Saybercaya
Saybercaya (ing. Cyberjaya[1]) — dünyanın ən böyük informasiya və texnologiya layihələrindən biri, Malayziyanın "Silikon vadisi", texnologiya şəhəri[2]; universitet şəhərciyi. Malayziyanın İnnovasiya Dizayn Mərkəzinin əsas hissəsidir. Paytaxt Kuala-Lumpurdan 30 km cənubda yerləşir.[3]
Saybercayanın qurulması təxminən 25 illik bir müddətdə fəaliyyət göstərəcək "Multimedia Super Corridor" layihəsi çərçivəsində 1996-cı ildə başladılmışdır.[2] Saybercayanın rəsmi açılış mərasimi 1997-ci ildə Malayziyanın o vaxtkı baş naziri Mahathir bin Mohamad tərəfindən təşkil olunmuşdur. Üç əsas mərhələdə davam etdirilməsi nəzərdə tutulmuş layihənin ilk mərhələsi 2003-cü ildə başa çatdırılmışdır.[2] Layihənin 2020-ci ildə tamamlanması planlaşdırılıb. Sonda kiber hüquq sistemi qurulacaq, kiber məhkəmələr fəaliyyət göstərəcək.[2] Burada fəaliyyət göstərəcək firmalar eyni şərtlərə və subsidiyaları sahib olacaqlar.[4]
İnfrastruktur
[redaktə | mənbəni redaktə et]Bu kiber şəhərdə hazırda ağıllı məktəblər, ağıllı evlər və universitetlər var.[2] Ayrıca texnologiya və məlumat satışa çıxaran dünya şirkətləri də bu şəhərdə fəaliyyət göstərir.[2] Bütün ofislərdə fiber optik şəbəkə əlaqəsi mövcuddur. Şəhərin "ups" sistemi var. Əgər bütün ölkə ərazisində elektrik enerjisi kəsilsə belə Saybercaya 30 dəqiqə ərzində özünü elektrik enerjisi ilə bəsləyə bilər.
Şəhərdə sürücülük hüququ üçün vəsiqə, şəxsiyyət vəsiqəsi, bank kartı, tibbi kart və digər bu kimi məqsədlər üçün vahid elektron kartın olması kifayətdir.
Bütün şəhərin altına soyuq su boruları döşənmişdir. Şəhəri ekvator istisindən qorunmaq üçün kondisioner yerinə evlər bu soyuq su təsisatları ilə soyudulur.
İqtisadiyyat
[redaktə | mənbəni redaktə et]Mərkəzi Saybercayada olan şirkətlər bunlardır:
Təhsil
[redaktə | mənbəni redaktə et]Saybercaya bir sıra məktəb, kollec və universitetlərin yerləşdiyi məkandır. Bunlara misal olaraq, Multimedia Universitetini (MMU), Kirkbi Beynəlxalq Kolleci və Kreativ Texnologiya üzrə Limkokvinq Universitetini (LUCT) göstərmək olar.
Gecə həyatı
[redaktə | mənbəni redaktə et]Saybercayada bəzi şirkətlər 24 saat davamlı fəaliyyət göstərməsinə baxmayaraq, burada gecə həyatı təkmilləşdirilmişdir. Gecə həyatı üçün burada "Hops and Grapes" və "Treehaus" adlı məkanlar vardır. "Hassan's Cafe" və "D'Arif", həmçinin bir sıra qida satışı ilə məşğul olan dükanlar hər gün 24 saat olmaqla həftənin 7 günü fəaliyyət göstərirlər.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "Cyberjaya". www.durianproperty.com.my. DurianProperty.com.my. 20 January 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 Dec 2014.
- ↑ 1 2 3 4 5 6 Bill Gates'in Siber Malezya'sı Arxivləşdirilib 2016-08-15 at the Wayback Machine. radikal.com.tr, 11.07.2004 (türk.)
- ↑ "Kuala Lumpur". www.durianproperty.com.my. DurianProperty.com.my. 14 July 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 Aug 2013.
- ↑ Tarihin daha hızlı aktığı yer (II) Arxivləşdirilib 2020-06-16 at the Wayback Machine. ntv.com.tr, 25.11.2004 (türk.)
- ↑ "Contact Us Arxivləşdirilib 2015-11-05 at the Wayback Machine." Animonsta Studios. Retrieved on August 29, 2015. "Level G-03, SME Technopreneur Centre 3, Block 3740, Cyber 8, Persiaran APEC, 63500 Cyberjaya, Selangor, MALAYSIA."