Soğangülü

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Soğangülü
Elmi təsnifat
Beynəlxalq elmi adı

Soğangülü (lat. Dahlia) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi.

Bu cins rus botaniki, alim və etnoqrafi İ. Georginin şərəfinə adlandırılmışdır. Cinsə 27 növ daxildir. Onların vətəni Mərkəzi Amerika və Kolumbiyadır. Gülçülükdə georginlərin 4 növündən və müxtəlif mədəni formalarından istifadə olunur. Dəyişkən georgin (D. variabilis) — çoxillik ot bitkisi olub, yaşıllaşdırmada geniş istifadə edilir. Onların yerüstü hissələri hər il məhv olur. Dəyişkən georginin gövdələrinin içi boş olub, budaqlıdır, hündürlüyü 300 sm-ə çatır. Çiçəyi səbətdir. Boruşəkilli gülləri sarı və ya narıncı rəngdə, dilcik şəkilli çiçəkləri isə müxtəlif rəngdədir. Qələmlə çoxaltmaq üçün qışın axırında kök yumrularını rütubətli sahələrdə əkirlər. Zoğlar 5-8 sm böyüdükdən sonra onları kəsmək və aşağı hissəsində olan yarpaqları qırmaq lazımdır.Kök verməsi üçün ilk dəfə dibçəyə, 3-4 həftədən sonra isə açıq sahələrə əkmək lazımdır.

Məlumat mənbəsi

[redaktə | mənbəni redaktə et]
  1. Tofiq Məmmədov (botanik) "Gülçülük ensiklopediyası": Bakı: "Azərbaycan"-2016. http://dendrologiya.az/?page_id=112 Arxivləşdirilib 2019-11-17 at the Wayback Machine