Soba
Soba - odun, qaz, yağ və kömür yandırmaqla nəzarətli istilik yaratmq üçün tətbiq olunan qurğudur. Sobalar tətbiq sahələrinədn asılı olaraq müxtəlif formalara malik olurlar. Buraya yemək hazırlamaq üçün istifadə olunan sadə sobalardan tutmuş, polad və digər metalların əridilməsi üçün tətbiq olunan domna sobaları daxildir.
Kömür sobaları
[redaktə | mənbəni redaktə et]Uzun müddət kömür sobaları ən geniş yayılmış sənaye sobaları idilər. kömür sobalarına istənilən ölçüdə rsat gəlmək olurdu. Kömür oduna nisbətən daha yüksək temperaturda yanır. Buna görə də kömür sobalarının konstruksiyası daha istiyə davamlı olurdular. Odun sobalarından fərqli olaraq kömür sobalarını həm odun, həm də kömürlə işlətmk olur. Kömür sobaları torla təchiz olunurlar ki, bu da havanı aşağıdan verməyə şərait yaradır. Alovun altından verilən havanın miqdarı kömürün növündən asılıdır. Boz və linit kömürlərin yanma prosesində antrasitə nisbətn çoxlu yanacaq qazı ayrılır, ona görə də kömürün tam yanması üçün daha çox havaya ehtiyac yaranır. Kömürün tam yanması üçün havanın miqdarı tənzim olunur. Eyni həcmli kömür oduna nisbətn daha çox istilik verir. Son zamanlar daş kömür sobalarının tətbiqi ekoloji problemlərlə bağlı arxa plana keçmişdir.
Konstruksiyaları
[redaktə | mənbəni redaktə et]Ilk təkmilləşmiş soba - evin divarında quraşdırılmış, birbaşa bacaya maik olan kamin (lat. caminus — оaçıq ocaq)idi. Kaminin istilik effekti ilk öncə istiliyin şüalanmasına əsaslanırdı. Ən az istilik açıq kamindən gəlir. Yaxşı quraşdırlmış bağlı kamin bütün bir evi qızdırmağa qadir idi. Müasir kaminlər müxtəlif enerji mənbələrindən istifadə edirlər: odun, kömür, qaz, bioyanacaq, elektrik. Bəzi kaminlər hava axınını gücləndirmək üçün ventilyasiya ilə təchiz olunurlar və nəticədə otaq brabər qızır.
1741-ci ildə Benjamin Franklin iqtisadi cəhtdən təkmilləşmiş soba düzəldir. O sobann divarlarını yüksk istilikkeçirmə qabiliyyətinə malik olan çuqundan düzəldir. Be soba hm də eyni zamanda həm yanacaq kamerası, hm də radior (sobanın divarları qızaraq otaqdakı havanı isidirdi) idi. Yanma üçün isti hava xaricdən götürülürdü. Tüstü U-formalı yolla xaric edilirdi. Beləliklə o yanacağa qənaət eməyə nail olmuşdur.
Kərpiç sobalar yanma zamanı hava sərfini tənzimləmək mqsədil işlənirlər. Buarad havanın həcmindən asıl olmayaraq bütün yanacaqların sona qədər yanmaları mümkündür.
-
Daşdan olan yemək bişirmə sobası
-
Qədim Romada tapılan isitmə sobası
-
Qədim soba
-
Odunla isidilən səyar soba
-
Sənaye sobası
-
Fransada qədim sobada çörəkbişirmə
-
Qədim dərzi sobası
İstinad
[redaktə | mənbəni redaktə et]- Печи // Энциклопедический словарь Брокгауза и Ефрона: В 86 томах (82 т. и 4 доп.). — СПб., 1890—1907.
- Jörg Petrasch: Typologie und Funktion neolithischer Öfen in Mittel- und Südosteuropa. In: Acta Praehistorica et Archaeologica. 18, 1986, S. 33–83.