Səs gücləndiricisi
Amplifikator (Fransızca: amplificateur, qısaca ampli), musiqi sistemlərində yüksəldici olaraq istifadə edilir. Cihazlardan (CD player, ikmi) çıxan səs siqnallarını gücləndirərək dəs ucaldıcıya göndərmə vəzifəsini yerinə yetirir. Müxtəlif struktura və bu strukturaya uyğun xüsusiyyətlərə əsaslanan sinifləndirmə mövcuddurr, amma əsl sinifləndirmə tranzistorlu quruluşda olanlar və vakum borulu, yəni əvvəlcədən Azərbaycan dilində istifadə edildiyi formada, lampalı formada olanlar arasındadır. 2 və 4 kanallı olaraq mövcuddur.
Bunlarla birlikdə son illərdə genişlənən hibrid strukturlu forma da vardır. Yəni bunlara əlavə olaraq inteqral formada, giriş/güc ayrı kasadalar halında istehsal olunan ve monoblok formasında əsas formadan əlavə sinifləndirmə mevcuddur.[1]
Sinifləndirmə
[redaktə | mənbəni redaktə et]Çıxış kaskadı formasına görə amplifikator sinifləndirmələri bu formadadır
- Sinif A: Çıxış kaskadında daim cərəyan olur. Bu səbəblə çox elektrik enerjisi istifadə edir. Bunun qarşılığında ən saf, təmiz səsə sahib olduğu qəbul edilmişdir. Səsdəki maneələr nəzəri olaraq ən aşağı səviyyədədir
- Sinif B: Çıxış kaskadları işi sıra ilə yerinə yetirir. Əvvəlcə mənfi , sonra müsbət siqnallar meal olunur.. Bi əməliyyat bugünkü texnologiyalarla o qədər də efektiv olmadığında istifaə edilmir.
- Sinif AB: Çıxış kaskadları siqnalların sadəcə yarısından çoxunu emal edir.. Çıxış kaskadları Sinif A-dakı kimi tamamilə cərəyanla təmin olunmur. Buna görədə Sinif A-dakı kimi çox enerji itikisinə səbəb olmur və bu səbəblə ən çox istifadə edilən sinifdir.
- Sinif C: Daha çox radio tezliklərin emalı üçün istifadəsiylə tanınmışdır. Emal müəyyən olunmuş siqnal parçalarının emalı ilə xarakterikdir.
- Sınıf D: İndiki texnoloji standardlarda hazırlana bilməyən, amma nəzəri olaraq Sinif B-nin sürətləndirilimiş formasıdır.
- Sinif E: Kvadrat dalğaları gücləndirir. Sadəcə xüsusi kontrol cihazlarında istifadə edilir.
Bunlarla yanaşı F, G, H sinifləri kimi yeni modellər də vardır. Yuxarıdakı əsas siniflərin birlikdə istifadəsinə əsaslanır. Demək olar ki, hər firmanın özünə məxsus texnoloji yanaşmaları mövcudur.
Struktur və dizayn
[redaktə | mənbəni redaktə et]Gücləndiricinin ümumilikdə qızma kimi bir sıra mənfi xüsusiyyətləri olduğu üçün elektronika sektorunda tez-tez qarşımıza çıxan və istiliyi yayma xüsusiyyətinə malik aliminum metalından istifadə edilir. Əsasən bu maddədən hazırlanmış bir xarici təbəqənin istifadəsiylə hazırlanır.[2] Bu həm görünüşü, həm də soyutma xassəsiylə sektroda geniş istifadə edilir. Gücləndiricinin içindəki inteqral və yarımkeçirici maddələr bu xarici kasaya təmsa edəcək şəkildə montajlanır və xarici təbəqə inteqral sxemərlə birlikdə işləyir. Ventilyatora (pər, fan) sahib olan modellər də mövcuddur. Gücləndiricinin soyumasına hava axışı ilə dəstək göstərir.[3]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Discussion of practical design features that can provoke or lessen slew-rate limiting and transient intermodulation in audio amplifiers can also be found for example in chapter 9 in John Linsley Hood's 'The Art of Linear Electronics' (Butterworth-Heinemann, Oxford, 1993).
- ↑ Walter G. Jung, Mark L. Stephens, and Craig C. Todd (June 1979), "An overview of SID and TIM", Audio
- ↑ "Circuit Design Modifications for Minimizing Transient Intermodulation Distortion in Audio Amplifiers", Matti Otala, Journal of Audio Engineering Society, Vol 20 # 5, June 1972