Spilve Hava Limanı
Spilve Hava Limanı | |
---|---|
56°59′29″ şm. e. 24°04′29″ ş. u.HGYO |
|
IATA: yoxdur – ICAO: EVRS | |
Məlumat | |
Hava limanı tipi | Mülki |
Ölkə | |
Rəsmi saytı | |
Vikianbarda əlaqəli mediafayllar |
Spilve Hava Limanı (latış. Spilves lidosta) — Latviyanın paytaxtı Riqa şəhərində mövcud olan hava limanı.
Latviya Sovet Sosialist Respublikası mövcudluğu dövründə Riqanın ən əhəmiyyətli hava limanlarından biri və 1986-cı ilə qədər Riqanın ən əsas hava limanı olmuşdur.
Hazırda bərpaya ehtiyacı vardır. Kiçik aviasiya təyyarələrini qəbul etmək imkanına sahibdir. Çəkisi 5,7 t olan təyyarələri qəbul edə bilir. Uçuş-eniş zolağının uzunluğu 1600 m, eni isə 20 metrdir. İstifadə olunan hissə isə cəmi 1000 metrdir.
Tarixi
[redaktə | mənbəni redaktə et]Spilve mirorayonu ərazisində aerodrom hələ Birinci Dünya müharibəsi dönəmində fəaliyyət göstərirdi. Məsələn: 15 iyun 1916-cı ildə 12-ci rus ordusunun təyyarəçiləri Lerxe soyadlı zabitin rəhbərliyi altında Spilve çəmənliyinə uçuşlar təşkil etmişdir.
Spilvedə ilk hava limanı 1920—ci ildə inşa edilmişdir. Elə o zamna uçuş zolağında çoxlu sayda anqar inşa edilmişdir. Spilvenin yaxınlığında yerləşən İlqyusiems mikrorayonunda bəzi küçələr bu gündə hava limanına aid isimlərə sahibdir: Lidonya (Təyyarəşilər), Motoru (Motor).
1938-ci ildə latviyalı arxitektor David Zarinşanın layihəsi əsasında burada aerovağzal inaş edilir. 1930-cu illərin sonlarında hava limanı rəsmi status alır və «Spilve Hava limanı» adını alır. Hava limanı bir sıra mühüm beynəlxalq aviareuslərə xidmət etmişdir: Riqa — Vilnüs — Varşava; Riqa — Tallin — Helsinki; Riqa — Kaunas — Berlin.
Hava limanı Böyük Vətən Müharibəsinin başlanğıcında, 1941-ci ilin iyun ayının sonunda, şəhərin ələ keçirilməsini asanlaşdırmaq məqsədilə strateji bombardmanı zamanı tamamən dağıdılır. 1944-cü ildLatviya avia dəsyəsi təşkil edilir. Hava limanının parkında Li-2-lər peyda olur.
1945-ci ildən etibarən Spilve Hava Limanından Moskva, Leninqrad, Velikiye Luki və Tallin şəhərlərinə mütəmadi reyslər təşkil edilir. Həmçinin Latviya daxili reyslər belə təşkil edilir. O zamanlar sovet istehsalı olan P-5 və Po-2, həmçinin alman intehsalı olan Junkers Ju 52 təyyarələrindən istifadə edilirdi.
1954-cü ildə yeni aeroport binasının inşası qərara alınır. Bu layihədə bütün təhlükəsizlik parametrləri nəzərə alınırdı. Layihənin arxitektoru moskvalı Serqey Vorobyov təyin edilir. O, həmçinin Kipsaladakı çay limanının da arxitektoru olmuşdur. Yeni bina Stalin borokkosu stilində inşa edilmişdir. Daxili hissələrdə mərmər örtüklər və xalçalar kimi konseptual əhəmiyyətli elementlərdən də istifadə edilmişdir. Spilve hava limanı Gürcüstan SSR-dən dəvət olunan tanınmış gürcü mətbəx ustası olan restoran kompleksi ilə məşhur idi. Terminal binası bu gün fəaliyyətsizdir və tərk edilmişdir. Lakin hələ də keçmiş dövrün interyerini qoruyub saxlayır.
Riqa Beynəlxalq Hava Limanı inşa edilənə qədər Spilve Hava Limanı «Riqa» adını daşıyırdı.
1959 - 1961-ci illərdə hava limanının təyyarə parkına An-2, Yak-12, İl-14.
1975-ci ilə qədər hava limanı Qərbi SSRİ-nin ən böyük limanlarından biri idi və eyni anda 50 təyyarəni qəbul edə bilirdi[1].
1983-cü ildə hava limanında milli iqtisadiyyatda aviasiya istifadəsi heyətinin bazası yerləşdirilir.
1985-ci ildən etibarən əsasən ticari və ya sanitar uçuşlar həyata keçirildi. Bu tip sonuncu uçuşlar 1991-ci ildə edilmişdir.
Latviyanın müstəqilliyindən sonra hava limanının sahibi Riqa Şəhər Şurası olur. Son bir neçə il ərzində özəl şirkətlər aeroportla maraqlanır. Hazırda hava limanının binası Aviasiya Muzeyinə ev sahibliyi edir. Ərazində böyük miqyaslı tikinti işləri planlaşdırılır.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "Как умирает самый красивый аэропорт СССР. Фоторепортаж – FrequentFlyers.ru" (ingilis). 2019-05-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-02-17.