SoundCloud

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
SoundCloud
Loqonun şəkli
URL soundcloud.com
Tipi Sosial şəbəkə
Qeydiyyat 2008
Dilləri ingilis dili, alman dili, fransız dili, ispan dili, portuqal dili, niderland dili
Sahibi Aleks Lyunq
Erik Valfors
Açılma tarixi 2007
Gəlir
  • 17.400.000 ± 1 € (2014)[1]
Alexa reytinqi
  • 113 (28 noyabr 2017)[2]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

SoundCloud (azərb. səs buludu‎) — rəqəmsallaşdırılmış səsli informasiyanın yayımı üçün nəzərdə tutulmuş online-platforma və saytdır. Bu layihə bir növ sosial şəbəkə xarakteri daşıyır və eyni adlı şirkət tərəfindən 2008-ci ildə istifadəyə verilmişdir.[3]

Əsası səs rejissoru Aleks Lyunq və musiqiçi Erik Valfors tərəfindən 2007-ci ildə qoyulan SoundCloud layihəsi qısa zaman ərzində populyarlıq qazandı. SoundCloud-a həm adi istifadəçilər, həm də musiqiçilər böyük maraq göstərməyə başladılar. Nəticədə geniş əhatə dairəsinə malik olan bu online-platforma müxtəlif səsli informasiyanın paylaşılması üçün ideal bir vasitə oldu. SoundCloud əvvəllər sadəcə musiqiçilərin öz aralarında musiqi treklərini paylaşmaları üçün nəzərdə tutulmuşdu, lakin qısa zaman kəsiyində bütün istifadəçilərə açıq musiqi distribusiya kanalına çevrildi. 2009-cu ilin aprelində Doufti Hanson & Ko fondu bu layihəyə 2,5 mln avro həcmində vençur maliyyəsi ayırdı. Daha da inkişaf edən SoundCloud-un 2010-cu ilin may ayı üçün abunəçilərinin sayı artıq 1 milyon nəfər idi.[3]

2011-ci ilin yanvarında isə Union Square Ventures və Index Ventures bu layihə üçün 10 mln ABŞ dolları ayırdı. 2011-ci ilin 1-ci yarısında abunəçilərin sayı 5 mln, 2012-ci ilin əvvəlində isə artıq 10 mln nəfərə çatmışdı.[3]

Xüsusiyyətlər

[redaktə | mənbəni redaktə et]

SoundCloud-un önə çıxan xüsusiyyəti ondan ibarətdir ki, burada hər bir səs yazısını unikal URL vasitəsilə paylaşmaq mümkündür. Bundan başqa SoundCloud əlavə vidcetlər də təqdim edir ki, onları da müxtəlif sayt və bloqlarda yerləşdirmək mümkündür.[3]

SoundCloud həmçinin kənar proqramlar üçün API təqdim edir. Bu da öz növbəsində iOSAndroid platformalı planşet və mobil telefonlar üçün səs fayllarını yükləyib-endirməyə imkan verir. SoundCloud-un daha bir imkanı da səs fayllarının istənilən yerində rəy yazıla bilməsidir. SoundCloud Facebook, Twitter, SongkickFourSquare kimi sosial şəbəkələrlə inteqrasiya olunmuşdur.[3]

SoundCloud həmçinin ödənişli abunəlik xidmətini də təqdim edir. Abunəçilər adi istifadəçilərdən fərqli olaraq daha iri həcmli səs fayllarını yükləyə bilər, trekləri qruplar və istifadəçilərə görə təsnif edə bilər, və eləcə də özləri trek-siyahılar tərtib edə bilər. Bundan başqa abunəçilər üçün treklərlə bağlı daha ətraflı statistika təqdim edilir.[3]

  1. http://www.gruenderszene.de/allgemein/soundcloud-bilanz-2014.
  2. Alexa Internet (ing.). 1996.
  3. 1 2 3 4 5 6 "SoundCloud". 2013-10-28 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-10-30.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]