Səmədağa Şıxlarovu vurub.[8] O, aldığı xəsarətlərdən vəfat edib.[8]
Şəxsi həyatı
[redaktə | mənbəni redaktə et]İlk avtomobili atasının "71–34" nömrəli Jiquli olub.[1] 40-a yaxın ölkədə səfərdə olub.[1]
1984-cü ildə Ruslan adlı oğlu dünyaya gəlib.[1] Oğlunun adını 1983-cü ildə avtomobil qəzasında vəfat edən Ruslan Həbibovun şərəfinə qoyub.[1] 1994-cü ildə həyat yoldaşı Səmədağa Şıxlarov ilə ayrılaraq, Almaniyaya köçdü.[1]
2017-ci ildə ayaqlarının damarlarında trombdan əziyyət çəkən Səmədağa Şıxlarov 5-ci dəfə əməliyyat olunub.[9] 2019-cu ilin oktyabr ayında xaricdə 6-cı dəfə əməliyyat olunub.[10] 2020-ci il fevralın 24-də Bakı Diaqnostika Mərkəzinin Ürək-Damar Cərrahiyəsi şöbəsində ürək əməliyyatı keçirib.[11][12]
Uğurları
[redaktə | mənbəni redaktə et]Qalereya
[redaktə | mənbəni redaktə et]-
Səmədağa Şıxlarov 1994 FİFA Dünya Kubokunda
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 "Səmədağa Şıxlarov: "Həyatda bütün uğurlarım "Neftçi"nin adı ilə bağlıdır" YAZI". idmanxeber.az. idmanxeber.az. 2022-03-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 mart 2020.
- ↑ "Veteran futbolçumuzu avtomobil vurdu, hadisə yerində keçindi". oxu.az. oxu.az. 2021-08-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 iyun 2021.
- ↑ APA TV. "Azərbaycanda tanınmış futbolçunu maşın vurub öldürdü" (az.). Youtube.com. 01.06.2021. 2021-06-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-06-01.
- ↑ "Известный советский футболист погиб в ДТП". www.newsru.co.il. www.newsru.co.il. 2022-03-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 iyun 2021.
- ↑ "Məşhur futbolçumuz faciəvi şəkildə həlak oldu". milli.az. milli.az. 2022-08-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 iyun 2021.
- ↑ "Səmədağa Şıxlarov dəfn olunub". report.az. report.az. 2021-07-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 iyun 2021.
- ↑ "Futbolumuzu dəfn edən AFFA Səmədağa Şıxlarovun dəfnində olmadı". olimpsport.az. olimpsport.az. 2021-09-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 iyun 2021.
- ↑ 1 2 3 4 5 "Səmədağa Şıxlarovun öldüyü hadisə ilə bağlı YENİ FAKTLAR". publika.az. publika.az. 2021-06-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 iyun 2021.
- ↑ "Səmədağa Şıxlarov 5-ci dəfə əməliyyat olunub". apa.az. apa.az. 2022-03-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 mart 2020.
- ↑ "Səmədağa Şıxlarov növbəti dəfə əməliyyat olundu: AFFA yenə kömək etmədi". www.cempion.az. www.cempion.az. 2021-07-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 mart 2020.
- ↑ "AFFA nəyi gözləyirmiş?". www.football-plus.az. www.football-plus.az. 2020-03-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 mart 2020.
- ↑ ""...Kömək etsələr də, etməsələr də, burda faciəvi bir şey yoxdur" – Səmədağa Şıxlarov". sportal.az. sportal.az. 2021-08-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 mart 2020.
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- 5 sentyabrda doğulanlar
- 1955-ci ildə doğulanlar
- SSRİ-də doğulanlar
- 1 iyunda vəfat edənlər
- 2021-ci ildə vəfat edənlər
- 65 yaşında vəfat edənlər
- Bakıda vəfat edənlər
- Şirvanda (Azərbaycan) dəfn olunanlar
- Əlifba sırasına görə futbolçular
- Əlifba sırasına görə futbol məşqçiləri
- Azərbaycan futbolçuları
- Neftçi PFK oyunçuları
- Kəpəz PFK oyunçuları
- Yol-nəqliyyat hadisəsində ölənlər
- Azərbaycanın kişi futbolçuları