Samanta Eqqar
SAMANTA EQQAR | |
---|---|
ing. Samantha Eggar | |
Digər adı | Viktoriya Luiza Samanta Mariya Elizabet Tereza Eqqar |
Doğum tarixi | |
Doğum yeri |
Hampsted, London, {{ {{{1}}} | alias = Böyük Britaniya | flag alias = Flag of the United Kingdom.svg | flag alias-1707 = Union flag 1606 (Kings Colors).svg | flag alias-1658 = Flag of the Commonwealth (1658-1660).svg | flag alias-1651 = Flag of The Commonwealth.svg | flag alias-1649 = Flag of the Commonwealth (1649-1651).svg | flag alias-1606 = Union flag 1606 (Kings Colors).svg | flag alias-HDQ = Naval Ensign of the United Kingdom.svg | flag alias-ticarət = Civil Ensign of the United Kingdom.svg | flag alias-HHQ = Air Force Ensign of the United Kingdom.svg | flag alias-diplomatik = Government Ensign of the United Kingdom.svg | flag alias-ordu = Flag of the British Army.svg | variant = | altlink = | miqyas = }} |
Vətəndaşlığı |
{{ {{{1}}} | alias = Böyük Britaniya | flag alias = Flag of the United Kingdom.svg | flag alias-1707 = Union flag 1606 (Kings Colors).svg | flag alias-1658 = Flag of the Commonwealth (1658-1660).svg | flag alias-1651 = Flag of The Commonwealth.svg | flag alias-1649 = Flag of the Commonwealth (1649-1651).svg | flag alias-1606 = Union flag 1606 (Kings Colors).svg | flag alias-HDQ = Naval Ensign of the United Kingdom.svg | flag alias-ticarət = Civil Ensign of the United Kingdom.svg | flag alias-HHQ = Air Force Ensign of the United Kingdom.svg | flag alias-diplomatik = Government Ensign of the United Kingdom.svg | flag alias-ordu = Flag of the British Army.svg | variant = | altlink = | miqyas = }} |
Fəaliyyəti | aktrisa |
Fəaliyyət illəri | 1960-bu günə qədər |
Mükafatları | |
IMDb | ID0002058 |
samanthaeggar.net | |
Vikianbarda əlaqəli mediafayllar |
Samanta Eqqar və ya Viktoriya Luiza Samanta Mariya Elizabet Tereza Eqqar (ing. Samantha Eggar və ya ing. Victoria Louise Samantha Marie Elizabeth Therese Eggar) — Böyük Britaniya aktrisası.
Həyatı
[redaktə | mənbəni redaktə et]Samanta Eqqar Londonun şimalında yerləşən Hampsted rayonunda anadan olmuşdur. Onun atası Britaniya briqada generalı Ralf Eqqar, anası isə Müriel idi[1]. Onun uşaqlığı Bakinqemşir qraflığında keçmişdir. 5 yaşında o, qadın monastırına getmiş və 17 yaşına qədər orada qalmışdır. Səhnəyə məhəbbət isə məktəb pyeslərindən və konsertlərindən sonra başlamışdı.
Samantanın anası qızının Kral İncəsənət Akademiyasında təhsil almasının əleyhinə idi, lakin onun rəssamlıq məktəbini, sonra isə Londonda Vebber Duqlasın Dram İncəsənət məktəbini bitirməsinə razılıq verdi. Onun ilk pyesi Şekspirin "Yay gecəsində yuxu" əsəri oldu.
1961-ci ildə London Kral Teatrında Samantanı kino prodüseri görür və onu "Vəhşilər və susuzlar" filminə dəvət edir.
Samanta Eqqarın 1965-ci ildə Miranda Qrey rolunda çəkildiyi "Kolleksiyaçı" filmi ona şöhrət qazandırır. O, hətta bir neçə nüfuzlu kino mükafatlarına namizəd olur. 60-cı illərdə Samanta Keri Qrantla "Get, amma qaçma" komediyasında və Reks Harrisonla "Həkim Dullitl" filmlərində çəkilmişdir. 1970-ci ildə "Molli Maquayres" filmində onunla birlikdə Şon Konneri və Riçard Harris də çəkilmişdir. 1972-ci ildə aktrisa CBS kanalının çəkdiyi "Anna və kral" teleserialında əsas qadın qəhrəmanını oynadı. Kral rolunu isə aktyor Yul Brinner ifa edirdi.
Samanta Eqqar qonaq aktrisa olaraq "Santa-Barbara", "Ulduz yolu: Yeni nəsil", "Qətli o yazdı", "Kolombo", "Otel", "Sevgi gəmisi" kimi teleseriallara dəvət olunmuşdur. 2005-2006-cı illərdə o, "Baş komandan" teleserialında ikinci dərəcəli rollardan birinə çəkilmişdir.
Şəxsi həyatı
[redaktə | mənbəni redaktə et]Samanta 1964-cü ildə Amerika aktyoru Tom Sternlə ailə qurmuşdur. Onların qızı Cenna aktrisa, oğlu Nikolas isə kinoprodüserdir. Bu cütlük 1971-ci ildə boşanmışdır.
Filmoqrafiya
[redaktə | mənbəni redaktə et]- Kolleksiyaçı (film, 1965) / The Collector
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "Samantha Eggar Biography". 2013-07-02 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-07-10.
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- Samanta Eqqar — IMDb səhifəsi