Struma faciəsi
Struma faciəsi | |||
---|---|---|---|
İkinci dünya müharibəsi | |||
Tarix | 24 fevral 1942-ci il | ||
Yeri | Şilə adasının yaxınlığı, Qaradəniz. | ||
Səbəbi | Qaçmaq cəhdi | ||
Nəticəsi | Gəmi batırıldı | ||
Münaqişə tərəfləri | |||
|
|||
İtkilər | |||
|
|||
Ümumi itkilər | |||
|
|||
|
|||
Vikianbarda əlaqəli mediafayllar |
Struma faciəsi və ya Struma hadisəsi — İkinci dünya müharibəsi zamanı yəhudiləri Fələstinə aparan Struma gəmisinin SSRİ sualtı qayığı tərəfindən batırılması ilə nəticələnən hadisə.
Arxa plan
[redaktə | mənbəni redaktə et]1940-cı ildə almanlar Balkan yarımadasına çatmışdılar. Nasistlər yəhudilərə qoyduqları sanksiyaları müttəfiqləri Rumıniyada da tədbiq edirdilər. 1941-ci ildə Rumıniyanın Yaş şəhərində 4000 yəhudinin öldürülməsinin ardından yəhudilərin Fələstinə köçməkdən başqa çarələri qalmamışdı. Türkiyə sularından istifadə edərək Fələstinə qaçmaq qərarına gələn bir çox intellektual və varlı yəhudilər topladıqları pul ilə Struma adlı 1830 model bir motora sahib, 46 metrəlik kömür gəmisi kirayəyə aldılar. Struma bolqar gəmisi idi.
Gəminin İstanbula gəlməsi
[redaktə | mənbəni redaktə et]12 dekabr 1941-ci ildə Rumıniyanın Köstence limanından təqribən 790 səyahətçi və 10 dənizçi ilə qalxan Strumanın motoru İstanbula çatmadan açıq dənizdə xarab oldu. Sərnişinlər topladıqları pulla yaxınlıqdan keçdikləri gəmi tərəfindən motoru təmir etdirdilər. Gəmi ikinci bu cür hadisə ilə üzləşincə 15 dekabr 1941-ci ildə İstanbul boğazında, Sarayburnuda dayandı.
Almaniyanın İstanbuldaki səfirliyi gəmi sərnişinlərinin yoluxucu xəstəliyə sahib olduqlarını bildirdi və onların sahilə çıxmaması üçün təzyiq göstərdi. O dövrdə yəhudilərin Fələstinə köçməsini əngəlləməyə çalışan İngiltərənin də təzyiqi ilə gəmi nə sahilə yaxınlaşa, nə də yoluna davam edə bildi. Almaniya ilə müttəfiq olan Rumıniya gəmini qəbul etmədi.
Fələstin vizası olan bir neçə sərnişin İngiltərənin təsdiqi ilə, Martin Segal və ailəsi isə ABŞ-nin xahişi ilə, Vehbi Koç isə Türkiyə hökumətinin səyləri ilə gəmidən endirildi. Segal "Standard Oil Company of New York" adlı ABŞ neft şirkətinin Rumıniya müdiri idi. Vehbi Koç isə eyni şirkətin Türkiyə təmsilçisi idi. Koç Segal ailəsi üçün Daxili İşlər Naziri Faiq Öztrak və İstanbul Polis Müdiri İhsan Sabri Çağlayangil ilə görüşmüşdü.
Sahildə
[redaktə | mənbəni redaktə et]9 həftə boyunca dənizdə dayanan gəmiyə Qızılay və İstanbuldaki Yəhudi cəmiyyəti tərəfindən yardım çatdırıldı. Yardımları İstanbuldaki Yəhudi cəmiyyətinin öndərlərindən Simon Brod və Rifat Karako təşkil edirdi. Strumanın motoru təmir edilmək üçün söküldü.
Hadisə zamanı 15 yaşında olan və yardım fəaliyyətlərində iştirak edən yəhudi əsilli türk biznesmen İshak Alaton köməyin çoxunun Yəhudi Cəmiyyəti tərəfindən hazırlandığını bildirmişdir.
Batırılma
[redaktə | mənbəni redaktə et]Sərnişinlərin aqibəti haqqında müzakirələr nəticə verməyincə 23 fevral 1942-ci ildə Türk hökuməti motoru hələ də işləməyən gəmini Qaradənizdə Şilə adasına çəkdirdi. Gecə boyunca sürüklənən gəmi 24 fevralda böyük partlayışla batdı. 103-ü uşaq olmaqla 768 nəfər öldü. Sadəcə David Stoliar adlı 20 yaşında bir sərnişin və İvanof Diko adlı ikinci kapitan sağ qaldı. Stoliar və Diko səhərə qədər bir taxtaya yapışaraq sağ qalmağa çalışdılar. Onlar donmaq üzrə idilər. Bütün ümidləri tükənən Diko özünü buraxaraq öldürdü. Stoliar isə çarəsizlikdən biləklərini kəsmək istədi, amma əlləri donduğundan alınmadı. Ölmək üzrə ikən 12 kürəkli Türk Qurtarma Qayığı tərəfindən xilas edildi.
Uzun illər gəminin niyə batdığı bilinmədi. Sağ qurtualan tək şəxs olan David Stoliar İsrail Sılahlı Qüvvələrinin radiosuna verdiyi açıqlamada gəminin türk torpedosu tərəfindən batırıldığını iddia etdi. 1960-cı illərdə SSRİ arxivlərindən çıxan sənədlərlə Strumanın Sovet sualtı qayığı Ş-213 tərəfindən torpedo ilə batırıldığı məlum oldu. Həmin sualtı qayıq 23 fevralda türk gəmisi Çankayanı da batırmışdı. Sovet sualtı qayıqları Almaniyaya gedən bütün əşyaları əngəlləmək üçün Qaradənizdəki bütün tərəfsiz və düşmən gəmilərini batırırdılar. Strumanın batırılması SSRİ sənədlərində belə təsvir olunmuşdu:
Ş-213 sualtı qayığı ... 24.2.1942 tarixində səhər qorumasız vəziyyətdəki düşmən gəmisi Strumaya rast gəldi ... Gəmi 1118 metrədən uğurla torpedo ilə vuruldu və batırıldı ... Gənc zabitlər ... Gəmi kapitanı ... və torpedonu atan Qırmızı donanma dənizçiləri ... cəsarət nüməsi göstərdilər. |
Nəticələri
[redaktə | mənbəni redaktə et]Hadisədən sonra dövrün Türkiyə baş naziri Rafiq Saydam "Türkiyə başqaları tərəfindən arzu edilməyən insanlara məkan ola bilməz" dedi.
Struma faciəsi Patriya hadisəsi ilə birlikdə Fələstindəki yeraltı yəhudi qruplaşmaların ingilis mandasına hücumunu şiddətləndirməyə səbəb vermişdir. Bu təşkilatlardan biri olan Lehi hadisənin səbəbkarı kimi Fələstin Komissarı Harold MakMaykılı göstərdi.
Mədəniyyətdə
[redaktə | mənbəni redaktə et]- Zülfü Livaneli tərəfindən yazılan və 2011-ci ildə nəşr olunan "Serenad" romanı bu hadisəyə əsaslanır.
- Halit Kakınç tərəfindən bu faciədən bəhs edən "Struma - Üzən Tabut" sənədli filmi hazırlanmışdır.