Serbiyada bolqarlar

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Serbiyada bolqar icmasının bayrağı

Serbiyada bolqarlar — rəsmi olaraq tanınan milli azlıq statusuna malikdirlər. 2011-ci ildə ölkədəki bolqarların sayı 18 543 nəfərə çatırdı[1]. Əksəriyyəti Bosileqrad və Dimitrovqrad şəhərlərində yaşayır[2].

Demoqrafik məlumatlar

[redaktə | mənbəni redaktə et]

Bolqarlar 1948-ci ildən bəri YuqoslaviyadaSerbiyada siyahıyaalmada qeyd olunur[3][4].

  • 1948: 59 472
  • 1953: 60 146 (bolqar dilini ana dili hesab edənlər: 59 166)
  • 1961: 58 494
  • 1971: 53 800 (bolqar dilini ana dili hesab edənlər: 49 942)
  • 1981: 33,455 (bolqar dilini ana dili hesab edənlər: 35,269)
  • 1991: 26,698 (bolqar dilini ana dili hesab edənlər: 25 408)
  • 2002: 20,497 (bolqar dilini ana dili hesab edənlər: 16 459)
  • 2011: 18 543 (bolqar dilini ana dili hesab edənlər: 13 337)

2011-ci il siyahıyaalınmasına əsasən Serbiyada bolqarlar ölkənin cənub-şərqindəki Bosileqrad və Dimitrovqrad şəhərlərində məskunlaşmışlar. Burada 18.543 etnik bolqar yaşayırdı: 5.839 Bosileqradda (ümumi əhalinin 71,9%), 5 413 bolqar isə Dimitrovqradda yaşayır (əhalinin 53,5%). Bolqarlar pravoslavlığı məzhəbində ediqad edir. Bosileqrad və Dimitrovqradın yerləşdiyi dağlıq bölgələrdə demək olar ki, müsəlman yoxdur. Bolqar keşişlərinin sayının az olması səbəbindən bolqarların bəziləri Serb Pravoslav Kilsəsinə gedir. Həm Bosileqrad və Dimitrovqrad şəhərlərində kilsələr var. Onlardan ən qədimi XI əsrə aiddir. Yerli xalq Serbo-Xorvat dilinin "Torlak ləhcəsi" ilə xarakterizə olunur. Müasir Serbiya, Bolqarıstan və Şimali Makedoniya ərazilərinin qovşağında yaşayan bu qrup özlərini torlaklar adlandırır və torlak ləhcəsində danışırlar.

Osmanlıların Balkanları fəth etməsindən əvvəl Bizans İmperiyası, Bolqarıstan Krallığı və Orta əsrlər Serbiyasının qarşıdurması nəticəsində bölgənin sərhədləri daim dəyişirdi. Torlaklar yerli sakinlərdən ayrı bir xalq olaraq fərqlənmədilər. Torlak ləhcəsindəki ilk yazılı mənbə, Pirotdan olan rahib Kirill Yivkoviçin müəllifi olduğu və 1762-ci ilə aid edilən Temskiy monastırından olan bir əlyazmadır. O, bu yazını öz sözləri ilə adi bolqar dilində yazılmışdır.

Tanınmış şəxsləri

[redaktə | mənbəni redaktə et]
  • Elena Bolqarskaya — Serbiya kralı və çar Stefan Duşanın həyat yoldaşı (1355–1356)
  • Qriqori Çamblak (1365–1420) – orta əsr yazıçısı, Kiyev və bütün Rusiyanın metropoliti
  1. "Serbian 2011 census". 2020-05-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-04-07.
  2. "Serbian 2002 census" (PDF). 2016-03-04 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2008-04-18.
  3. "Ethno-confessional and language mosaic of Serbia" (PDF). Statistical Office of the Republic of Serbia. 2014. 2019-04-06 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-04-07.
  4. "Arxivlənmiş surət" (PDF). 2022-01-04 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-04-07.