Satıq Buğra xan

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Satıq Buğra xan Qaraxani
bayraq
Qaraxanilər dövlətinin IV xaqanı
940 – 955
ƏvvəlkiOğulcaq xan
SonrakıMusa Baytaş Buğra xan
Şəxsi məlumatlar
Doğum tarixi
Vəfat tarixi
Dəfn yeri
Fəaliyyəti suveren[d]
Atası Bazir Arslan xan
Uşağı
Ailəsi Qaraxanilər sülaləsi
Dini Tenqriçilik, İslam
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Satıq Buğra xan (ərəb. صَتُق بُغرا خان‎; Satuq Bughra Khán, Uyğur: سۇلتان سۇتۇق بۇغراخان) — Qaraxanlıların 920-958-ci illər arasındakı hökmdarı, 932-ci ildə İslamı qəbul edərək, tarixdəki ilk müsəlman Türk xaqanı. Türk topluluğunun toplu halda İslama keçməsinə yol açmışdır. Qaraxanlı hökmdarı Satıq Buğra xanın dövründə İslam rəsmi din elan edilib. Buna görə türk tarixi üçün əhəmiyyətlidir və haqqında Satıq Buğra xan dastanında danışılır.

Satıq Buğra xanın türbəsi

Müsəlmanlığı qəbul etməsi

[redaktə | mənbəni redaktə et]

920-ci ildə doğulub. Atası Qaraxanlı hökmdarı Bazir Arslan xan idi. Atasının ölümündən sonra əmisi və ögey atası Oğulcaq xanın himayəsində böyüdü. Satıq Buğra on iki yaşlarında olarkən MavəraünnəhrXorasan bölgəsinə hakim olan müsəlman Samani dövləti şahzadələri arasında anlaşılmazlıq çıxdı. Bunlardan Nasir ibn Əhməd, Oğulcaq xanın ölkəsinə sığındı. Oğulcaqr xan ona yaxşı rəftar edib, Artuç nahiyəsinin idarəsini verdi. Artuç Nasir ibn Əhmədin səyləri və gəlib gedən müsəlman tacirlər sayəsində bir ticarət mərkəzi oldu. Satıq Buğra da Artuçun ziyarətçiləri arasında idi. Nasir ibn Əhmədlə tanış olub ondan İslamı öyrənərək 12 yaşında olarkən müsəlman oldu. Müsəlman olduqdan sonra Əbdülkərim[1] adını almışdır.

X əsrdə yaşayan ərəb səyyahı və alim Əhməd ibn Fədlan miladi 960-cı ildə təxminən 200,000 çadırlıq Türklər (Qaraxanlılar) İslam dinini mənimsəmişdir deyə qeyd etmişdir.[2][3]

İyirmi beş yaşında

[redaktə | mənbəni redaktə et]

İyirmi beş yaşına gəldikdə müsəlman olduğunu açıqlayıb, əmisi ilə mübarizəyə başladı. Onunla Fərqanə döyüşündə iştirak etdi. İlk olaraq Atbaşı qalasını zəbt etdi. Daha sonra üç min nəfərlik bir orduyla Qaşqar üzərinə gedib fəth etdi. Əmisi Oğulcaq xanı öldürdü. Əbülhəsən Məhəmməd kimi İslam alimləri, Satıq Buğra xana yol göstərib təşviq etdilər.

Əbdülkərim Satıq Buğra xan, daha sonra etdiyi döyüşlərdə; Yağma, Çiğil, Oğuz boylarının yerləşmiş olduğu Türkistan şəhərlərini bir-bir ələ keçirdi.

955-ci idə vəfat etmiş, XX əsrdə Artuçda inşa edilən türbəsi təkrar 1995-ci ildə memar Əbuduryim Ashan tərəfindən təmir edilmişdir .[4]

  1. Əbdülkərim: Kərəm sahibi, Allahın qulu. Adların mənası.
  2. Al-Kamil fi al-Tarikh. VIII. Edited by C.J. Tornberg. (Beirut, 1965): 532.
  3. Mevlana Muhammed, İslam'ın Yayılış Tarihi, cilt 2, İstanbul, 1972, sayfa 985.
  4. "Arxivlənmiş surət". 2012-10-19 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-08-24.