Stepan Yemelyanov

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Stepan Yemelyanov
26 mart 1953 – 11 avqust 1953
ƏvvəlkiAğasəlim Atakişiyev
SonrakıAnatoli Quskov
bayraq
Azərbaycan SSR dövlət təhlükəsizliyi naziri
bayraq2
28 mart 1946 – 26 mart 1953
Əvvəlkivəzifə təsis edilib
bayraq
Azərbaycan SSR xalq dövlət təhlükəsizliyi komissarı
bayraq2
7 may 1943 – 28 mart 1946
Əvvəlkivəzifənin adı dəyişdirilib
6 mart 1941 – 31 iyul 1941
bayraq
Azərbaycan SSR xalq daxili işlər komissarı
bayraq2
11 fevral 1939 – 6 mart 1941
ƏvvəlkiMixail Rayev
SonrakıMir Teymur Yaqubov
Şəxsi məlumatlar
Doğum tarixi 12 yanvar 1902(1902-01-12)
Doğum yeri
Vəfat tarixi 1988
Vəfat yeri
Dəfn yeri
Partiya
Təhsili
Fəaliyyəti siyasətçi
Hərbi xidmət
Mənsubiyyəti Sovet Sosialist Respublikaları İttifaqı
Döyüşlər
Rütbəsi general-mayor (1945)

Təltifləri "Lenin" ordeni "Qırmızı bayraq" ordeni "Qırmızı bayraq" ordeni "Qırmızı ulduz" ordeni "Döyüş xidmətlərinə görə" medalı "Qafqazın müdafiəsinə görə" medalı "1941–1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə" medalı "1941–1945-ci illər Böyük Vətən müharibəsində rəşadətli əməyə görə" medalı

Stepan Federoviç Yemelyanov (12 yanvar 1902, Taşliyar[d], Minzələ qəzası[d], Ufa quberniyası, Rusiya imperiyası1988, Bakı) — Azərbaycan KP BK-nın Dzerjinsk rayon komitəsinin birinci katibi, Azərbaycan SSR xalq daxili işlər komissarı .

1902-ci il dekabrın 13-də Tatarıstan Respublikasının Takanış rayonunun Taşliyar kəndində anadan olmuşdur. Milliyyətcə rusdur.

1915-ci ildə kənd məktəbini bitirdikdən sonra təsərrüfat işləri ilə məşğul olan S. Yemelyanov 1919–1923-cü illərdə texniki məktəbdə təhsil almış, 1925-ci ildə "Azneft"in oksigen-karbit zavodunda işə qəbul olunmuşdur. 1928-ci ildə Azərbaycan Respublikasının Ədliyyə Xalq Komissarlığının məhkəmə aparatında çalışdıqdan sonra Bakı Birləşmiş Məhkəməsində xalq hakimi vəzifəsində işləmişdir. 1931–1936-cı illərdə Bakı Sənaye İnstitutunda təhsil almışdır.

1939-cu ilin fevralından 1953-cü il avqust ayınadək Azərbaycan SSR təhlükəsizlik orqanlarına rəhbərlik etmişdir. Daha sonra həbs olunmuş, 1956-cı ildə əmlakı müsadirə olunmaqla və cəzasını islah-əmək düşərgələrində çəkməklə 25 il müddətinə azadlıqdan məhrum edilmişdir. 1970-ci ilin may ayında əfv olunmuşdur.[1]

  1. "Arxivlənmiş surət". 2012-08-01 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2012-06-08.