Sin Şi Xuandi
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Sin Şi Xuandi | |
---|---|
çin. 趙政 | |
Doğum tarixi | |
Vəfat tarixi | |
Dəfn yeri | |
Fəaliyyəti | siyasətçi, imperator, rəhbər, monarx |
Fəaliyyət illəri | E.ə 221-e.ə206 (hökmranlığı) |
Vikianbarda əlaqəli mediafayllar |
Sin Şi Xuandi (çin. 秦始皇; E.ə. 259 – E.ə. 210) - ilk Çin İmperatoru. Sin xanədanının banisi.
Hunlara və digər təhlükələrə qarşı Çin Səddini tikdirmişdir. Çində ilk mərkəzi bürokratik dövlət nizamı qurmuşdur. Ölkədə hər kəs üçün etibarlı olan bir qanun, pul vahidi, nəqliyyat sistemi, ağırlıq və uzunluq ölçüləri və yazı dilini tətbiq etmişdir. Xalqa köhnə ənənələri unutdura bilmək üçün, konfutsiçi elm adamlarına yazılan bütün kitabların yox edilməsini əmr edir. Bu hadisə tarixə "kitabların yandırılması" adı ilə daxil olmuşdur.
Eramızdan əvvəl 221-ci ildə Sin xanədanının ilk imperatoru Sin Şi Xuandi Vuruşan Padşahlıqlar dövründəki müstəqil dövlətləri vahid Sin süaləsi ətrafında birləşdirdi. Bu Çin tarixindəki ilk çox etnik qruplu, mərkəzi feodal dövlət idi. Onun qurduğu sistem, sülalələr dəyişməsinə baxmayaraq günümüzə qədər yaşamışdır.
Əlavə Məlumat
[redaktə | mənbəni redaktə et]Çin tarixində ilk böyük imperator sayılan Sin Şi Xuandinin iqtidarda qalmaq hərisliyi o qədər güclü idi ki, öldükdən sonra özüylə birlikdə basdırılması üçün gildən hazırlanmış əsgər və atlardan ibarət böyük bir ordu hazırlatdırmışdı. O, bununla o biri dünyada fəthlərini davam etdirməyi planlamışdı. 1974-cü ildə məzarına yaxın bir bölgədə aşkar olunan bu nəhəng yeraltı ordunun tərkibinə 8.000 əsgər, 130 at arabası, 520 at və 150 süvari daxil idi. Terrakota ordusu ("Gil Ordu") kimi tanınan tapıntı UNESCO-nun dünya əhəmiyyətli irsi siyahısında yer almışdır.
Həmçinin bax
[redaktə | mənbəni redaktə et] Şəxs və ya bioqrafiya haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Monarx, sülalə və ya onların nümayəndələri haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |